Icma.az
close
up
RU
Oturaq həyat tərzi altsheymer xəstəliyinin riskini artırır

Oturaq həyat tərzi altsheymer xəstəliyinin riskini artırır

Icma.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.

Amerikada 6 milyondan çox insan altsheymer xəstəliyindən əziyyət çəkir.

Ölkə.az xəbər verir ki, Vanderbilt Tibb Mərkəzi və Pittsburq Universitetinin alimləri isə həyat tərzi vərdişlərinin bu xəstəliyin yaranmasına necə təsir etdiyini araşdırırlar.

Alimlər müəyyən ediblər ki, yaşlı insanların çox oturması və ya uzanaraq keçirdikləri vaxtın artması onların zehni qabiliyyətlərinin zəifləməsi və altsheymer riski ilə əlaqəli beyin bölgələrinin həcminin azalması ilə bağlıdır.

Tədqiqatda 50 yaş və yuxarı olan 404 nəfər iştirak edib. Onlar bir həftə ərzində fasiləsiz olaraq fəaliyyətlərini ölçən ağıllı saatlar taxıblar. Araşdırma zamanı iştirakçıların oturaq həyat tərzi, zehni qabiliyyətləri və beyin skanlarının nəticələri 7 il ərzində izlənilib.

Nəticələr göstərib ki, daha çox oturan insanlar, nə qədər idman etmələrindən asılı olmayaraq, zehni zəifləməyə və neyrodegenerativ dəyişikliklərə daha çox meyilli olurlar.

Bu nəticələr xüsusilə altsheymer xəstəliyi üçün genetik risk daşıyan "APOE-e4" geninə sahib şəxslərdə daha aydın müşahidə olunub. Bu isə o deməkdir ki, oturaq vaxtın azaldılması altsheymer riskinə genetik olaraq daha çox meyilli yaşlı insanlar üçün xüsusilə vacib ola bilər.

Həmidə İbrahimova

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://olke.az
archiveBu xəbər 14 May 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri