Icma.az
close
up
RU
Oveçkin gedir, yoxsa qalır?

Oveçkin gedir, yoxsa qalır?

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

MHL-də müntəzəm çempionat bu gün başa çatacaq və Stenli kuboku uğrunda mübarizə start götürəcək.

"Football-plus.az" xəbər verir ki, “Vaşinqton” və bu komandanın rusiyalı ulduzu Aleksandr Oveçkin üçün isə mövsüç bitib. 82 oyuna 95 xal toplayan paytaxt təmsilçisi Şərq konfransında 9-cu yeri tutmaqla pley-offa vəsiqə qazana bilmədi. Təbii ki, indi Oveçkinin taleyinin necə olacağı böyük maraq doğurur. Ünlü forvardın klubla müqaviləsinin müddəti bu mövsümün sonunda başa çatacaq. Oveçkin srağagün keçirilən “Kolambus”la oyundan sonra gələcəyi haqda danışıb: “Ümid edirəm ki, bu, sonuncu oyunum deyil. Nəyin baş verəcəyini bilmirəm. Baxarıq. Kolumbiya dairəsindən və başqa yerlərdən bura fanatların gəlişi möhtəşəmdi. Onların “daha bir il” şüarını eşitdim. Bu mənim üçün vacibdi, azarkeşlərin hörmətini göstərir. Odu ki, dəstəyə görə sağ olun”.
Rusiyalı forvard onu da əlavə edib ki, gələcəyini “Kepitalz”ın baş məşqçisi Spenser Karberu, baş menecer Kris Patrik, prezident Brayan Maklellan və klubu sahibi Ted Leonsis, həmiçinin ailəsi ilə müzakirə etməyi planlaşdırır: “Ailəmlə birgə bir müddət Kolumbiya dairəsində olacağıq. Evə nə vaxt uçacağımızı bilmirəm. Yəqin ki, mayda”.
“Mash na sporte” portalı isə Oveçkinin ətrafına istinadlar onun daha bir mövsümü “Vaşinqton”da keçirəcəyini xəbər verib. Həmin qaynaq iddia edir ki, 40 yaşlı rusiyalı ulduz yaxın vaxtlarda birillik yeni müqavilə imzalayacaq. Amma Oveçkin “Dinamo”ya dönmək arzusunu da gizlətmir. Sadəcə, bu hadisə bir il sonra baş verə bilər.
Oveçkinin müntəzəm çempionatın son mövsümündəki göstəricilərinə də nəzər salaq. 82 oyunun hamısında iştirak edən rusiyalı hokkeyçi 32 qol və 32 məhsuldar ötürmə ilə toplam 64 xal topladı. Tom Uilsondan iki qol artıq vuran Ovi komandasının ən yaxşı snayperi oldu. Xal sayına görə isə liderliyi həmin Uilsonla bölüşdü.
82 oyunun hamısına çıxan Oveçkin bu göstəricidə də MHL tarixinə düşdü. O, liqa tarixində 40 yaşı tamamlayandan sonra mövsümün bütün oyunlarında iştirak edən 5-ci hokkeyçidi. Əvvəllər bunu Yaromir Yaqr (2013/14, 2016/17 mövsümləri), Niklas Lindstrem (2010/11), Teemu Selyanne (2011/12) və Deyv Andreyçuk (2003/04) bacarıb.
2005-ci ildən “Vaşinqton”un formasını geyən Oveçkinin klubla müqaviləsinin müddətinin 2025/26 mövsümünün sonunda bitəcəyini bir qədər əvvəl vurğuladıq. Amma 40 yaşlı forvardı daha bir mövsüm oynamağa sövq edən daha bir önəmli səbəb var. İş ondadı ki, Oveçkin müntəzəm çempionatda 929 qol vurmaqla bu göstəricidə Ueyn Qretskini (894) arxada qoysa da, pley-off nəzərə alınmaqla qol sayında əfsanəvi kanadalıdan geri qalır. Belə ki, Qretskinin hesabında ümumilikdə 1016 (894+122) qol varsa, Oveçkinin göstəricisi 1006-ya (929+77) bərabərdi. Heç şübhəsiz, “Vaşinqton”un forvardı ümumi qol sayında da Qretskini arxada qoymaq həvəsi ilə alışıb-yanır. Yəni Oveçkinə vahid rekordçu olmaq üçün daha 11 qol lazımdı.
MHL ilə bağlı daha bir önəmli xəbər budu ki, aprelin 14-də keçirilən oyunlardan sonra bu il Stenli kuboku uğrunda mübarizə aparacaq bütün komandalar müəyyənləşdi. Qərb konfransından “Kolorado”, “Dallas”, “Minnesota”, “Veqas”, “Yuta”, “Edmonton”, “Anahaym” və “Los-Anceles”, Şərq konfransından isə “Karolina”, “Baffalo”, “Tampa-Bey”, “Monreal”, “Pittsburq”, “Boston”, “Ottava” və “Filadelfiya” mübarizəni davam etdirir. Aprelin 14-də pley-offa sonuncu vəsiqələr “Anahaym”, “Los-Anceles” və “Filadelfiya”ya qismət oldu.
14 aprel
Tampa-Bey – Detroyt 4:3 OT (1:1, 2:0, 0:2, 1:0
Filadelfiya – Karolina 3:2 B (0:2, 2:0, 0:0, 0:0)
Florida – Reyncers 3:2 (2:1, 0:1, 1:0)
Toronto – Dallas 5:6 (3:0, 0:3, 2:3)
Neşvill – San-Xose 2:3 (0:0, 0:1, 2:2)
Sent-Luis – Minnesota 6:3 (1:2, 3:1, 2:0)
Çikaqo – Baffalo 1:5 (1:1, 0:1, 0:3)
Edmonton – Kolorado 1:2 B (0:0, 1:1, 0:0, 0:0)
Sietl – Los-Anceles 3:5 (0:2, 0:1, 3:2)
Veqas – Vinnipes 6:2 (0:0, 2:0, 4:2)
15 aprel
Aylenders – Karolina 1:2 (0:1, 1:0, 0:1)
Boston – Nyu-Cersi 4:0 (4:0, 0:0, 0:0)
Kolambus – Vaşinqton 1:2 (0:0, 1:1, 0:1)
Filadelfiya – Monreal 4:2 (2:0, 1:2, 1:0
Minnesota – Anahaym 3:2 (1:1, 1:0, 1:1)
Kalqari – Kolorado 1:3 (0:0, 1:1, 0:2)
Yuta – Vinnipeq 5:3 (1:0, 1:1, 3:2)
Sent-Luis – Pittsburq 7:5 (1:3, 3:1, 3:1)
Vankuver – Los-Anceles 4:3 OT (1:1, 2:2, 0:0, 1:0)
16 aprel
Baffalo – Dallas 3:4 B (1:1, 2:2, 0:0, 0:0)
Tampa-Bey – Reyncers 2:4 (0:1, 1:3, 1:0)
Florida – Detroyt 8:1 (1:0, 4:1, 3:0)
Ottava – Toronto 3:1 (1:0, 1:0, 1:1)
Çikaqo – San-Xose 5:2 (0:1, 1:1, 4:0)
Veqas – Sietl 4:1 (0:0, 1:1, 3:0)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 21 Aprel 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see314

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see256

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see242

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see231

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see228

Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi

14 Oktyabr 2026 15:52see215

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see212

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see204

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

14 Oktyabr 2026 10:04see192

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see188

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see187

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see185

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see184

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see184

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see183

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see182

Bakı Limanında konteyner daşımaları 30% artıb

14 Oktyabr 2026 10:04see172

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see171

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see167

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri