Icma.az
close
up
RU
Övladları vaxtsız vəfat edən SİYASƏTÇİLƏR

Övladları vaxtsız vəfat edən SİYASƏTÇİLƏR

Icma.az bildirir, Modern.az portalına istinadən.

Klassik Xalq Cəbhəsi Partiyasınım (KXCP) sədri Mirmahmud Mirəlioğlunun ailəsi növbəti dəfə ağır faciə ilə üzləşib. Onun 18 yaşlı nəvəsi Müşfiq Fəttayev dünən ürəktutmasından vəfat edib.
Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olan Müşfiq 1991-ci ildə qəfil vəfat edən əmisinin adını daşıyırdı. Mərhumun cansız bədəni yaxınları tərəfindən yaşadığı evdə tapılıb.

Qeyd edək ki, bu, Mirmahmud Mirəlioğlunun ailəsində yaşanan ilk belə dəhşətli hadisə deyil. Partiya sədrinin üç övladı erkən yaşda həyatdan köçüblər.
M.Mirəlioğlu ilk dəfə 1991-ci ildə baş verən faciəli yol qəzası nəticəsində 5 yaşlı oğlunu itirib. 

Partiya sədrinin digər oğlu Mircəlil Fəttayev 2009-cu ildə ürək tutmasından vəfat edib. KXCP qərargahı qarşısında qəfildən yerə yıxılan M.Fəttayev sonra dünyasını dəyişib. 

2012-ci ildə isə M.Mirəlioğlunun qızı qəflətən dünyasını dəyişib. Partiya sədrinin qızı, 28 yaşlı Mahirə Fəttayevanın qəflətən ürəyi tutub. Onu həkimə yetişdirmək mümkün olmayıb, evdə dünyasını dəyişib. Mahirə Fəttayeva ailəli olub və Məhəmmədəmin adlı bir oğlu ondan yadigar qalıb. 
Modern.az-ın məlumatına görə, övlad acısını zaman-zaman siyasət aləminin başqa xadimləri də yaşayıb. 

Tarix elmləri doktoru, professor Cəmil Həsənlinin oğlu Vüqar Həsənov da vaxtsz dünyasını dəyişib. O, 2007-ci ildə paytaxtın Atatürk prospektində ağır yol qəzasına uğrayıb. İdarə etdiyi “Mersedes” əvvəlcə “Opel2 markalı avtomobillə toqquşub, daha sonra yol kənarındakı daşlara çırpılıb. 
Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə çatdırılan V.Həsənovu həkimlərin səyinə baxmayaraq, xilas etmək mümkün olmayıb. Mərhum Yasamal Rayon Məhkəmə Nəzarətçiləri və İcraçıları Şöbəsində çalışırdı. 
Millət vəkili, Böyük Quruluş Partiyasının (BQP) başqanı Fazil Mustafanın ailəsi də övlad faciəsi yaşayıb. 
2008-ci ildə deputatın oğlu Elçibəy Mustafayev və qaynı Mahir Mirzəyev hamamda dəm qazından boğularaq dünyasını dəyişib. Elçibəy Mustafayev 2000-ci ildə doğulub, dünyasını dəyişəndə o, 2-ci sinif şagirdi idi.

Müsavat Partiyasının həbsdə olan üzvü Tofiq Yaqublunun qızı Nərgiz Yaqublu 2015-ci ildə 26 yaşında vaxtsız vəfat edib. Mərhum Nərgiz Yaqublu 2014-cü ildə ailə qurmuşdu və Rusiyada yaşayırdı. Ailə qurmazdan öncə "Yeni Müsavat" qəzetində çalışıb. O, sarılıq xəstəliyindən (Hepatit C) əziyyət çəkirdi və Tomsk şəhərindəki xəstəxanaların birində müalicə alırdı. Mərhumun Kənan adlı oğlu yadigar qalıb. Uşaq anasının ölümündən 1 həftə əvvəl doğulmuşdu. 
Milli Məclisin İntizam Komissiyasının sədri, hakim Yeni Azərbaycan Partiyasının aparıcı simalarından biri Eldar İbrahimov da övlad acısı yaşayan siyasi xadimlərdəndir. Deputatın oğlu təxminən 20 il öncə İranda avtomobil qəzasına düşərək, həlak olmuşdu. Mərhum Azərbaycanın İrandakı səfirliyində çalışırdı.
Azərbaycanın mərhum eks-prezidenti Ayaz Mütəllibov da övladını vaxtsız itirən siyasətçilərdən olub. 2011-ci ildə eks-prezidentin 49 yaşlı oğlu Azad Mütəllibov uzun müddət davam edən xərçəng xəstəliyi səbəbindən dünyasını dəyişib. O zaman Moskvada siyasi sığınacaq tapan A.Mütəllibova oğlunun dəfnində iştirak etmək üçün Azərbaycana gəlməyə icazə verildi. A.Mütəllibov dəfnə gəldi və yeni getdi... Bir neçə il sonra isə həmişəkilk Azərbaycana döndü.

Mərhum politoloq, xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri Vəfa Quluzadə də sağlığında övlad acısı yaşamışdı. Mərhum Vəfa müəllimin 36 yaşlı oğlu Murad Quluzadə 2010-cu ilin ikinci yarısında ağır sürən xəstəlikdən sonra vəfat etmişdi. Murad Quluzadə onkoloji xəstəlikdən əziyyət çəkib, onun bir sıra xarici klinikalarda müalicəsi isə nəticə verməyib.  Övlad itkisi Vəfa Quluzadənin də dünyadan daha tez köçməsinə səbəb olmuşdu.
Fəaliyyəti dayandırılan “Azadlıq” partiyasının sədri Əhməd Orucun gənc övladı 2025-ci ilin əvvəllərində vaxtsız vəfat etməklə ailəsinə sarsıntı yaşatmışdı. Siyasətçinin oğlu Günxan Oruc Bakıdakı məktəblərdən birində müəllim işləyirdi.
Olunun ölümü Əhməd Oruca pis təsir etmiş və o da ürək sarsıntısı keçirmişdi. Ə.Oruc bu ilin noyabr ayında insult diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi və orada dünyasını dəyişmişdi.
A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:298
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Dekabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri