Icma.az
close
up
RU
Övladlarını bu məktəbə qorxaraq yola salırlar... Fotolar

Övladlarını bu məktəbə qorxaraq yola salırlar... Fotolar

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Salyan rayonunun Salman Cəfərov adına Yenikənd tam orta ümumtəhsil məktəbi yararsız haldadır. 

Bu barədə “Qafqazinfo”ya kənd sakinləri müraciət ediblər. 

Onların sözlərinə görə, övladlarını hər gün acınacaqlı vəziyyətdə olan təhsil ocağına qorxaraq yola salırlar. Belə ki, əsaslı təmir görməyən məktəbin divarları və tavanı hər an çökə bilər. 

Valideynlər deyir ki, məktəbin sanitar qovşaqları istifadəyə yararsızdır, divarlar nəmişlikdən çat verib: “Bundan başqa təhsil ocağının pəncərələri qırılıb, döşəməsində isə çürüdüyü üçün yırtıqlar yaranıb. Yenikənd məktəbində yalnız divarlar, pəncərələr və tavan yox, elektrik xətləri də təhlükə saçır. Məktəbin həyəti də içi qədər bərbad vəziyyətdədir. Yağış yağan kimi həyət palçıqlı su çuxurlarına çevrilir. Şagirdlər dərsə gəlmək üçün bu çuxurlardan keçməyə məcbur olurlar”.

Məsələ ilə bağı Şirvan-Salyan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “İdarənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri əsas prioritetlərimizdəndir. Son iki il ərzində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan 28 müəssisədə cari və əsaslı təmir işləri aparılıb. Hazırda 5 müəssisədə cari və əsaslı təmir işləri davam edir. 3 yeni binanın tikintisi aparılmaqdadır.

Salyan rayonu Salman Cəfərov adına Yenikənd kənd tam orta ümumtəhsil məktəbinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə aidiyyəti üzrə müraciət edilib. Bildiririk ki, təhsil müəssisələrinin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir”.

Qeyd edək ki, məktəb şəhid Salman Cəfərovun adını daşıyır. İki il öncə respublika üzrə ilk olaraq maksimum - 60 bal toplayan ibtidai sinif müəllimi, 59 yaşlı Flora Dünyamalıyeva da 36 ildir ki, bu məktəbdə çalışır. 

Lamiyə Məmmədova 



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 30 Aprel 2025 11:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see509

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see230

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see224

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see209

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see208

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see200

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see195

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see185

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see181

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see180

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see177

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see157

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see156

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see153

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see151

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see146

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see141

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see139

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri