Icma.az
close
up
RU
Onlar da övladlarını 1 ci sinfə yola saldılar FOTOLAR

Onlar da övladlarını 1 ci sinfə yola saldılar FOTOLAR

Icma.az, Moderator.az portalına istinadən məlumat verir.

Sentyabrın 15-i ölkəmizdə yeni tədris ilinin başlanması – Bilik günü ilə yadda qalır. Minlərlə birinci sinif şagirdi bu gün ilk dəfə məktəb həyatına qədəm qoydu. Onlar arasında elə uşaqlar da vardı ki, valideynləri günün bu sevincli anında da öz peşələrinin başında idilər. Söhbət jurnalistlərdən gedir.
Hər gün xəbərin ardınca qaçan bəzi jurnalistlər üçün 15 sentyabr daha bir məsuliyyətin və duyğunun daşıyıcısı oldu. Mikrofona, kameraya, klaviaturaya alışmış əllər bu dəfə məktəbli forması, çanta və qələm üçün çalışdı. Onların balaca övladları da bu gün məktəb həyatına addım atdılar.
Bəzi jurnalistlər bu gün iş başında olsalar da, imkan tapıb övladlarını da məktəbdə müşayiət etdilər. Onlar üçün bu, təkcə bir ailə hadisəsi deyil, həm də peşəkar həyatla şəxsi həyat arasında incə bir keçiddir.
Jurnalistlərin peşəsi 9-dan 6-ya qədər davam edən iş rejimi ilə məhdudlaşmır. Onlar üçün istirahət, bayram və ya istənilən "boş gün" xəbər ola bilər. Belə bir peşədə valideyn olmaq, xüsusilə də övladını məktəb həyatına hazırlamaq həm fiziki, həm də emosional güc tələb edir.

Bəzi media nümayəndələri sosial şəbəkələrdə bu günü paylaşaraq həmkarlarını da təbrik etdilər.
Jurnalistlər üçün 1-ci sinifə gedən bir övlad, sanki yeni xəbər mövzusu, yeni bir həyat başlığı kimi hiss olundu.
Moderator.az Modern.az-a istinadən övladlarını 1-ci sinfə yola salan jurnalist valideynlərlə bağlı təqdimat edir


“Yeni Müsavat” qəzetinin parlament müxbiri Elşad Paşasoy məktəb həyatına qədəm qoyan kiçik oğlu Cahangirə böyük uğurlar arzulayıb.

“Məktəbli olduq. Yolun açıq, bəxtin gözəl olsun, qızım”, - deyə bu paylaşımı jurnalist İmdad Əlizadə 6 yaşlı qızına həsr edib.

"Qafqazinfo"nun əməkdaşı Nizam Rzayev oğlu Rəşidi 247 saylı məktəbin 1ci sinfinə aparıb.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri - mətbuat katibi Xülya Sabirli 1-ci sinfə gedən övladı ilə bağlı belə paylaşım edib: “Məktəbə başladıq. Biri həyəcanlı, biri yuxulu”.

Afn.az saytının baş redaktoru Həbibə Abdulla kiçik qızı Qəmərin 1-ci sinfə getməsinin sevincini bölüşüb: “Sonuncu 1-cimizi də yola saldıq məktəbə. Bütün 1-cilərə uğurlar, gözəl məktəb illəri və əla təhsil arzulayıram! Zehinləri iti olsun!”.

Kulis.az-ın əməkdaşı Ömər Xəyyam qızının ilk məktəb gününü belə təsvir edib: “Ay ata, böyüyəndə, Günəş olaram mən də…”.

ATV-də çalışan jurnalist Əli Novruzəliyev də əkiz qızları Selcan və Səltənəti 1-ci sinfə yola salıb.

Mediada ekspet Aslan Əsədov da bu gün övladını 1-ci sinfə yola salan valideynlər kimi sevinir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://moderator.az
archiveBu xəbər 15 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri