“Övladlarınızı universitetlərə tələbə kimi düzəldəcəm” deyərək dələduzluq etdi MƏHKƏMƏ
Pravda.az saytına istinadən Icma.az xəbər verir.
Ali Məhkəmədə dələduzluqda təqsirləndirilən Hacı Məmmədovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, Hacı Məmmədov 3 nəfər şəxsə qarşı dələduzluq edib. O, həmin şəxslərin övladlarını Akademiya və universitetlərə tələbə kimi düzəldəcəyinə dair vədlər verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxslərdən ümumilikdə 10 690 manat pulu dələduzluq yolu ilə ələ keçirib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

