Icma.az
close
up
RU
Oxuyan gənclik, güclü Azərbaycan FOTOLAR

Oxuyan gənclik, güclü Azərbaycan FOTOLAR

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

06 avqust 2026-cı il tarixdə Yeni Azərbaycan Partiyası Kürdəmir rayon təşkilatı və Kürdəmir rayon Mərkəzi Kitabxanasıının birgə təşkilatçılığı ilə “9 Avqust- Kitabsevərlər Günü: Oxuyan gənclik, güclü Azərbaycan” mövzusunda maarifləndirici tədbir keçirilib.

YAP Kürdəmir rayon təşkilatının sədr müavini Elxan Qafarov, çıxış edərək bildirib ki, 9 Avqust – Kitabsevərlər Günü cəmiyyətimizdə kitabın, biliyin və maarifçiliyin əhəmiyyətini bir daha xatırladan, xüsusilə gənc nəslin mütaliəyə marağının artırılmasına xidmət edən əlamətdar günlərdən biridir. Kitab yalnız bilik mənbəyi deyil, həm də milli kimliyi, mənəviyyatı və vətəndaş məsuliyyətini formalaşdıran ən mühüm vasitələrdən biridir. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası nəticəsində Azərbaycanda elmə, təhsilə və gənclərin hərtərəfli inkişafına xüsusi diqqət yetirilmiş, milli dövlətçilik ideyalarına sadiq, savadlı və vətənpərvər gənclərin yetişdirilməsi əsas vəzifələrdən biri olmuşdur. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə təhsil infrastrukturunun müasirləşdirilməsi, yeni məktəblərin, kitabxanaların və təhsil müəssisələrinin tikilməsi, rəqəmsal təhsil imkanlarının genişləndirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakına yaradılan şərait dövlətimizin elmə və biliyə verdiyi yüksək dəyərin göstəricisidir.

Kürdəmir rayon Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini müvəqqəti icra edən Əhsən Qaybalıyev, Mərkəzləşdirilimiş Kitabxana Sisteminin Uşaq şöbəsinin müdiri Xatirə Soltanova çıxışlarında bildiriblər ki, Kitabsevərlər Gününün qeyd olunması cəmiyyətimizdə oxu mədəniyyətinin inkişafına yeni töhfələr verir. Bu gün hər birimiz kitabı həyatımızın ayrılmaz hissəsinə çevirməli, gənclər arasında mütaliə vərdişlərinin formalaşdırılmasına dəstək göstərməli, kitabxanalardan daha səmərəli istifadə etməli və milli-mənəvi irsimizi gələcək nəsillərə çatdırmalıyıq. Azərbaycan xalqı tarix boyu elmə, təhsilə və kitaba böyük hörmətlə yanaşmışdır. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə və digər görkəmli şəxsiyyətlərimizin zəngin irsi bu gün də xalqımızın mənəvi sərvəti olmaqla yanaşı, gənclərin dünyagörüşünün formalaşmasına xidmət edir. Məhz bu irs göstərir ki, xalqın tərəqqisinin əsas yolu bilikdən və maarifdən keçir.

Sonda tədbir iştirakçılar təşkil edilmiş kitab sərgisi ilə tanış olmuşlar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 06 Avqust 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see271

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see255

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see209

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see202

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see191

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see189

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see188

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see179

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see176

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see175

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see173

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see173

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see172

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see171

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see170

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see168

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see168

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see166

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see166

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri