Icma.az
close
up
RU
Oynaqların və ürəyin qənimi REVMATİZM

Oynaqların və ürəyin qənimi REVMATİZM

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Revmatizm ürəyi, damarları, oynaqları, qığırdaqları və sinirləri zədələyən təhlükəli iltihabi xəstəlikdir.

Revmatizm daha tez-tez 7-15 yaşlı uşaqlar arasında inkişaf edir. Revmatizmin əsas təhlükəsi ondan ibarətdir ki, hətta düzgün müalicədən sonra bu xəstəlik bir çox hallarda xroniki formaya keçir və daha sonra tez-tez residivləşir (təkrarlanır).

Revmatizmin səbəbləri

- keçirilmiş kəskin streptokokk mənşəli infeksiyalar (angina, skarlatin, otit və s.)

- irsiyyət

- allergik reaksiya (streptokokka və onun ifraz etdiyi maddələrə)

- immun sisteminin zəifləməsi.

Revmatizmin fəsadları

Revmatizm ürəyi zədələyir. Bu pozulmanın xüsusi adı da var - revmokardit. Revmokardit zamanı ürəyin qişaları – daxili qişa (endokardit), xarici qişa (perikardit) və orta qişası olan ürək əzələsi (miokardit) iltihabi prosesə qoşula bilər.

Revmatizmin əsas təhlükəliliyi ondan ibarətdir ki, hətta xəstəlik yüngül keçdikdə belə, iltihabi proses ürək qapaqlarını da zədələyə bilər. Bu zaman qapaqlar büzüşür, dağılır, öz elastikliyini itirir. Nəticədə bu qapaqlar ya tam açılmır, ya da kameralar arasındakı dəlikləri tam şəkildə qapanmırlar.

Qapaqlarda yaranan qüsur nəticəsində ürək öz fəaliyyətini normal şəkildə icra edə bilmir ki, bu da ağır fəsadların (aritmiya, xroniki ürək çatışmazlığı, tromboemboliya) baş verməsinə səbəb olur.

Ürək qapaqlarının qüsurları bir neçə il ərzində heç bir əlamətlə özünü büruzə verməyə də bilər. Bu qüsurlar bir sıra hallarda aparılan profilaktik müayinələr zamanı, bəzən isə xəstəlik digər fəsadlar verdikdə aşkar olunur.

Ürəkdən əlavə revmatizm əksər hallarda oynaqları da zədələyir - oynaqlar ağrılı olur, onların hərəkətliyi kəskin azalır, xəstəlik inkişaf etdikcə oynaqlar əyilir, dağılır.

Revmatizmin əlamətləri

Adətən bu simptomlar keçirilmiş kəskin infeksion xəstəliyindən 2-3 həftə sonra meydana çıxa bilər:

- süstlük, zəiflik

- bədən hərarətinin yüksəlməsi

- oynaqlarda (adətən diz və dirsək oynaqlarında) ağrılar, oynaqların şişməsi və qızarması

- ürək nahiyəsində küt, sızıldayan ağrılar

- ürək döyüntülərinin artması, bəzi hallarda ürək ritminin pozulması.

Müalicə

Xəstəliyin müalicəsi ilə kardioloq-revmatoloq məşğul olur.

Xəstəliyin müalicəsi çətin və uzunmüddəlidir.

Müalicə zamani istifadə olunan əsas preparat antibiotik bisillindir.

Bundan əlavə aspirin və həmçinin hormonal preparatlar (prednizalon) istifadə oluna bilər.

İmmun sisteminin daim möhkəmləndirilməsi də revmatizmin müalicəsində böyük rol oynayır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 15 Noyabr 2024 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri