Icma.az
close
up
RU
Öyrənilməmiş dərslər: Trampın Moskva və Kiyevi barışdırmaq şansı niyə azdır?

Öyrənilməmiş dərslər: Trampın Moskva və Kiyevi barışdırmaq şansı niyə azdır?

Qaynarinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Danışıqlar ətrafında yaranan eyforiya

ABŞ və Rusiya arasında danışıqların başlanacağı ilə bağlı gözləntilər rublun məzənnəsini artırdı və fond indekslərini yüksəltdi. Lakin bu, Ukraynada sülhün yaxınlaşdığının yetərli sübutu hesab edilə bilməz. Əksinə, Donald Trampın bir dəfə prezident olduğu dövrdəki xarici siyasət təcrübəsi bunun əksini göstərir.

Tramp beynəlxalq arenada ən mürəkkəb məsələləri "asanlıqla həll edən lider" kimi görünməyi xoşlayır, lakin onun uğursuzluqlar siyahısı nailiyyətlərindən daha uzundur.

O, həqiqətən də "həll olunmaz" görünən münaqişələrə cəsarətlə girişməyə hazırdır. Lakin onun entuziazmı detallara dərinləşməmək və problemi tez bir zamanda həll edə bilmədikdə marağını itirmək kimi zəifliklərlə müşayiət olunur.

Təhdidlər və jestlər

ABŞ-ın Rusiya-Ukrayna münaqişəsinə yanaşması, Trampın 2017-2018-ci illərdə Şimali Koreyanın nüvə proqramı ilə bağlı tətbiq etdiyi siyasəti xatırladır.

2016-cı ildə Trampın prezident seçilməsindən öncə Pxenyan iki nüvə və 11 raket sınağı keçirmişdi. Bu, beynəlxalq birlikdə görünməmiş həmrəylik yaradaraq BMT Təhlükəsizlik Şurasının Şimali Koreyaya qarşı ən sərt sanksiyalar tətbiq etməsi ilə nəticələndi.

Bir çox ekspertlər vurğulayırdı ki, hətta bu sanksiyalar belə Pxenyanı nüvə proqramından imtina etməyə məcbur edə bilməz, çünki bu, rejimin sağ qalması üçün həyati əhəmiyyət daşıyır (hazırda Vladimir Putin üçün Ukraynanın nəzarətdə saxlanmasının vacibliyi haqqında deyilənlərə bənzər arqumentlər səslənir).

Tramp, vəziyyətin nə qədər mürəkkəb olmasına baxmayaraq, onu asanlıqla həll edə biləcəyini göstərmək üçün cəhd etmək qərarına gəldi.İlk addım olaraq, o, Pxenyana "dünya hələ görmədiyi atəş və qəzəblə" cavab verəcəyini bildirdi (bu, hazırda Rusiyaya danışıqlardan imtina edəcəyi təqdirdə "misli görünməmiş sanksiyalar" tətbiq edəcəyi barədə verdiyi vədlərlə müqayisə edilə bilər).

Lakin Kim Çen In bu təhdidlərə baxmayaraq altıncı nüvə sınağını keçirdi və ABŞ-a və müttəfiqlərinə qarşı nüvə müharibəsi ilə hədələyərək təzyiqləri artırmağa davam etdi.

2018-ci ilin əvvəlində Pxenyan taktikanı dəyişərək danışıqlara hazır olduğunu elan etdi. Bunun sübutu olaraq Kim Cənubi Koreyada keçirilən Qış Olimpiadasına qatıldı və tədbirdə ABŞ-ın o zamankı vitse-prezidenti Mayk Pensin arxasında əyləşdi.

Tramp bu məqamı fürsət kimi qiymətləndirdi və məsələnin tez bir zamanda həll ediləcəyini düşündü. ABŞ administrasiyası "Koreya yarımadasının sürətli, tam, geri dönməz və yoxlanıla bilən şəkildə nüvəsizləşdirilməsini" əsas məqsəd kimi elan etdi (bu, Trampın hazırda Rusiya-Ukrayna müharibəsini "hakimiyyətə gələndən sonra 24 saat, ən uzağı 100 gün ərzində" bitirəcəyini iddia etməsi ilə müqayisə oluna bilər).

Tramp Pxenyandan istədiyini almaq üçün görünməmiş güzəştlərə getdi - o, 2018-ci ildə Sinqapurda və 2019-cu ildə Vyetnamda baş tutan ABŞ-Şimali Koreya sammitlərinə razılıq verdi.

Hətta ənənəvi aqressiv ritorikasına zidd olaraq, Tramp Pxenyanın baxış bucağını nəzərə almağa çalışdı. 2018-ci ilin iyununda ABŞ-Cənubi Koreya hərbi təlimlərini ləğv edərək onları "provokativ hərbi oyunlar" adlandırdı (bu, hazırda Trampın Rusiya-Ukrayna müharibəsinin əsas səbəbkarı kimi Co Baydeni günahlandırması ilə müqayisə edilə bilər).

Vaşinqtonun bu jestlərinə cavab olaraq Pxenyan Trampa qeyri-adi hörmət nümayiş etdirdi.

Kim Çen In Trampa ünvanladığı məktublarında ona "Sizin Zati-Alinizin əlini möhtəşəm və müqəddəs bir yerdə möhkəm sıxaraq, bütün dünyanın bu mənzərəni maraqla izlədiyi tarixi anı unuda bilmirəm" kimi ifadələr yazırdı. Tramp bu məktubları "sevgi məktubları" adlandıraraq onlardan fəxrlə bəhs edirdi.

Lakin bu məktublar Tramp administrasiyasının illərlə apardığı diplomatik manevrlərin yeganə real nəticəsi oldu. Şimali Koreya nüvə silahlarından imtina etmədi, ABŞ və müttəfiqləri ilə münasibətləri pisləşməyə davam etdi və raket sınaqları dayandırılmadı.

Uğursuzluqlar zənciri

Görünən odur ki, Tramp Şimali Koreya lideri Kim Çen In ilə danışıqlarda öz ənənəvi taktikasına əsaslanıb. O düşünürdü ki, Kimin əvvəlcə ABŞ-ın təhdidlərindən qorxacağı, sonra isə gözlənilməz "Amerika səxavəti" ilə yumşalacağı və bu psixoloji "emosional yelləncək" nəticəsində elə bir razılaşma imzalayacağı ki, bu da vəziyyəti köklü şəkildə dəyişəcək.

Bu taktika 2017-2018-ci illərdə ABŞ-dan asılı olan ölkələrdə bir neçə dəfə işləmişdi.

Kanada, Meksika və Cənubi Koreya ilə ticarət danışıqlarında bu yanaşma nəticə verdi - həmin ölkələr köhnə razılaşmalara yenidən baxmağa və ABŞ üçün daha sərfəli ticarət şərtlərini qəbul etməyə razı oldular. Lakin tamamilə ABŞ-dan iqtisadi cəhətdən təcrid olunmuş Şimali Koreyanın da eyni şəkildə davranacağına ümid etmək sadəlövhlük olardı. Bu səbəbdən Trampın Pxenyanla eyni metodu tətbiq etməsi gözlənilən uğursuzluqla nəticələndi.

Trampın digər xarici siyasət uğursuzluqları da eyni ssenari üzrə inkişaf etdi. Sayısız-hesabsız təhdidlər və vədlərə baxmayaraq, ilk prezidentliyi dövründə Çinlə istədiyi ticarət razılaşmasını əldə edə bilmədi. Nəticədə Vaşinqton birtərəfli qaydada ticarət tariflərini tətbiq etmək məcburiyyətində qaldı və ekspertlərin hesablamalarına görə, bu addım ABŞ iqtisadiyyatına 245 min iş yerinə başa gəldi.

* Tramp Putindən nə Suriyaya, nə də silahlanmaya dair istədiyi razılaşmanı ala bilmədi.

* İranla nüvə proqramından imtina etməsi ilə bağlı danışıqlar uğursuz oldu.

* Ərəb dövlətləri ilə İsraillə münasibətlərin normallaşdırılması üçün apardığı cəhdlər də tam nəticə vermədi.

* Talibanla aparılan danışıqlarda isə ABŞ qoşunları Əfqanıstandan çıxdıqdan sonra dünyəvi hökumətin qorunub saxlanması təmin olunmadı.

Yeganə uğur - "İbrahim sazişləri"

Trampın yeganə uğurlu xarici siyasət təşəbbüsü onun prezidentliyinin sonuna yaxın imzalanan "İbrahim sazişləri" oldu. Bu razılaşma nəticəsində Bəhreyn, BƏƏ, Mərakeş və Sudan İsraili rəsmi olaraq tanıdı və onunla ticarət əlaqələrini normallaşdırdı.

Bu sazişlər Yaxın Şərqdə sabitliyə doğru atılmış mühüm addımlardan biri hesab edilir. Hətta İsrailin HƏMAS və "Hizbullah"la müharibəsinə baxmayaraq, bu ölkələrin İsraillə ticarət dövriyyəsi üç il ərzində dörd dəfə artıb.

Lakin Tramp verdiyi vədlərə baxmayaraq, bu sazişlərə Səudiyyə Ərəbistanını qoşmağı bacarmadı. Əvvəlcə bu ölkə razılaşmanın əsas ərəb tərəfdaşı kimi planlaşdırılmışdı, lakin sonda rəsmi olaraq sazişi imzalamaqdan imtina etdi.

Üstəlik, bu razılaşmanın uğuru Trampın digər təşəbbüslərində mövcud olmayan bir neçə faktora əsaslanırdı.

Bu razılaşmalar təhdid və təzyiqlər üzərində deyil, bütün iştirakçıların səmimi marağına əsaslanırdı. Onlar təkcə İsraillə deyil, ABŞ-la da münasibətləri yaxşılaşdırmaq istəyirdi. Səudiyyə Ərəbistanı sazişə rəsmi qoşulmasa da, onu qeyri-rəsmi olaraq dəstəklədi və bu, digər ərəb ölkələrinin müsəlman dünyasının tənqidindən çəkinməməsinə imkan verdi. Razılaşma heç bir tərəfdən ciddi güzəştlər tələb etmirdi və aydın iqtisadi faydalar vəd edirdi.

Ərəb ölkələri üçün əlavə üstünlüklər yaradıldı - BƏƏ F-35 qırıcıları aldı, Mərakeş ABŞ-ın Qərbi Saxara üzərində suverenliyini tanımasını təmin etdi, Sudan isə terrorizmin sponsorları siyahısından çıxarıldı.

Əslində, Vaşinqton burada sadəcə təşkilatçı rolunda çıxış etdi - mövcud faktorları bir araya gətirdi, bir qədər dəstək verdi və prosesi sürətləndirdi.

Mixail Korostikov

Şərqşünas 

Mənbə: "Carnegie Politika"


Tərcümə: Aydın

Qaynarinfo.az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Fevral 2025 15:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see358

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see190

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see142

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see141

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see139

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see137

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see133

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see132

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see127

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see124

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see118

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see116

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see114

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri