Icma.az
close
up
RU
Oyuncaq sizi əvəz etmir!

Oyuncaq sizi əvəz etmir!

Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.


Oyuncaq hər uşağın arzusudur. Hətta elə uşaqlar var ki, yatanda da oyuncağını qucağına alıb yatağına girir. Və təbii ki, belə olan şəraitdə siz bu fürsətdən istifadə etmək istəyirsiniz. Evə qayıdanda bir oyuncaq alırsınız ki, uşağı ovudasınız, özünüz isə televizorun qarşısında yorğunluğunuzu çıxarasınız. Əlbəttə ki, istirahət sizin təbii haqqınızdır və bunu heç kim əlinizdən ala bilməz. Ancaq bir həqiqət də var ki, valideynlə söhbət etmək, hətta yeri gələndə oynamaq da uşağınızın haqqıdır və bunu da heç kim onun əlindən ala bilməz. Deməli, hər məsələdə olduğu kimi, bu məsələdə də balans lazımdır. Yəni, istirahətinizi elə tənzimləməlisiniz ki, uşağınıza da vaxt ayıra biləsiniz.
Əmin olun ki, sizin aldığınız oyuncaqlar nə qədər maraqlı, nə qədər cazibədar olsa da, heç biri canlı insanı əvəz edə bilməz. Ona da əmin olun ki, uşağınız sizinlə canlı təmasdan aldığı zövqü günlərini keçirdiyi oyuncaqlarından heç biri ona verə bilmir.
Elə söhbətimizin bu yerində sizə bir mövzuda qısa da olsa, danışmaq istəyirik. Əvvəllər analar ev işləri ilə məşğul olanda körpələrini böyük bir çarşabla bellərinə bağlayardılar. Qəribədir ki, uşaqların böyük əksəriyyəti ananın kürəyində rahat olar, başlarını onun kürəyinə qoyub şirin yuxuya gedərdilər. Bəlkə də, kimlər üçünsə primitiv görünən bu mənzərəni araşdıran avropalı mütəxəssislər müəyyən ediblər ki, körpələr ana belində yatarkən bir qayda olaraq qulaqlarını ananın kürəyinin elə yerinə qoyurlar ki, onun ürəyinin döyüntüsünü eşidə bilsinlər. Bunula da, 5-6 aylıq körpə hər gün anasının ürəyinin döyüntüsünə qulaq asaraq, yuxuya gedir və bir növ onun ürəyinin döyüntüsünə alışaraq, ona daha yaxın olur...
Nə qədər müasirləşsək də, bu gün cəmiyyətimizdə bir soyuqlaşma, bir uzaqlaşma meyli müşahidə olunur. Çünki daha müasir həyat tərzi seçərək, neçə-neçə zənginlikdən, neçə-neçə gözəllikdən məhrum oluruq.
Analar artıq uşaqlara layla da demirlər. Onlar daha uşaqlara nağıl da danışmırlar. Eləcə, ağızlarına bir əmzik verib yuxuya gedənə qədər “öz ümidinə” bıraxırlar. Yəqin ki, texnologiyanın sürətli inkişafı ilə yaxın gələcəkdə məişətimizə robotlar da daxil olacaq və bütün başqa işlər kimi evdə uşaqları da onlar yatıracaq. Yəni, hər şeyi elə oturduğumuz yerdən idarə edəcəyik. Bəs nəticə nə olacaq, düşünmüsünüzmü? - Nəticə o olacaq ki, bu cür həyat standartına alışmış insan özü dəyişərək, müəyyən mənada robota çevriləcək.
Bilirik, işdən gəlmisiniz, yorğunsunuz. Bir stəkan çay sizin üçün dərman kimidir... Nə deyirik ki, nuş olsun! Çayınızı da için, çörəyinizi də yeyin, ancaq gözü sizdə olan uşağınızı da unutmayın. Onun da haqqını əlindən almayın. Unutmayın ki, Peyğəmbərimiz (s.ə.s.) çox yorğun olsa belə, öz nəvələri ilə sevə-sevə oynayar, onları boynuna alıb gəzdirər, hətta əllərini yerə qoyub Həsəni, Hüseyni belinə mindirər, sonra da “Sizin nə gözəl atınız var”, - deyə onlarla zarafat edərdi. Heç bu mənzərəni gözünüzün qarşısına gətirirsinizmi? O, bəşəriyyətin ən böyük müəllimidir, ancaq nə qədər qayğıkeş, nə qədər fədakar, nə qədər səmimidir.
Əlinizdə nəsə var, deyəsən yenə oyuncaq almısınız. Çox gözəl, ancaq unutmayın ki, necə oyuncaq olursa-olsun sizin sevginizi əvəz edə bilməz...
Murad Məmmədov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 05 Aprel 2026 22:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see267

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see185

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see179

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see173

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see173

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see172

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see172

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see170

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see170

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see169

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see169

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see167

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see167

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see166

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see165

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see164

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see162

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see160

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri