Icma.az
close
up
RU
Oyunda və oyundan kənarda sevgi: azərbaycanlılarla ailə quran əcnəbi idmançılar FOTO

Oyunda və oyundan kənarda sevgi: azərbaycanlılarla ailə quran əcnəbi idmançılar FOTO

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkələr arasında sərhədlərin getdikcə şəffaflaşdığı müasir idman dünyasında idmançıların öz sevgilərini ölkələrindən kənarda tapmaları qeyri-adi deyil.

İdman.biz xəbər verir ki, zəngin mədəniyyətə və ənənələrə malik Azərbaycan idman mühitində də bir çox beynəlxalq ailə birliklərinin vətəni olub.

Azərbaycanla əlaqəli bəzi beynəlxalq “idman” cütlüklərinə nəzər salaq.

Anatole Abanq və Adelia Hacıyeva

Futbol ürəkləri birləşdirir: “Şamaxı” (keçmiş “Keşlə”) futbol klubunun kamerunlu sabiq hücumçusu Anatole Abanq taleyini azərbaycanlı Adelia Hacıyeva ilə bağlayıb. Onların iki fərqli mədəniyyəti birləşdirən toy şənlikləri həm Bakıda, həm də idmançının vətəni Kamerunda keçirilib.

Alfonso Dominges və Nigar

Döyüş dünyasında da güclü ailələr qurulur. Kubalı boksçu, 2024-cü il Olimpiya Oyunlarının gümüş mükafatçısı Alfonso Dominges xoşbəxtliyini Nigar adlı azərbaycanlı qadınla tapıb.

Zeynəb Cavadlı və Şeyx Səid Əl-Məktum

Azərbaycan gimnastı, beynəlxalq dərəcəli idman ustası Zeynəb Cavadlı və Dubay əmirinin qardaşı oğlu Şeyx Səid Əl-Məktumun evliliyi də diqqət çəkir. Amma təəssüf ki, bu evlilik uzun sürməyib, cütlük qalmaqalla ayrılıb.

İrina Kindzerskaya və Həmid Əliyev

Tokio Olimpiadasında bürünc medal qazanan Ukrayna əsilli cüdoçumuz İrina Kindzerskaya azərbaycanlı Həmid Əliyevlə ailə qurub.

Valentin Xristov

Bolqarıstan əsilli ağır atlet, ikiqat Avropa çempionu Valentin Xristov da həyat yoldaşını Azərbaycandan seçib.

Pourya Yazdanpanah
İranlı voleybolçu Pourya Yazdanpanah 15 ildən çoxdur Azərbaycanda yaşayır, burada ailə həyatı qurub və iki uşaq böyüdür.

Tatyana Deniskina və Rüfət İsmayılov

2000-ci illərin əvvəllərindən Bakıda yaşayan basketbolçu Tatyana Deniskina azərbaycanlı cüdo məşqçisi Rüfət İsmayılovla ailəlidir və onların qızı Angelina Azərbaycanın basketbol yığmasında oynayaraq ailənin idman ənənələrini davam etdirir.

Anastasiya Şvabauer və İbrahimli
Qazaxıstanlı ağır atlet, gənclər arasında dünya çempionu Anastasiya Şvabauer isə İbrahimli soyadlı azərbaycanlı ilə ailə qurduqdan sonra beynəlxalq yarışlarda ölkəmizi təmsil etməyə başlayıb. Daha sonra dopinqə görə dörd il müddətinə diskvalifikasiya olunub. Məcburi fasilə bitdikdə böyük idmana qayıdıb və hazırda Mum soyadı ilə çıxış edir.
Azərbaycanı Anastasiya İbrahimli adı ilə təmsil etmiş idmançı 2015-ci ildə 23 yaşadək qızlar arasında Avropa çempionu olub, 2017-ci ildə Bakıda keçirilən İslam Həmrəyliyi Oyunlarında isə qızıl medal qazanıb.

Lamiyə Vəliyeva və Thembo Monareng

Taleyini cənubi afrikalı idmançı Thembo Monarenglə bağlayan ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyevanın hekayəsi də diqqət çəkir.

Rauf Məmmədov və Nataliya Buksa

Şahmat üzrə hazırkı Azərbaycan çempionu Rauf Məmmədov isə ukraynalı şahmatçı Natalya Buksa ilə evlidir.

Bu beynəlxalq ailələr ölkənin mədəni müxtəlifliyini zənginləşdirməklə yanaşı, müxtəlif ölkələrin ən yaxşı idman ənənələrini birləşdirərək idmanın inkişafına təkan verir.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 20 Aprel 2025 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri