Icma.az
close
up
RU
“Oyundan razı, nəticədən narazıyıq”

“Oyundan razı, nəticədən narazıyıq”

futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Premyer Liqasının X turunun “Karvan-Yevlax” – “Zirə” oyunundan (2:3) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Həşimov jurnalistlərin suallarını cavablandırdı.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– İlk hissəni öndə bitirdik. 1:1-dən sonra əks-hücumdan qol vurduq və yenidən önə çıxdıq. Beşinci oyundur ki, standart vəziyyətlərdən qol buraxırıq. Bu, bəhanə deyil. Bu gün də iki qolu da standart vəziyyətdən buraxdıq. Məşqçi meydana çıxıb müdafiə oluna bilməz. Standart vəziyyətlərlə bağlı çalışırıq. İnşallah, gələcəkdə daha məsuliyyətli olarıq. Burda bunu demək istəməzdim, amma “İdman” TV-də bir proqramda jurnalist deyir ki, Azər Həşimov jurnalistlərin kölgəsində qalır. Belə deyil. Araz Abdullayevi meydana buraxmaq istəyirdik, amma köməkçi məşqçi dedi ki, artıq 5 əvəzetmə etmişik. Bu, səhv qələmə verildi. Yeni yaranmış komandayıq, meydança ilə bağlı problemlərimiz var idi. Şükürlər olsun, indi öz meydançamızda hazırlaşırıq. Bunun nəticəsidir ki, son iki oyunda yaxşı çıxış edirik. Oyundan razı, nəticədən narazıyıq. Güman edirik ki, daha dinamik komanda olacağıq.

– Standart vəziyyətlərin öhdəsindən gələ bilməməyiniz futbolçuların keyfiyyəti ilə bağlıdır?
– Məşqçinin işi mövqelərdə olan çatışmazlığı, rəqiblərin təhlükəli vəziyyətlərinə hazırlıq görməkdir. Hazırlaşırıq. Ancaq futbolçunun əvəzinə meydana çıxıb, müdafiə oluna bilmərik. Bu problem keyfiyyətlə bağlıdır.

– İlk hissədə məcburi əvəzetmələr etdiniz. Bu, nəticəyə nə dərəcə təsir etdi?
– Süleyman və Mikels ilk hissədə zədələndi. Buna görə üçüncü əvəzetmə zamanı problem yaşadıq. İkinci hissədə Qavi Tompsonda da problem oldu. Boşluqları doldurmağa çalışsaq da, alınmadı.

– Bir oyunda 3 futbolçunun zədələnməsi ya fiziki yüklənmədən, ya normal məşq keçməkdən asılıdır…
– Mikels “Kəpəz”lə oyundan sonra 2 ay oynamadı. Bu gün də iynə ilə meydana çıxmışdı. Ancaq Süleyman Əhmədov da rəqiblə toqquşduğu üçün zədə aldı. “Qəbələ”, “Kəpəz” və “Qarabağ”la oyundan sonra heyətlə bağlı problemlər oldu. Futbolda zədələr qaçılmazdır.

– Araz Abdullayev nə üçün oynamadı?
– “Turan Tovuz”la oyundan sonra arxa əzələlərində problem çıxdı. Güman ki, növbəti həftədən meydana çıxa biləcək.

– Autsayder qismində siz göstərilirsiniz. Bu, sizə necə təsir edir?
– Oyundan-oyuna fərq var. Düzdür, məğlub oluruq. Amma futbolda belə şey var ki, yaxşı oynayıb uduzmaqdansa, pis oynayıb udmaq yaxşıdır. Komandamıza inanıram. İnşallah, liqada qalacağıq.

Şahin Cəfərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 01 Noyabr 2025 16:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri