Icma.az
close
up
RU
Valdas Dambrauskas: Oyundan yox, nəticədən məmnunam

Valdas Dambrauskas: Oyundan yox, nəticədən məmnunam

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

"Bütün Azərbaycan xalqını, "Sabah" azarkeşlərini "Zəfər bayram"ı münasibəti ilə təbrik edirəm. Qələbə münasibəti ilə rəhbərliyi, futbolçuları təbrik edirəm. Qələbəyə çox ehtiyacımız var idi. Oyunun məzmunundan heç də razı qalmadım. Çünki biz başlanğıcdan sona qədər çoxlu səhvlər etdik. "Kəpəz"in çox yaxşı oyun planı var idi. Uzun toplarla hücumlara çıxırdılar. Müdafiəçilərimiz diqqətli olmaydılar. Oyundan yox, nəticədən məmnunam. Biz daha çoxunu göstərməliydik. Amma üç xal qazanmışıqsa, mühümdür. Çünki bu üç xal sonradan turnir cədvəlində öz əksini tapır. Hazırda milli komandalara görə fasilə yaranacaq, uşaqlara istirahət verəcəyik. Yaxşı bərpa olunacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının 11-ci turunun “Kəpəz”lə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

O, jurnalistlərin suallarını cavablandırıb.

- Oyununuzda daha çox nəyi bəyənmədiniz?

- Mən "Kəpəz"i öz oyun planına görə tərifləmək istəyirəm. Amma bu gün müdafiə xəttimiz kifayət qədər düzgün mövqe seçə bilmirdilər. Dominant "Sabah"ı görə bilmədim. Oyun ritmimiz yaxşı deyildi. Dəyişikliklər etdik. Onlar da oyuna az da olsa, qığılcım qatdı. Hücumları bəzən qapıya zərbələrlə bitirə bilmirdik. "Qarabağ", "Zirə", "Neftçi", "Araz-Naxçıvan", "Turan Tovuz" kimi komandalar belə epizodlarda bizi əfv etməyəcək. Biz onlara qarşı 10 qol fürsəti yarada bilməyəcəyik. Cəmi 1-2 fürsətdən yararlanmalıyıq. Turnir cədvəlinə baxsaq, yaxşıyıq. Amma bu gün gördüyünüz "Sabah" mənim görmək istədiyim "Sabah" deyil. Standartlardan aşağı çıxış etdik, performansımız istədiyim kimi deyildi. Üç qol vurduq. Oyunçular haqqını verdi. Amma biz daha da yaxşı olmalıyıq.

- Müxtəlif ölkələrdə baş məşqçi kimi çempionluq yaşamısız. "Sabah" hazırda 2-ci pillədədir. Komandanızın çempionluq şansını necə dəyərləndirirsiz?

- Həmişə demişəm ki, mənim üçün ən önəmlisi olan bir oyun bitirsə, qarşıdakı məşq və oyundur. Turnir cədvəlinə baxmırıq. Mövsümün sonunda turnir cədvəlində fərqliliklər ola bilər. 10-12 oyun qabaq nələrsə baş verəcəyini düşünək. Biz bu günə fokuslanırıq. Hər oyundan sonra fərdi səhvlərimiz varsa, onu fikirləşirik. Mənim üçün ən önəmlisi davamlılıqdır. Bu gün yaxşı oyna, sabah pis oyna, bunu istəmirəm. Bizim üçün ən önəmli açarlardan biri döyüşkənlik, fokuslanmaqdır. Düzdür, bu gün 3:1 qalib gəldik. Amma düşünün ki, rəqib hesabı 3:2 etsə, bizdə narahatçılıq yaranardı. Fərqli mentalitet yaratmaq istəyirik. Hesabdan asılı olmayaraq, dayanmaq istəmirik. Təkan çox önəmlidir. Bunu əldə etdikdən sonra, yeni ildən sonra nələrin olacağını demək çox çətindir. Bizim "Qarabağ"la oyunumuz var, "Qarabağ"ın "Neftçi" ilə oyunu var. Nə qədər güclü komandalar olacaq, bizlər üçün yaxşı olacaq, çempionatın inkişafı üçün yaxşıdır.

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Noyabr 2025 18:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri