Icma.az
close
up
RU
Öz adımdan deyirəm ki, çempion olmaq istəyirəm Zirə nin qapıçısı

Öz adımdan deyirəm ki, çempion olmaq istəyirəm Zirə nin qapıçısı

Qol.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Zirə”nin qapıçısı Tiaqo Silvanın QOL.az saytına müsahibəsi 

- Mövsümün ilk oyununda “Araz-Naxçıvan”la heç-heçə etdiniz. 1:1-lik bərabərliyi necə şərh edərdiniz?

- Çətin oyun oldu. Rəqibə nisbətən meydanda daha yaxşı idik. Qolumuzu da vura bildik. İstərdik ki, yaratdığımız qol fürsətlərindən yararlanaq. Təəssüf ki, alınmadı. Əvəzində rəqib qol vurdu. Şansları boşa verəndə nəticə belə olur. 

- Həqiqətən də “Araz-Naxçıvan”la müqayisədə qol şanslarınız daha çox idi. İkinci dəfə fərqlənmək üçün nə çatışmadı?

- Qol vurmaq (gülür). Bu cür qol fürsətlərini yaradıb fərqlənə bilmirsənsə, düşünürəm ki, bunun üzərində çalışmaq lazımdır. Növbəti matçlarda da bu cür qol epizodları yaratsaq, 3-4 dəfə fərqlənmək olar. 

- Qol vurduğunuz epizodda komanda yoldaşlarınız sevinərkən meydanın mərkəzinə gəldiniz və “Araz-Naxçıvan”ın hücumçusu Ba-Muaka Simakala ilə aranızda mübahisə yarandı. Rəqibi təxribata çəkirdiniz?

- Xeyr. Qətiyyən təxribatdan söhbət getmir. Sadəcə bu, mənim adətimdir. Hər dəfə qol vurduqdan sonra meydanın mərkəzinə gəlirəm. Bu, bir növ komanda yoldaşlarıma yaxın olmağım, qolu onlarla birgə qeyd etməyimdir. Rəqib futbolçularla aramızda hansısa dialoq ola bilər.  

- Ümumiyyətlə, meydanda iki komanda arasında tez-tez gərginlik yaşanırdı. Bunu nə ilə əlaqələndirirsiniz? Ola bilər ki, bu, avrokuboklardakı uğursuzluqdan irəli gəlirdi?

- Öz komandamızın adından deyə bilərəm ki, bizim üçün fərqi yoxdur, rəqib “Araz-Naxçıvan”dır, yaxud “Hayduk”dur, biz çalışırıq əlimizdən gələnin ən yaxşısını edək. Rəqibin də Konfrans Liqasında çıxışı başa vurduğunu nəzərə alsaq, bu aqressiya başadüşüləndir. Oyundakı yüksək intensivliyi də nəzərə alsaq, belə halların olması normaldır. 

- Bəzi komandalar mövsümün əvvəlində çempionluğa oynayacaqlarını açıqlayıblar. Bəs “Zirə”?

- Komanda şəklində hər kəs bunu istəyər. Mən 3 il əvvəl “Zirə”yə gəlmişəm və 2 dəfə gümüş medal qazanmışam. Könül istərdi ki, çempion olaq. Mən öz adımdan deyirəm, çempion olmaq istəyirəm.

- Qeyd etdiyiniz kimi, artıq 3 ildir “Zirə”dəsiniz. Seçim sizin əlinizdə olsa, daha nə qədər komandada qalmaq istərdiniz?

- Proqnoz vermək istəmirəm. Ümumiyyətlə, gələcəklə bağlı danışmağı sevmirəm. Keçmişdə baş verənlər keçmişdə qalıb, gələcək barədə danışmaq isə tez olar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://qol.az
archiveBu xəbər 20 Avqust 2025 11:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri