Icma.az
close
up
RU
Öz gözündə tiri görməyənlər üçün master klass

Öz gözündə tiri görməyənlər üçün master klass

Icma.az bildirir, Ses qazeti portalına istinadən.

Bir neçə gündür sosial şəbəkələrdə COP-29 tədbirləri üçün Bakıya gəlmiş Cənubi Amerikalı nümayəndə geyimi ilə bağlı lağa qoyulur. Qeyd olunur ki, bu adam başında quş lələkləri düzüb, yəqin ki buna görə neçə quşu öldürüb, amma gəlib ekologiyanın qorunmasından danışır. İlk baxışda savadsız adamlar üçün lağ obyekti kimi görünür. Amma intellektual və düşünə bilən şəxslər üçün bu irad aşkar biabırçılıqdır.

Gəlin baxaq, görək dünya ekologiyasını kim məhv edir, siz, yoxsa o?

Əvvəla, bu lələklər sünidir, ikincisi də quş lələklərini ölmüş quşdan da götürmək olar. Üçüncüsü, hətta ən pis halda bunun üçün bir-iki quş öldürmüş olsa belə, siz quşların öldürülmədiyi bircə ölkə göstərə bilərsinizmi? Yatdığınız balışın içindəki quş tükü deyilmi? Hər gün toyuq əti yeyərək ildə onlarla quşun öldürülməsini sifariş etmiş olmursunuzmi? Qırmızı ət yeyərək, heyvanların öldürülməsinə siz səbəb olmursunuzmu?

Bu adam Amazon meşələrin yaşayan kiçik xalqın nümayəndəsidir. Tam təbii həyat yaşayır, təbiətlə harmoniyada, sadə və təbii həyat. Amazon meşələri yerindədir, dünyanın ən güclü biomüxtəlifliyi orada qorunur. Lakin dünyanın “inkişaf etmiş” bölgələrində meşələrin 60 faizi son 100 ildə məhv edilib. Heyvan növlərinin 60, bitki növlərinin 40 faizi məhv edilib.

Heyvanları, quşları fermalarda, fabriklərdə işgəncəli şəraitdə saxlayaraq artıran və yeyən siz “inkişaf etmiş” adamlar deyilmi? Heyvanların diri-diri dərisi soyularaq düzəldilmiş şubaları geyinən siz deyilsinizmi? Bəzək əşyaları düzəltmək üçün fil dişi əldə etmək məqsədilə filləri kütləvi qırıb qurtaran siz “inkişaf etmiş” insanlar deyilsinimi? Kürü yemək üçün bir balığın kürüsünü çıxararaq bir dəfəyə milyonlarla balığı məhv edən siz deyilsinizmi?

Gündəlik fəaliyyətiniz boyu fasiləsiz olaraq təbiətə zəhər, zibil atan siz deyilsinizmi? Təbiəti məhv edən, 1000 ilə yaxın çürüməyən, yandırılanda havanı zəhərləyən, okeanların səthində toplaşıb dəniz qədər yer tutan sellofan paketləri, plastik qabları hər gün təibətə atan siz deyilsinizmi? İstifadə etdiyiniz kimyəvi təmizlik və kosmetika məhsullarını, işlənmiş maşın yağlarını təbiətə ataraq suyu, torpağı zəhərləyən, torpaqları kimyəvi dərmanlarla zəhərləyən siz deyilsinizmi?

İstifadə etdiyiniz texnikaların, batareyaların, məişət avadanlıqlarının, geyim və bəzək aksesuarlarının, sürdüyünüz maşınların təbiətin anasını necə ağlatdığını guya bilmirsiniz? Yeni dəbdir deyə, yeni tikilmş villa və həyət evlərində hər yerə tamet döşəyib bircə ağac da əkməyənlər siz deyilsinizmi? Ağacları qırıb yerində obyekt tikən siz deyilsinizmi?

Artıq məhsul götürüm deyə torpağı kimyəvi dərmanlarla zəhərləyən, milyardlarla həşəratın, quşun ölümünə səbəb olan siz deyilsinizmi? Yaşadığınız şəhərlərin üstü bir yana altı belə kanalizasiya deyilmi? Sizin üçün saqqal daraqları düzəldən zavodlar havaya minlərlə növdə zəhərli maddələr buraxmırmı?

Zibili balkondan aşağı vızıldadan, istirahət üçün getdiyiniz təbiət guşələrini zibilləyən siz deyilsinizmi? Komfort yaşamaq üçün istifadə etdiyiniz bütün əşyalar ekologiyaya zərər vuraraq hazırlanır və ya istifadəsi zamanı zərər vurur.

Siz yaşadığınız süni, kimyəvi şəhərlərdən bütün canlı aləm, heyvanlar didərgin düşür ey. “Hər yer və hər şey bizimdir” deyib, digər canlılara heç nə saxlamayan siz deyilsinizmi? Həyətə axıtdığınız paraşoklu suyu quşaq içib ölür ey, xəbəriniz varmı?

İstisnasız olaraq hər biriniz təbiətin məhv olması, ekologiyanın korlanması üçün əlinizdən gələn hər şeyi edirsiniz, özü də hər gün və hər saat. O şəxs isə, hətta hərdənbir qida üçün bir quş və ya heyvandan istifadə edirsə də, sizin təbiətə vurduğunuz zərərin milyonda birini belə vurmur. Sadə, təbii evdə yaşayır, sadə qidalanır, torpaqda zəhmət çəkir, ətrafı kimyəvi madələrlə zəhərləmir, çox az əşya ilə yaşayır.

Çoxsaylı və təkzibedilməz faktlarla sizə sübut etdim ki, ekologiyaya zərər vuran, təbiəti məhv edən o deyil, sizsiniz. Bəli, cənablar və xanımlar, özünü mədəni, sivil, müasir adlandıran məxluqlar.

Faktlar amansız şeylərdir, gec-tez onlarla hesablaşmaq lazım gəlir. Başqasının gözündə tük axtarmazdan əvvəl öz gözündə tiri görmək lazımdır. O adam sizi bəlkə bağışlayacaq, amma öz vicdanınız bağışlayacaqmı, bilmirəm.

İndi siz deyin, sizi bağışlamaq olarmı?

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 16 Noyabr 2024 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see451

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see337

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see301

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see290

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see283

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see280

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see278

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see234

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see230

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see226

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see222

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see222

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see221

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see217

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see216

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see213

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see203

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see200

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see190

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri