Öz hava limanlarına zərbə endirdilər İran təyyarəsinə görə
Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.
Yəmən Silahlı Qüvvələri İrana məxsus təyyarənin eniş etməsinin qarşısını almaq üçün üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nəzarətində olan Səna şəhərinin beynəlxalq hava limanının uçuş-eniş zolağına zərbə endirib.
“Qafqazinfo” Yəmən dövlət informasiya agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
“İran rejimi tərəfindən dəstəklənən husilərin terror birləşmələri Yəmən milli aviaşirkətinin paytaxt Sənanın hava limanına enməsinə qadağa qoyub və İran təyyarəsinin Yəmən ərazisinə müdaxilə etməsini tələb edib, buna görə də hava limanının uçuş-eniş zolağı zərbəyə məruz qalıb”, - nazirliyin açıqlamasında bildirilib.
Zərbədən az əvvəl Müdafiə Nazirliyi Səna hava limanının dərhal təxliyə edilməsinə çağırıb və vətəndaşları obyektə yaxınlaşmamaq barədə xəbərdar edib. Nazirlik ölkənin hava məkanını pozmağa cəhd edən istənilən təyyarənin qarşısını almağa hazır olduğunu vurğulayıb və bu tədbirlərin milli suverenliyin qorunmasına yönəldiyini qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 13 İyul 2026 17:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















