Icma.az
close
up
RU
“Öz payıma Paşinyanın devrilməsini heç istəməzdim... Çünki...“

“Öz payıma Paşinyanın devrilməsini heç istəməzdim... Çünki...“

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Nikol Paşinyanı Putinin qəzəbindən yalnız Ərdoğan qoruya bilər... 

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib. Ancaq tezliklə bitməsi ehtimalı son dərəcə yüksəkdir. Artıq Ermənistan hərəkətə keçib. Qərbə yaxınlaşmaq üçün ifrat dərəcədə Rusiyaya qarşı çıxan Nikol Paşinyan indi Moskvaya tərəf istiqamət alır. Rusiya Paşinyanı bağışlayacaqmı? Məncə, Putin nəyin bahasına olursa-olsun Nikol Paşinyanı devirməyə çalışacaq. 

O da sirr deyil ki, artıq Ermənistandakı Rusiyayönümlü qüvvələr ciddi şəkildə fəallaşıb. Aydındır ki, bu qüvvələr tezliklə Rusiyanın hərtərəfli dəstəyi ilə  meydanlara axışacaqlar.

Rusiyanın qəzəbindən qurtulmaq üçün Nikol Paşinyanın sadəcə bir yolu var. Öz başının çarəsinə qalan Qərb Ermənistanın baş nazirinə kömək edən deyil. Bu, birmənalıdır. Yalnız Türkiyə+Azərbaycan ittifaqı Nikol Paşinyanın xilaskarına çevrilmək gücündədir. 

Məncə, Nikol Paşinyan Rusiya-Ukrayna anlaşmasından əvvəl bu işi bitirməlidir. Bu iş bu anlaşmadan sonraya qalsa, Nikol Paşinyanı devirəcəklər...

Nikol Paşinyanı devirsələr nə olacaq? Rusiyapərəst qüvvələr Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Ümumiyyətlə, Azərbaycanla münasibətlərin normalaşmasını istəmirlər. Ancaq bu, önəmli deyil. Önəmli olan odur ki, Rusiya Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altında açılmasında maraqlıdır. Deməli, Paşinyan olsa da, olmasa da Zəngəzur dəhlizi açılacaq... 

Mən öz payıma N.Paşinyanın devrilməsini heç istəməzdim. Çünki onun iqtidarda olması bizim maraqlarımıza daha çox cavab verir. Ancaq biz onun yerinə qərar verə bilmərik. Qərarı özü, özü də mümkün qədər tez verməlidir. Yoxsa bir az sonra çox gec ola bilər...

Əlbəttə, Rusiya-Ukrayna müharibəsinin uzanması ehtimalı da az deyil. Dəqiq olan odur ki, bu müharibənin başa çatması Rusiyanın qol-qanadını açacaq. Bu isə Nikol Paşinyana yaxşı bir şey vəd etmir...

Elbəyi Həsənli. Sürix

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:218
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Mart 2025 13:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see301

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see301

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see282

30 yaşdan sonra qadınlar nələrə diqqət etməlidir? Vacib tövsiyələr

23 Noyabr 2026 06:06see272

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see262

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see256

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see248

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see239

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see225

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see219

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see218

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see216

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see215

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see212

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see210

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see209

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see196

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see193

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see186

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri