Icma.az
close
up
RU
Öz suveren ərazisində soyqırım törədən cinayətkarları mühakimə etməyə Azərbaycanın tam haqqı var

Öz suveren ərazisində soyqırım törədən cinayətkarları mühakimə etməyə Azərbaycanın tam haqqı var

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan torpaqları 30 ilə yaxın bir müddət ərzində erməni işğalı altında qaldı. Torpaqlarımızı viran edib, daşı-daş üstə saxlamadılar. 1 milyona yaxın vətəndaşımız öz-yurd yuvalarından qaçqın düşdü. Xocalı, Başlıbel,Malıbəyli-Quşçular, Ağdaban və s. saymaqla bitməyən soyqırımlara imza atan düşmən göz qırpımında azərbaycanlıları məhv etməyə köklənmişdi. İşğal edilən ərazilərdə, sözün əsl mənasıda etnik təmizləmə aparılırdı. Azərbaycanlılar kütləvi şəkildə qətlə yetilir, kütləvi şəkildə məzarlara atılırdı. Xocalıda, Xocavənddə və işğaldan azad edilmiş digər ərazilərdə kütləvi məzarlıqlar aşkarlandıqca, azərbaycanlıları necə işgəncə ilə öldürüldükləri faktı da üzə çıxır. Bu günə qədər işğaldan azad edilmiş ərazilərdə 18 kütləvi məzarlıq aşkar edilib.

Və 2023-cü il 23 saatlıq lokal antiterror əməliyyatı zamanı Azərbaycanlılara qarşı cinayətlər törətmiş şəxslər saxlanıldı. İndi onların məhkəmə tarixi yaxınlaşır. Əli azərbaycanlı qanına batmış "məxluq"ların məhkəməsi...

Politoloq Samir Hümbətov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu gün qərb ölkələrinin Azərbaycana qarşı təxribat aparmasının əsas səbəbi heç də Azərbaycan daxilindəki hansısa bir siyasi proseslərlə bağlı deyil.

Samir Hümbətov

“Burada əsas məqsəd və səbəb bu gün Azərbaycan tərəfindən Azərbaycan ərazisində saxlanılan, lokal antiterror əməliyyatı zamanı həbs edilmiş 8 şəxsin azad edilməsidir. Yəni bir növ əlləri azərbaycanlı qanına batmış terror, etnik təmizləmə, soyqırım cinayəti, müxtəlif işgəncələr həyata keçirmiş bir qrup şəxsin bu gün azad və rahat şəkildə yaşamasını istəyirlər”-deyən politoloqun fikrincə, bu da əslində bir növ ikili standartların ən bariz nümunələrindən biridir.

“O dövlətlərin özünə sual versən ki, “sənin əhalinə qarşı bu cür soyqırım siyasəti yürüdən şəxslər olsaydı, siz onları əfv edərsinizmi?” inanıram ki, deyəcəklər “xeyr”. Axı onların əhalisinə qarşı belə hadisələr törədilməyib. Bununla yanaşı bu şəxslərin azadlığa çıxmasını tələb edən ölkələrin də tarixlərində belə hallar olub. Afrikada və digər dünyanın müxtəlif ölkələrində Asiya-Sakit Okean bölgəsində, Yaxın Şərqdə və digər ərazilərdə belə hadisələr törədilib”-deyən politoloq hesab edir ki, bu səbəbdən də onlar üçün soyqırım, etnik təmizlənmə və digər oxşar cinayətlər çox adi hal sayılır və normal qəbul edilir, çünki özlərinə qarşı belə cinayətlər edilməyib, əksinə onlar başqalarına qarşı ediblər.

Təqsirləndirilən şəxslərin bağışlanması haqda Samir Hümbətov vurğulayıb ki, bununla bağlı qərar Azərbaycan xalqının iradəsini əks etdirir.

“Cənab prezident də demək olar ki, əksər çıxışlarında bununla bağlı məsələyə toxunaraq deyirdi ki, "biz bu məsələni tam qanuni və ədalətli şəkildə həyata keçiririk. Onlar azərbaycanlılara qarşı soyqırım cinayəti törədiblər. Müharibə qurbanlarının haqlarının, hüquqlarının qorunması Azərbaycan dövləti tərəfindən həyata keçirilən ən ümdə siyasətlərdən biridir". Xocalıda, eləcədə 92-93-cü illərdə işğal edilmiş ərazilərdə törədilən qətllərdə iştirak etmiş şəxsləri necə bağışlamaq olar? Hətta onların bir neçəsi də bu dəqiqə azadlıqdadır, Ermənistandadır. Onların arasında hətta ölənlər də var. Onların hər biri əslində cinayət məsuliyyətə cəlb edilməlidir. Onlar bu işğalçılıqla, separatizmlə, soyqırım cinayətləri ilə bağlı bir növ məsuliyyətə cəlb edilib, qanun qarşısında cavab verməlidir”-deyən politoloq vurğulayıb ki, Azərbaycan dövlətinin atdığı addımlar tam qanunidir, beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur.

“Azərbaycan dövləti cinayətkarların çirkin əməllərini sübutlar çərçivəsində məhkəməyə təqdim olunmasını və onların mühakimə edilməsini həyata keçirmək hüququna sahibdir. Çünki bu hadisə, məhz Azərbaycanın suveren ərazilərində baş verib və bu məsələdə Azərbaycanın lazım olan addımı atmaq üçün kifayət qədər hüquqi baza və imkanlar mövcuddur”-deyə Samir Hümbətov əlavə edib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see272

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see252

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see199

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see198

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see196

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see183

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see172

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see163

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see160

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see148

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see142

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri