Icma.az
close
up
RU
Ozan Can Kökçü: “Daha diqqətli olmaq lazım idi”

Ozan Can Kökçü: “Daha diqqətli olmaq lazım idi”

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Azarkeşlərimizi sevindirməyi çox istəyirdik. Çünki onlara qələbə borcumuz var idi. Təəssüf ki, yenə də alınmadı və uduzduq”.

İdman.biz Futbolxeber.az-a istinadən xəbər verir ki, bu sözləri milli komandamızın üzvü Ozan Can Kökçü dünən Belarusa qarşı keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.

26 yaşlı futbolçu 0:2 hesablı məğlubiyyəti şərh edib: “Belarus millisi bizdən elə də üstün oyun sərgiləmədi. İlk qol qarışıqlıq zamanı vuruldu. Hesabda geri düşdükdən sonra da qol şanslarımız oldu. Təəssüf ki, hesabı bərabərləşdirmək əvəzinə yenə qapımızda qol gördük. Halbuki daha diqqətli olmaq lazım idi".

Kökçü qeyd edib ki, ardıcıl məğlubiyyətlər komandada mənfi atmosfer yaradır: “Belarusla matça qələbə üçün çıxmışdıq. Son uğursuzluqları unutdurmaq istəyirdik. Təbii ki, yenə də uduzmaq heç kimə xoş deyil. Belədə komanda daxilində atmosfer də ürəkaçan olmur”.

O, DÇ-2026-nın seçmə mərhələsinə qədər vəziyyətin dəyişəcəyinə inanır: “Təslim olmamalı, sona qədər vuruşmalıyıq. Çünki komanda şəklində bu vəziyyətə düşmüşük və bu vəziyyətdən də birgə çıxmalıyıq. Əlimizdən gələni yox, daha artığını etməliyik. İnanıram ki, bunu bacaracağıq. Bəli, DÇ-2026-nın seçmə mərhələsində rəqiblərimiz bizdən güclüdürlər. Toparlanmaq, ürəklə oynamaq və meydanda can qoymaq lazımdır”.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:240
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 26 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri