Icma.az
close
up
RU
Özbək yeniyetmələrinin uğuru təsadüfdür yoxsa sistemin təntənəsi?

Özbək yeniyetmələrinin uğuru təsadüfdür yoxsa sistemin təntənəsi?

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Dünənki U-17 Asiya Kuboku final qarşılaşmasında qardaş Özbəkistanın komandası ədalətsiz (yaxud dartışmalı) sayılacaq hakim qərarlarına baxmayaraq, Səudiyyə Ərəbistanını 2:0 hesabı ilə məğlub etdi. - İki qırmızı vərəqə alıb sayca azlıqda qalıb qalib gəlmək – bax, bu, yalnız idman uğuru deyil, həm də milli idman siyasətinin öz bəhrəsini verməsinin parlaq göstəricisidir;

lakin bu uğuru yalnız bir oyunun çərçivəsində dəyərləndirmək səthi baxış olardı. - Elə deyilmi?

Əgər elədirsə,

gəlin bu qələbənin kökünü axtaraq. -

Baxışımızı bir qədər geriyə, 2010-cu illərin sonlarından başlayaraq Özbəkistanda idman, o cümlədən futbol sahəsində həyata keçirilən geniş struktur islahatlarına yönəltsək, durum daha aydın görünər:

-Bölgələr üzrə idman akademiyalarının qurulması;

-Seçilmiş xarici uzmanların (necə deyərlər, öhdəliklərlə) işə cəlb olunması;

-Daxili çempionatların gənclərin inkişafına yönəlik yenilənməsi;

-İdman təhsili, sosial təşviq siyasətinin təkmilləşdirilməsi və s.

Bu islahatların fonunda artıq özbək futbolunun lokomotivi sayılan “Paxtakor” klubunun örnəyi ayrıca vurğulanmalıdır.

“Paxtakor” #Pakhtakor

Bizim keçmiş SSRİ dönəmində Türküstandan tanıdığımız iki klubdan biri Daşkənd “Paxtakor”u (digəri Almatı “Kayrat”ı) idi. O, müstəqil Özbəkistanda yalnız bir klub yox, #futbol laboratoriyası, liderlik məktəbi və federasiya ilə koordinasiyalı çalışan bir modeldir. Bu komanda uzun illərdir:

Ölkə çempionatda qabaqcıllıq edir;

Asiya Çempionlar Liqasında (AFC Champions League) sabit çıxış edir;

Gənc oyunçuların A milli komandaya ötürülməsində önəmli rolunu oynayır.

Uğurları:

Özbəkistan liqası: 16 dəfə

(1992, 1998, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2012, 2014, 2015, 2019, 2020, 2021, 2022, 2023); Özbəkistan kuboku: 13 dəfə

(1993, 1997, 2001, 2002, 2003, 2004, 2005, 2006, 2007, 2009, 2011, 2019, 2020);

Özbəkistan super kuboku: 2

(2021, 2022);

Sovet 1-ci liqası: 1 (1972; əgər 11.08.1979-cu ildə Minskə yollanan “Paxtakor” komandası Ukrayna göylərində uçaq qəzasına düşməsəydi, yəqin başqa uğurları da olacaqdı)…

MDB kuboku: 1 (2007);

Bundan başqa,

onlar 1967-ci ildə isə SSRİ kuboku ikincisi olub;

2003 və 2004-cü illərdə Asiya Çempionlar Liqasının yarımfinalına yüksəliblər.

Bu klubun təkcə oyun üslubu deyil, idarəetmə strategiyası və seleksiya siyasəti də artıq beynəlxalq futbolda diqqət çəkir. “Paxtakor” akademiyasından çıxmış gənclərin bir çoxu bu gün millidə əsas heyətə çevrilib.

Milli komanda – “ölkənin güzgüsü”

Özbəkistan milli futbol komandası son illərdə öz oyun fəlsəfəsini dəyişməkdə və Avropa futbolunun ritminə uyğunlaşmaqda uğur qazanır. Yalnız fiziki güc və taktika yox, psixoloji hazırlıq və intizam da önplandadır. Son yarışlarda:

Komanda FİFA reytinqində yüksəlir;

Tək fərdi bacarıqlarla yox, komanda oyununda effektivliklə fərqlənir;

Yarış meydanlarında artıq “gözlənilməz komanda” yox, hesablaşmalı rəqib kimi tanınır.

Bu gün U-17 komandası nə qədər ümidvericidirsə, A milli komanda da bir o qədər usludur, dözümlüdür, realistdir.

Bəs bütün bunlar qardaşlarımızı hara aparır?

Əgər bu inkişaf templəri davam edərsə:

Özbəkistan 2030-cu illərdə Asiya futbolunun aparıcı güclərindən birinə çevriləcək;

“Paxtakor” tipli klub modelləri daha çox bölgəyə yayılacaq;

Özbək gəncləri beynəlxalq arenada artıq şok yox, sistemli nəticə təqdim edən simalara çevriləcək.

Zəruri xatırlatmalar:

Futbol İnkişaf Proqramı (2018–2022): Özbəkistan Futbol Assosiasiyası (UFA) 2018-ci ildə futbolun inkişafı üçün genişmiqyaslı proqram qəbul edib. Bu proqram çərçivəsində infrastrukturun təkmilləşdirilməsi, regional akademiyaların yaradılması və gənc istedadların yetişdirilməsi məqsədi güdülüb.

Fugbol akademiyalarının məhsulları:

akademiyaların yetişdirdiyi istedadlı futbolçuların bəziləri sonradan müxtəlif beynəlxalq klublarda çıxış edib.

Özbək futbolçularının qlobal arenaya çıxışı -

Abdukodir Xusanovun transferi:

20 yaşlı müdafiəçi Abdukodir Xusanov 2025-ci ilin yanvarında Fransanın “Lens” klubundan İngiltərənin “Manchester City” klubuna 40 milyon avro qarşılığında transfer olunub. Bu transfer, Xusanovun Premyer Liqada çıxış edən ilk özbək futbolçu olması ilə tarixə düşüb.

Digər beynəlxalq transferlər:

Özbək futbolçuları artıq müxtəlif ölkələrin liqalarında çıxış edirlər. Məsələn, bəzi oyunçular Banqladeş Premyer Liqasında müxtəlif klublarda oynayırlar.

Haşiyə:

Əslində, mən bu uğur formulunu, ölkə Prezidenti İlham Əliyevin illər öncə Azərbaycan Milli Olimpiya Komitəsinə prezident seçilməsi nəticəsində o illərdə qazabdığımız uğurlara bənzədirəm. Biz o illərdəki uğurları davam və inkişaf etdirmək gücündəyik. MOK-un uğurlarını, Prezidentin idmana qayısını düzgün incələyə, dəyərləndirə bilənlər işbaşında olsa, futbolumuz da inkişaf edər, digər idman növlərimiz də illa inkişaf edər.

“Qarabağı azad edə bilməzsiz”, “Xocalıya girə bilməzsiz”, “Xankəndidə bayraq qaldıra bilməzsiz”, “Qazaxın kəndləri getdi işinin dalınca” deyən ağzıköpüklü zehniyyətsizliyi qətiyyən qəbul etmədiyimiz kimi,

Qarabağa “Böyük Qayıdış”ı icra etdiyimiz kimi,

Dünya Kosmos Ailəsinin üzvü olduğumuz kimi,

Qoşulmama Hərəkatına qoşulub, bu hərəkatı yüksəltdiyimiz kimi,

Avropa Musiqi Yarışmasında (Eurovision) tarix yazdığımız kimi,

Bircə “gümüş”lə təsəlli tapdığımız MOK uğurlarının əyarını qaldırdığımız, üfüqünü genişləndirdiyimiz kimi…

Azərbaycan futbolunu da qabaqcıllar sırasına çıxardarıq əvəl-Allah!

Azərbaycan futbolunda “Qarabağ”, “Turan” klubları və AFFA-nın bəzi təşəbbüsləri kimi müsbət örnəklər mövcuddur;

Təkliflər:

Uğurlu təcrübələrdən ilham alaraq, bölgələrdə futbol akademiyalarının inkişafına diqqət yetirmək;

Xarici uzmanlarla işbirliyi edərək, yerli məşqçilərin və futbolçuların təcrübəsini artırmaq;

Çağdaş təlim-məşq bazaları yaratmaq və mövcud infrastrukturu yeniləmək.

Sonuc

“Paxtakor”un akademiyası,

U-17-nin nizamlı oyunu,

A milli komandanın yüksəlişi və

“Paris-2024”də özbək olimpiyaçılarının qazandığı uğurlar (8 qızıl, 2 gümüş, 3 bürünc - toplam 13 medalla (91 medal qazanan ölkə içrə) 13-cü yer)

– bunlar eyni ağacın budaqlarıdır. Ağacın kökü isə milli ruh və düzgün idarəçilikdir. Beləliklə,

Özbək futbolu bu gün fiziki meydanlarda deyil, həm də fəlsəfi səviyyədə qalib gəlir. Gələcəyin böyük turnirlərində bu günün gəncləri Özbəkistanın adını futbolun xəritəsinə qızıl hərflərlə yazmağa hazırlaşır.

Özbəkistana qardaş məhəbbəti ilə,

Əkbər Qoşalı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 21 Aprel 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see228

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see212

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see197

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see152

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see137

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see137

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri