Icma.az
close
up
RU
Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisi səslənib

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bakı, 11 iyun, AZƏRTAC

Daşkənddə yerləşən Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan musiqisinin zəngin irsinə həsr olunmuş konsert proqramı təqdim edilib.

AZƏRTAC xəbər verir ki, konserti Azərbaycanın Özbəkistandakı səfirliyinin nümayəndələri, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, ali təhsil müəssisələrinin rektorları, tanınmış musiqişünaslar, professor-müəllim heyəti, incəsənət xadimləri və çoxsaylı musiqisevərlər izləyiblər.

Proqramda Azərbaycanın Əməkdar artisti, Beynəlxalq Muğam Mərkəzinin direktoru, Özbəkistanın Mədəniyyət səfiri Sahib Paşazadə və Xalq artisti, görkəmli pianoçu Yeganə Axundova Özbəkistan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə çıxış ediblər.

Özbəkistanın Xalq artisti Kamoliddin Urinbayevin bədii rəhbərliyi və baş dirijorluğu keçirilən konsertdə Azərbaycan bəstəkarlarının seçilmiş əsərləri səsləndirilib.

Konsert proqramı, həmçinin Özbəkistan Dövlət Konservatoriyasının yenilənmiş konsert zalının açılışı münasibətilə təşkil olunan ilk böyük musiqi tədbirlərindən biri kimi xüsusi əhəmiyyət daşıyıb. Azərbaycanlı sənətçilər görkəmli bəstəkarlarımız Fikrət Əmirovun və Hacı Xanməmmədovun ölməz əsərlərini yüksək peşəkarlıqla təqdim ediblər.

Fikrət Əmirovun “Min bir gecə” baletindən süita, F. Əmirov və E. Nəzirova “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”i, eləcə də Hacı Xanməmmədovun “Tar və orkestr üçün 2 nömrəli Konsert”i Azərbaycan musiqisinin ecazkar gözəlliyini və yüksək bədii-estetik dəyərini bir daha nümayiş etdirib.

Konsertin sonunda Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasının rektoru Kamoliddin Urinbayevə xatirə hədiyyələri təqdim edib.

Özbəkistanda səfərdə olan azərbaycanlı sənətkarlar konsert proqramından əlavə, həm də Özbəkistan Dövlət Konservatoriyasının Dövlət İmtahan Komissiyasına sədrlik ediblər.

Qeyd edək ki, ötən ilin dekabrında Azərbaycanda keçirilən Özbəkistan Mədəniyyət Günləri çərçivəsində Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Yeganə Axundova və Sahib Paşazadə Özbəkistan Dövlət Simfonik Orkestri ilə birlikdə konsert proqramı ilə çıxış ediblər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri