Özbəkistan Mədəniyyəti Günlərinin daha bir konserti keçirildi FOTO
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri davam edir. Mədəniyyəti günləri çərçivəsində dekabrın 15-də Heydər Əliyev Sarayında Özbəkistanın “Navruz” Milli Rəqs Ansamblının konserti keçirilib.
Mədəniyyət Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, konsertdə instrumental heyətin müşayiəti ilə dahi özbək şairi Əlişir Nəvainin “Xəmsə”sindən “Fərhad və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” əsərləri əsasında hazırlanan musiqili-xoreoqrafik kompozisiyalar təqdim olunub.
Qonaq ifaçılar Özbəkistanın müxtəlif bölgələrinin koloritini əks etdirən milli rəqslər və mahnılar vasitəsilə qardaş ölkənin zəngin ənənələrini böyük şövqlə nümayiş etdiriblər.
Özbəkistanın Əməkdar artisti Mohiçehra Şomuradova ifasında “Küçələrə su səpmişəm” Azərbaycan xalq mahnısı sürəkli alqışlarla qarşılanıb.
Özbəkistanın Əməkdar artistləri Tulkin Jabborov və Yulduz Turdiyeva öz ifaları gecəyə rəng qatıblar. Y.Turdiyeva özbək kompozisiyaları ilə yanaşı, “Qarabağ” mahnısını da ifa etməsi könülləri oxşayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 16 Dekabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















