Icma.az
close
up
RU
Özbəkistan millisi dünya çempionatının qapısını döyür

Özbəkistan millisi dünya çempionatının qapısını döyür

Icma.az bildirir, Qol.az saytına əsaslanaraq.

Özbəkistan milli futbol komandası tarixində ilk dəfə dünya çempionatının final mərhələsində iştirak edə bilər. Onlar buna heç vaxt olmadığı qədər yaxındırlar. 

QOL.az xəbər verir ki, Asiya zonası üzrə seçmə mərhələdə yarışan özbəklər dünən Tehranın “Azadi” stadionunda İran millisi ilə qarşılaşıb. Qonaqlar hesabda iki dəfə önə keçsələr də, nəticəni qoruya bilməyiblər - 2:2. Bununla belə, qazanılan 1 xal da çox faydalı olub.

Özbəkistan A qrupunda yarışır. Qrupun ilk 2 qalibi DÇ-2026-ya birbaşa vəsiqə qazanır. 8 oyundan 20 xalı olan İran dünənki matçdan sonra mundialda oynamaq hüququnu təmin edib. Qrupdan 2-ci vəsiqə üçün isə Özbəkistan və Birləşmiş Ərəb Əmirlikləri mübarizə aparır. Özbəklərin bu vəsiqəni qazanmaq şansı daha çoxdur. Sona 2 tur qalmış Özbəkistan millisinin 8 oyundan 17, BƏƏ-nin isə 13 xalı var.

Maraqlıdır ki, növbəti turda məhz bu iki komanda BƏƏ-də üz-üzə gələcək (5 iyun). Həmin matçda qazanılacaq 1 xal belə Timur Kapadzenin baş məşqçisi olduğu Özbəkistan millisini DÇ-2026-ya aparacaq. Lakin mümkün məğlubiyyət olacağı halda belə, onlar 2-ci pillədəki mövqelərini qoruyacaqlar. 

Bu halda isə Özbəkistan hazırda qrup 4-cüsü olan Qətərə qarşı evdə keçiriləcək matçda (10 iyun) qalib gəlməlidir. O zaman  BƏƏ-nin autsayderlərdən olan Qırğızıstanla səfər matçının nəticəsi heç nəyi dəyişməyəcək və A qrupundan ABŞ-Kanada-Meksika üçlüyünün qəbul edəcəyi mundiala yollanacaq 2-ci komanda məhz özbəklər olacaq.

Bununla da Özbəkistan Türkiyədən sonra dünya çempionatlarında oynayan ikinci türkdilli ölkə olacaq.

Yeri gəlmişkən, digər türkdillə ölkə - Azərbaycanımızın milli komandası isə uğursuz çıxışları sıralaya-sıralaya gedir. Millimiz Fernandu Santuşun rəhbərliyi altında dünən Belarusa da uduzub (0:2). Bu, portuqaliyalı mütəxəssin rəhbərliyi altında keçirilən 8-ci matçda 7-ci məğlubiyyət olub. Digər 1 oyun isə heç-heçə başa çatıb və qələbə yoxdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://qol.az
archiveBu xəbər 26 Mart 2025 10:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri