Özbəkistan tanınmış jurnalistləri “Yeni Çağ” Media Qrupunu ziyarət etdi FOTO Yeni Çağ Media
Yenicag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Özbəkistan nümayəndə heyəti Azərbaycanda rəsmi səfəri çərçivəsində “Yeni Çağ” Media Qrupunun redaksiyasını ziyarət edib.
Yenicag.az xəbər verir ki, ziyarətə Özbəkistan Fəhlə İttifaqları Federasiyasının sədr müavini və “Vatan” qəzetinin baş redaktoru Xusan Ermatov, Özbəkistan Jurnalistlər İttifaqının sədri Xolmurod Salimov, özbək şairi Şükrət Arif “Yeni Çağ” Media Qrupunun redaksiyasının qonağı olub.
Qonaqları “Yeni Çağ” Media Qrupunun təsisçisi və baş direktoru, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Aqil Ələsgər qarşılayıb. Görüşdə Azərbaycan ilə Özbəkistan arasında media əlaqələrinin möhkəmləndirilməsi, iki ölkə arasında KİV sahəsində əməkdaşlıq və inkişaf məsələləri müzakirə edilib.
Görüşdə həmçinin Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli də iştirak edib. Sonda nümayəndə heyəti ilə birgə foto çəkdirilib.
Qeyd edək ki, sözügedən görüş iki ölkə arasında media sahəsində daha sıx əlaqələrin qurulmasına və gələcək əməkdaşlığın inkişafına töhfə verəcək.
Sonda xatirə fotosu çəkilib.
Məsimə Məmmədova
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 16 Dekabr 2024 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















