Icma.az
close
up
RU
Özbəkistan universitetlərinin nümayəndələri “Ingla School Baku”nun təşkilatçılığı ilə Azərbaycana gəlib

Özbəkistan universitetlərinin nümayəndələri “Ingla School Baku”nun təşkilatçılığı ilə Azərbaycana gəlib

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Azərbaycanda ilk dəfə olaraq “Ingla School Baku”nun təşkilatçılığı ilə Özbəkistan universitetlərinin sərgisi keçiriləcək. Tədbirin tərəfdaşları Özbəkistan Ali Təhsil Nazirliyi, Özbəkistanın Azərbaycandakı Səfirliyi, AMEA Mərkəzi Elmi Kitabxanası (MEK), Crossmedia.az Analitik İnformasiya Portalıdır. Tədbir 3 may 2025-ci ildə MEK-in Sərgi salonunda ("Elmlər Akademiyası" metro stansiyasının yaxınlığında) keçiriləcək və saat 10:00-dan 17:00-a qədər qədər davam edəcək.

525.az xəbər verir ki, qardaş Özbəkistanın 15-ə qədər nüfuzlu universitetlərindən - Səmərqənd Dövlət Xarici Dillər Universiteti, Buxara Dövlət Universiteti, Əbu Əli İbni Sina adına Buxara Dövlət Tibb İnstitutu, İslam Kərimov adına Daşkənd Dövlət Texniki Universiteti, Daşkənd Tibb Akademiyası, Milli Tədqiqatlar Universiteti, Daşkənd İrreqasiya və Aqrotexnika Avtomatlaşdırma İnstitutu, Stars Beynəlxalq Universiteti, Özbəkistan-Finlandiya Pedaqogika İnstitutu, Vebster Universiteti (Daşkənd), Turin Politexnik Universiteti Daşkənd Filialı, Kokand Pedaqoji Universiteti, Daşkənd Əczaçılıq Universiteti, Daşkənd Dövlət İqtisadiyyat Universiteti olmaqla 40-dan çox nümayəndə artıq Bakıdadırlar. Proqram çərçivəsində qonaqlar bugün Fəxri Xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını ziyarət ediblər. Özbək qonaqlar Bakı Dövlət Universitetini ziyarət edərək rektor Elçin Babayevlə, daha sonra isə müxtəlif fakültə rəhbərlərilə görüşüb əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Özbəkistan universitetlərinin nümayəndələrinin 3 mayda keçiriləcək sərgiyə qatılması ilə azərbaycanlı gənclər, tədbirə gələnlər bu ali məktəblərlə tanış olmaq, suallarına cavab almaq imkanı qazanacaqlar. Sərgidə bakalavr, magistr və doktorantura proqramları, tibb, mühəndislik, İT və digər tələbatlı ixtisaslar, universitet nümayəndələri ilə birbaşa görüş, təqaüd imkanları, təhsil imkanları və qəbul şərtləri haqqında geniş məlumat əldə etmək mümkün olacaq.

Qeyd edək ki, sərginin informasiya dəstəkçisi Crossmedia.az Analitik İnformasiya Portalıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 02 May 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib

22 Sentyabr 2025 11:31see309

Azərbaycan və Ermənistan münsiflərinin bu addımı gündəm oldu İlk dəfə

21 Sentyabr 2025 23:08see179

Filippində iğtişaşlar: 40 a yaxın polis əməkdaşı yaralanıb

22 Sentyabr 2025 02:49see151

HƏMAS dan Fələstinin tanınmasına reaksiya...

21 Sentyabr 2025 23:00see141

Xaos deyil, sərt tədbirlər olacaq Zaxarova

22 Sentyabr 2025 02:24see137

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see131

Atlantik okeanında tropik qasırğa yarandı

22 Sentyabr 2025 06:45see130

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see128

3 sultanlıq, 12 prezidentlik şahidi idi Vəfat etdi

22 Sentyabr 2025 20:20see127

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see125

Rusiya Çindən pivə idxalını iki dəfədən çox artırıb...

21 Sentyabr 2025 23:19see124

Taliban lideri iqamətgahını gizli şəkildə tərk etdi Əfqanıstanda nə baş verir?

21 Sentyabr 2025 23:18see124

Qurban Qurbanov: Bunlar işimizi bir az da asanlaşdırdı

21 Sentyabr 2025 19:28see123

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see122

Həyatı film olacaq

22 Sentyabr 2025 02:31see121

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see121

Sadettin Saran “Fənərbaxça”nın yeni prezideni seçilib

21 Sentyabr 2025 21:33see120

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see118

17 18 milyon il əvvəl nəsli kəsilmiş quşun sümükləri tapılıb...

21 Sentyabr 2025 22:43see117

Ukraynada təklif: Gənclərin xaricə çıxışı qadağan edilsin!

22 Sentyabr 2025 02:25see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri