Icma.az
close
up
RU
“Özbəkistan və Azərbaycan gələcəyə inamla irəliləyir” Səfir

“Özbəkistan və Azərbaycan gələcəyə inamla irəliləyir” Səfir

Icma.az, 525.az saytına istinadən bildirir.

“Özbəkistan müstəqilliyini elan edəndən bəri suveren, sosial yönümlü, dünyəvi və hüquqi dövlət quruculuğu istiqamətində ardıcıl iş aparır. Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə ölkədə siyasi, iqtisadi və institusional islahatlar həyata keçirilir”.

525.az xəbər verir ki, bunu Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov Özbəkistan Respublikasının müstəqilliyinin 34-cü ildönümünə və Azərbaycanla diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunmuş rəsmi qəbulda deyib.

Diplomat bildirib ki, açıqlıq, regional əməkdaşlıq, insan potensialının inkişafı, davamlı inkişaf və mədəniyyətə hörmət Özbəkistanın xarici və daxili siyasətinin əsas istiqamətləridir.

Onun sözlərinə görə, 1995-ci ildə diplomatik münasibətlər qurulandan bəri Özbəkistan-Azərbaycan əlaqələri sürətlə inkişaf edir. Son onilliklər ərzində əlaqələr ikitərəfli əməkdaşlıqdan hərtərəfli strateji tərəfdaşlığa və müttəfiqliyə yüksəlib. Bu prosesdə dövlət başçılarının - Prezident Şavkat Mirziyoyev və Prezident İlham Əliyevin birbaşa iştirakı və siyasi iradəsi xüsusi əhəmiyyət kəsb edir. Onların müntəzəm görüşləri, qarşılıqlı səfərləri və şəxsi dostluğu ikitərəfli dialoq üçün yeni imkanlar yaradır.

Səfir əlavə edib ki, əməkdaşlığımız beynəlxalq arenada, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, MDB və digər çoxtərəfli formatlarda qarşılıqlı dəstəyə əsaslanır.

“Prezident Şavkat Mirziyoyevin 2025-ci il iyulun 2-3-də Azərbaycana dövlət səfəri əlaqələrimizin tarixində mühüm mərhələ oldu. Füzuli, Xankəndi, Ağdam və Şuşa şəhərlərinə səfərlər oldu, Bakıda Dövlətlərarası Ali Şuranın ikinci sessiyası keçirildi və möhtərəm prezidentlər Özbəkistan səfirliyinin yeni binasını təntənəli şəkildə açdılar. Səfər nəticəsində 15-dən çox sənəd imzalanıb. Yaxın illərdə ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına qədər artacağı gözlənilir. 2025-ci ilin avqust ayına qədər ikitərəfli ticarət keçən ilin eyni dövrü ilə müqayisədə 47 faiz artıb.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq mühüm istiqamətə çevrilir: Transxəzər beynəlxalq nəqliyyat marşrutunun və Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropaya birləşdirən dəmir yolu və avtomobil dəhlizlərinin inkişafı çərçivəsində birgə layihələr müzakirə edilir”, - Bahrom Aşrafxanov bildirib.

Səfir Azərbaycan Milli Məclisinin qarşılıqlı humanitar və mədəni dialoqun inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdiklərini söyləyib: “İki ölkə parlamentarilərinin, o cümlədən Mədəniyyət komitəsinin və dostluq qruplarının konstruktiv iştirakı sayəsində yaradıcılıq, təhsil və elm dairələri arasında əlaqələr genişlənir. Mədəni irs, gənclər mübadiləsi, ədəbi və incəsənət layihələri üzrə birgə təşəbbüslər xüsusi əhəmiyyət kəsb edir. Füzulidə orta məktəbin açılması, qardaşlaşmış 13 şəhərlərimizin mədəniyyət müəssisələri arasında əlaqələrin inkişafı sadəcə diplomatiya deyil, əsl xalq diplomatiyasıdır. Bu kontekstdə Bakıda “Özbəkistan” parkı layihəsi birlik, ünsiyyət və açıqlığın simvoluna çevriləcək. Bu, təkcə memarlıq obyekti deyil, həm də mədəni əlaqələrin canlı mərkəzi olacaqdır”.

Gələcək əməkdaşlığa toxunan səfir deyib ki, bu gün Özbəkistan və Azərbaycan təkcə ortaq tariximizə görə deyil, həm də enerji, nəqliyyat, ticarət, texnologiya və humanitar əməkdaşlıq sahələrində ümumi maraqlarımıza görə yaxın müttəfiq kimi çıxış edirlər: “Özbəkistan və Azərbaycan sadəcə tərəfdaş deyillər - biz dostuq, qardaşıq və gələcəyə inamla irəliləyirik. Bizi birləşdirən məqsədlər sülh, inkişaf, sabitlik və xalqlarımızın firavanlığıdır”.

Pərvanə Sultanova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:213
embedMənbə:https://525.az
archiveBu xəbər 26 Sentyabr 2025 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri