Sinner Maldini ilə ortaq cəhətini açıqladı: “İkimizin də dizləri yaxşı vəziyyətdə deyil”
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Dünyanın ikinci raketkası, beşqat “Böyük dəbilqə” turniri çempionu Yannik Sinner “Milan”ın keçmiş kapitanı Paolo Maldini ilə ortaq cəhətləri barədə danışıb.
İdman.Biz “Sky Sport”a istinadən xəbər verir ki, italiyalı tennisçi bu suala əvvəlcə zarafatla cavab verib:
“Ortaq cəhətimiz nədir? Hazırda ikimizin də dizləri o qədər də yaxşı vəziyyətdə deyil (gülür). Zarafatı bir kənara qoysaq, düşünürəm ki, həyat bütövlükdə seçimlərdən ibarətdir. Biz hər zaman idmanı birinci yerə qoymuşuq”.
Maldini də Sinnerin fikirlərinə qoşularaq peşəkar idmanın tələb etdiyi qurbanlardan söz açıb:
“Təəssüf ki, belədir. Çünki bəzən müəyyən şeylərdən imtina etməli olursan və hətta yaxın insanların da bundan əziyyət çəkə bilər. Amma düşünürəm ki, müəyyən səviyyədə idmanla məşğul olmaq üçün bunu etməlisən - prioritetlərini müəyyənləşdirməlisən”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 17 Noyabr 2026 06:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















