Özbəkistan və Ukrayna “vizasız nəqliyyat rejimi” barədə sənəd imzalayıb
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ukrayna və Özbəkistan tranzit yükdaşımalarının liberallaşdırılması haqqında protokol imzalayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın bərpa, infrastruktur və nəqliyyat naziri Nikolay Kalaşnik məlumat verib.
“Daha bir ölkə ilə - Özbəkistanla “vizasız nəqliyyat rejimi” tətbiq edirik. Ukraynanın yükdaşıma şirkətləri bununla icazəsiz işləyə biləcəklər”, - nazir deyib.
İmzalanmış protokol daşıyıcılar üçün kvotaların və əlavə inzibati prosedurların ləğvini nəzərdə tutur və Ukrayna ilə Özbəkistan arasında yükdaşımalarını sadələşdirir.
2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi təxminən 315 milyon dollar təşkil edib, bu da bir il əvvəlki göstəricidən 14 faiz çoxdur. Avtomobil nəqliyyatı ilə yükdaşımalarının sadələşdirilməsi şirkətlərə ticarəti inkişaf etdirməyə kömək edəcək.
Ayşən Vəli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 30 Sentyabr 2026 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















