Icma.az
close
up
RU
Özbəkistanda iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Özbəkistanda iqtisadi əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 iyun, AZƏRTAC

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti IV Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak etmək üçün Özbəkistana səfər edib.

AZƏRTAC İqtisadiyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, forum çərçivəsində “Azərbaycan-Özbəkistan: İqtisadi tərəfdaşlığın vektoru” mövzusunda panel sessiya keçirilib.

Sessiyada hər iki ölkənin hökumət və biznes nümayəndələri ilə ikitərəfli ticarətin genişləndirilməsi, birgə investisiya layihələrinin təşviqi, enerji, nəqliyyat, kənd təsərrüfatı, sənaye və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib.

Sessiyada iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər və tədbirlərin əməkdaşlığın inkişafına təkan verdiyini vurğulayıb.

“Ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri genişlənir. Özbəkistanla ticarət dövriyyəsi bu ilin yanvar-aprel aylarında 3 dəfədən çox artıb. İqtisadi münasibətlərin möhkəmləndirilməsində Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti kimi mexanizmlər mühüm rol oynayır. Bununla yanaşı, digər birgə fəaliyyət platformalarının formalaşdırılması iqtisadi tərəfdaşlığı stimullaşdıra bilər”, - deyə nazirin birinci müavini bildirib.

Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Xurram Teşabayev, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, Özbəkistanın Yenidənqurma və İnkişaf Fondunun direktoru Şuxrat Vafayev, Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin direktoru Nazim Hacıyev, Daşkənd qubernatorunun müavini Şərof Rəhmanov iki ölkə arasında iqtisadi tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsinə dair fikirlərini bölüşüblər.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənd Beynəlxalq İnvestisiya Forumunda iştirak çərçivəsində Qətərin xarici ticarət naziri Ahmed bin Mohammed Al-Sayed ilə görüşüb.

Görüşdə Azərbaycan-Qətər əlaqələrinin uğurlu inkişafı vurğulanıb. Qeyd olunub ki, ölkələrimiz arasında iqtisadi münasibətlərin möhkəmləndirilməsi üçün böyük potensial var. Bu baxımdan, birgə təşəbbüslərin həyata keçirilməsi önəm kəsb edir. Azərbaycanın əlverişli işgüzar mühiti, müxtəlif investisiya layihələri, nəqliyyat imkanları haqqında məlumat verilib, əməkdaşlığın perspektivləri qeyd olunub.

Tərəflər birgə investisiyalar, infrastrukturun inkişafı, dövlət və özəl sektor arasında səmərəli tərəfdaşlıq mexanizmlərinin qurulması və digər istiqamətlər üzrə işbirliyi barədə müzakirələr aparıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see473

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see252

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see221

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see184

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see158

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see155

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see151

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see142

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see137

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri