Icma.az
close
up
RU
Özbəkistanın elm, ədəbiyyat və mədəniyyətində tarixi hadisə reallaşdı

Özbəkistanın elm, ədəbiyyat və mədəniyyətində tarixi hadisə reallaşdı

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Özbəkistanın elm, ədəbiyyat və mədəni həyatında tarixi hadisə – dörd cildlik “Əlişir Nəvai Ensiklopediyası” 4 cilddə 2.036 səhifə həcmində nəşr olundu. Bu ensiklopediya təkcə böyük mütəfəkkir şair Əlişir Nəvainin həyatı və yaradıcılığını tam əhatə edən fundamental bir əsər deyil, eyni zamanda Yeni Özbəkistan dövrünün mənəvi intibah rəmzidir. Onun hazırlanması ilə özbək nəvaişünaslığı yeni mərhələyə yüksəldi.

Bu elmi nəşrdə Nəvai ilə bağlı bütün tarixi, ədəbi, fəlsəfi, dini və mədəni aspektlər geniş şəkildə işıqlandırılıb. Onun şəxsiyyəti, ədəbi irsi, müasirləri, yaşadığı dövrün ictimai-siyasi mühiti, eləcə də təsəvvüf, irfan, İslam fəlsəfəsi, poetik təhlil, mətnşünaslıq, tərcüməşünaslıq kimi sahələrə dair çoxsaylı məqalələr toplanıb.

Prezident Şövkət Mirziyoyevin rəhbərliyi ilə Nəvai irsinin öyrənilməsi və təbliği geniş miqyasda həyata keçirilir. Məhz bu siyasi və mədəni mühitdə ensiklopediyanın nəşri 2020-ci ildə qəbul olunmuş qərara əsasən, xüsusi diqqət və maliyyə dəstəyi ilə gerçəkləşdirildi. Bu fundamental əsəri Özbəkistan Respublikası Elmlər Akademiyasının Özbək dili, ədəbiyyatı və folkloru institutunun alimləri 2021–2024-cü illərdə hazırlayıb nəşr etdirdilər.


Ensiklopediyada məqalələr əlifba sırasına uyğun yerləşdirilib. Hər bir məqalənin sonunda istifadə olunmuş ədəbiyyat siyahısı, müəllifin adı, elmi mənbə və izahlar verilib. Cildlər rus və ingilis dillərində annotasiyalarla tamamlanıb. Ensiklopediyanın beynəlxalq səviyyədə hazırlanması da diqqətəlayiqdir: məqalələr arasında ABŞ, Türkiyə, Azərbaycan, Qırğızıstan,Tacikistan kimi ölkələrdən olan alimlərin də töhfələri qismən olsa da, yer alıb.

Bundan əlavə, ingilis, fransız, alman, fars, rus və digər dillərdə nəvaişünaslığa dair aparılmış tədqiqatlar da ensiklopediyaya daxil edilib. Gibb, Bartold, Bertels, Konrad, Remi Dor, Jan-Pol Ru kimi tanınmış Qərb alimlərinin Nəvai irsi haqqında araşdırmaları təhlil olunub.

Nəvainin yaradıcılığına Azərbaycan ədəbiyyatının təsiri və Nəvainin Azərbaycan ədəbiyyatına göstərdiyi böyük təsir xüsusilə vurğulanmalıdır. Nəsimi, Füzuli, Kişvəri, Mirzə Fətəli Axundov, Şirvani, Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Əlişir Nəvai şəxsiyyətinə və irsinə dərin ehtiram bəsləyiblər. Buna görə də ensiklopediyada Nəvai və Azərbaycan ədəbiyyatı arasındakı əlaqələrə həsr olunmuş təhlilli məqalələr yer alır və burada ədəbiyyatın qarşılıqlı təsiri məsələlərinə xüsusi diqqət yetirilib. Ensiklopediyada təkcə Azərbaycan ədəbiyyatı deyil, onun ədəbiyyatşünaslıq məktəbi də əhatə olunub. Məsələn, Həmid Araslı, Cənnət Nağıyeva haqqında öçerklər, digər alimlərin adları isə nəvaişünaslıq sahəsindəki tədqiqatlara həsr olunmuş məqalələrlə ensiklopediyaya daxil edilib. Bununla yanaşı, Nəvai irsi ilə bağlı Azərbaycanda nəşr olunmuş kitablar və məcmuələr də ensiklopediyanı hazırlayan elmi-yaradıcı heyətin diqqətindən kənarda qalmayıb. Xüsusən, Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun alimləri tərəfindən 2009-cu ildə nəşr edilən “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” adlı məqalələr toplusu dərin təhlilə cəlb olunan tədqiqat əsərləri sırasına daxildir. Bu topluda tərtibçi-müəllif kimi hazırladığım “Bir yarpaq söz" adlı ön sözüm ensiklopediyada ayrıca qeyd olunub. Burada mən Azərbaycan-özbək ədəbi əlaqələrinin qısa tarixi və bu sahədə fəaliyyət göstərmiş əsas tədqiqatçılar haqqında bəhs etmişəm. “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında” toplusunda 1907–2007-ci illəri əhatə edən bir əsrlik materiallar toplanıb. Bu materiallar Əlişir Nəvainin həyatı və yaradıcılığı ilə bağlı olub, ensiklopediyanın elmi-yaradıcı qrupu tərəfindən aşağıdakı kimi təsnif edilib: 


1. Nəvainin ailə mühiti və uşaqlıq dövrü;

2. Onun təhsil illəri və tərbiyəsinə həsr olunmuş dövr;

3. Ustadları, yetkinlik mərhələsi, o cümlədən Məşhəd və Səmərqənd mədrəsələrində aldığı təhsil;

4. Nəvai və Teymurilər dövləti: Əbu Səid Mirzə, Əbülqasim Babur Mirzə, Hüseyn Bayqara dövründəki ictimai-siyasi fəaliyyəti;

5. Nəvainin otuzdan çox əsərinin əlyazma və çap nüsxələri ilə bağlı qeydlər;

6. “Xəmsə” poemasında Nizami, Dəhləvi, Əbdürrəhman Cami kimi şairlərə həsr olunmuş xüsusi bölmələr;

7. Nizami irsinin Nəvaidə, Nəvai ənənələrinin isə Füzulidə davam etməsi. Həmçinin, “Məcalisun-nəfais”dəki Azərbaycanlı sənətkarlar, “Nəsaimul-məhəbbət”dəki azərbaycanlı şeyxlər haqqında məlumatlar;

8. Nəvai – böyük dövlət xadimi kimi;

9. Onun əsərlərində əks olunmuş bəşəri ideyalar, bədii-estetik və fəlsəfi baxışlar, tərbiyə məsələləri;

10. Nəvai – ədəbiyyatşünas kimi;

11. Nəvai – dilçi kimi;

12. Nəvai – tarixçi kimi;

13. Şairin bədii ustalığı, obrazlar aləmi və poetik sənətkarlıq xüsusiyyətləri;

14. Nəvai – tarixi və müasir özbək-Azərbaycan ədəbi əlaqələrinin rəmzi, xatirə və gələcək simvolu kimi.

Ensiklopediya Azərbaycan ədəbiyyatşünaslığı üçün də mühüm əhəmiyyətə malik¬dir. Bu tədqiqat nəvaişünaslıqda yeni istiqamətlərin inkişafına zəmin yaradır. Ensiklopediyada şairin əsərlərinin müxtəlif nəşrləri, onların tərcümələri, dünya kitabxanalarındakı əlyazmaları, miniatürləri, heykəltəraşlıq nümunələri, teatr və kinoda əks olunması, ədəbi-tənqidi təhlilləri öz əksini tapıb. Xüsusilə, Teymurilər dövrünün ədəbi mühiti, Nəvainin doğulub ömrünün sonunacan yaşadığı Herat şəhəri və türk xalqlarının həyatına dair məqalələr böyük elmi dəyərə malikdir.

Ensiklopediyada şairin ailəsi, dostları, ustadları, müasirləri, tələbələri haqqında da ətraflı məlumat verilir. Nəvaini araşdıran elmi tədqiqatların tarixi ardıcıllıqla davam etdiyi vurğulanır. Mirxond, Xandəmir, Babur kimi çağdaşlarından başlayaraq, Əbdurrauf Fitrət, Maqsud Şeyxzadə, Aybek, Suyima Qəniyeva, Əziz Kayumov, İbrahim Haqqul kimi müasir alimlərə qədər nəvaişünasların araşdırmalarına xüsusi diqqət yetirilib. Bu gün Nəvai irsinin öyrənilməsi üçün geniş imkanlar açılıb. Onun yaradıcılığı, İslam və ümumbəşəri ideyalar, fəlsəfi dərinliklər müasir ədəbiyyatşünaslar – Şöhrət Siracəddinov, Müslihiddin Mühiddinov,  Dilaram Salahi, Maqsud Əsədov, Qədircan Erqaşov, Seyfəddin Rəfiddinov, Erqaş Oçilov, Burabiya Rəcəbova, Sırdərya Otanova, Zuleyxa Rəhmanova, Dilnavoz Yusupova, Zeba Qabilova kimi 78 alim və tədqiqatçının araşdırmalarında öz əksini tapıb.

Bu gün Nəvai əsərləri dünyanın nüfuzlu kitabxanalarında qorunub saxlanmaqdadır. Bakı, Paris, Vyana, Toronto, Oksford, Berlin, Tehran, İstanbul, Budapeşt, London kitabxanalarında onun “Xəmsə”, “Çahar divan”, “Lisanut-teyr”, “Məcalisun-nəfais” və digər əsərlərinin çoxsaylı əlyazma nüsxələri mövcuddur. Onların bir çoxu şairin sağlığında köçürülmüş və nadir elmi mənbə hesab edilir. Ensiklopediyada bu mənbələr haqqında xüsusi məqalələr təqdim edilib.

Ensiklopediyada Nəvai əsərlərinin əlyazma və daşbasma nüsxələri, onların müxtəlif illərdə nəşrləri, xarici dillərə tərcümələri haqqında ətraflı məlumat verilir. Bundan əlavə, Nəvai obrazının təsviri sənətdə, heykəltəraşlıqda, musiqidə, teatr və kinoda əks olunması haqqında məqalələr də böyük maraq doğurur.

Bundan başqa, şairin adı ilə bağlı vilayətlər, universitetlər, teatrlar, metro stansiyaları, kitabxanalar, sənət ocaqları haqqında məlumatlar, heykəllər, səhnə əsərləri, miniatürlər, rəsmlər, sənədli filmlər, teatr səhnələri ensiklopediyada zəngin tarixi-elmi material kimi yer alıb.

Dörd cildlik nəşr 2500-dən çox məqaləni əhatə edir. Hər məqalə müəllifin adı, mənbələri və ədəbiyyat siyahısı ilə birlikdə təqdim olunub.

“Əlişir Nəvai Ensiklopediyası” – təkcə elmi mənbə deyil, həm də türk xalqlarının mənəvi irsini daha dərindən anlamaq, onu gələcək nəsillərə dəqiq və tam şəkildə çatdırmaq üçün xidmət edən misilsiz bir xəzinədir. Kitab orta məktəb şagirdlərindən başqa tələbələr, müəllimlər, elmi işçilər, yaradıcı ziyalılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş qiymətli mənbə hesab edilir. Onun hər bir cildi Nəvai obrazını yeni-yeni çalarlarla açmağa xidmət edir.


Almaz Ülvi,

nəvaişünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://sherg.az
archiveBu xəbər 02 Aprel 2025 17:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri