Özbəkistanlı media nümayəndələrinin iştirakı ilə Şəki, Lahıc və Şamaxıya mediatur təşkil edilib
Icma.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 9 may, AZƏRTAC
Azərbaycanda səfərdə olan özbəkistanlı media nümayəndələrinin iştirakı ilə Şəki, Lahıc və Şamaxıya mediatur təşkil edilib.
Medianın İnkişafı Agentliyindən AZƏRTAC-a bildirilib ki, mediatur çərçivəsində qonaqlar Azərbaycanın tarixi-mədəni irsi ilə tanışlıq məqsədilə Böyük İpək Yolunun üzərində yerləşən, zəngin memarlıq nümunələri və mədəni dəyərləri ilə tanınan, Özbəkistanın Kokand şəhəri ilə qardaşlaşmış Şəki şəhərinə səfər ediblər. İlk olaraq, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş möhtəşəm Şəki Xan Sarayı ziyarət olunub. Daha sonra qonaqlar 1867-ci ildə tikilmiş “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzini ziyarət edib, ardınca isə Şəki Dövlət Rəsm Qalereyası, Cümə məscidi və Kiş məbədinə baş çəkiblər.
Eyni zamanda, “Lahıc” Dövlət Tarix-Mədəniyyət Qoruğu da ziyarət edilib.
Media nümayəndələri Lahıcın tarixi mədəniyyət abidələri, burada aparılan təmir-bərpa işləri, gələcəkdə nəzərdə tutulan planlar və layihələr haqqında ətraflı məlumatlandırılıb.
Sonda isə qonaqlar Şamaxı Cümə Məscidi və Şahxəndan türbəsini ziyarət edərək bölgənin tarixi və mədəni irsi ilə tanış olublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 09 May 2025 19:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















