Icma.az
close
up
RU
Özbəkistanlı mühəndis energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Özbəkistanlı mühəndis energetiklər “Azərişıq”da təlimlərə başlayıblar

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 14 oktyabr, AZƏRTAC

“Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində Özbəkistan Respublikasının Milli Elektrik Şəbəkəsi Səhmdar Cəmiyyətinin (NEGU) mühəndis-energetikləri üçün ixtisasartırma təlimləri keçirilir. Maarifləndirici proqram Dünya Bankının maliyyə dəstəyi ilə reallaşan “Elektrik Enerjisi Sektorunun Transformasiyası və Dayanıqlı Ötürmə” (ESTART) layihəsi çərçivəsində təşkil olunur.

ASC-dən AZƏRTAC-a bildirilib ki, təlimin keçirilməsində məqsəd Özbəkistanın enerji sektorunda çalışan mühəndis-texniki heyətin peşəkar potensialının gücləndirilməsi, müasir texnologiyaların tətbiqi üzrə bilik və bacarıqlarının artırılmasıdır. Həmçinin, təlim müddətində iştirakçılar elektrik şəbəkələrinin etibarlı və təhlükəsiz istismarına dair Azərbaycanın enerji sektorunda formalaşmış qabaqcıl beynəlxalq təcrübə ilə də yaxından tanış olacaqlar.

“Azərişıq” ASC-nin peşəkar təlimçilərinin iştirakı ilə keçirilən kursda 35–110 kV-luq elektrik şəbəkələrinin quraşdırılması və istismarı, texniki xidməti, təmiri, diaqnostikası, eləcə də müasir idarəetmə üsulları barədə özbəkistanlı həmkarların bilikləri təkmilləşdirilir. Həmçinin iştirakçılara elektrik qurğularında izolyasiya sistemləri, ifrat gərginlikdən mühafizə, elektrik avadanlıqlarının sınaq və diaqnostikası, mühafizə vasitələrinin düzgün seçilməsi və təhlükəsiz istismar qaydaları ilə bağlı ətraflı məlumatlar çatdırılır. Onlara həm də elektrik şəbəkələrində normal və qəza rejimlərində əməliyyatların aparılması, kommutasiya proseslərinin düzgün idarə olunması, avadanlıqların texniki vəziyyətinin qiymətləndirilməsi və qəza hallarında operativ qərarların qəbul edilməsi ilə əlaqədar müasir yanaşmalar və qabaqcıl təcrübələr təqdim olunur.

Təlimlər çərçivəsində nəzəri biliklərlə yanaşı, real elektrik avadanlıqları, diaqnostika vasitələri və müvafiq təlim qurğularından istifadə edilməklə praktiki tapşırıqların yerinə yetirilməsi nəzərdə tutulur. Bu yanaşma iştirakçıların əldə etdikləri bilikləri bilavasitə istehsalat şəraitində tətbiq etmək bacarıqlarının inkişafına xidmət edir.

Maarifləndirici layihə həm də Azərbaycan və Özbəkistan mühəndis-energetikləri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsinə şərait yaradacaq. Təlimlər başa çatdıqdan sonra iştirakçıların əldə etdikləri bilik və bacarıqlar qiymətləndiriləcək. Yekun qiymətləndirmədən uğurla keçən müdavimlərə “Azərişıq” ASC tərəfindən müvafiq sertifikatlar təqdim olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2026 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri