Özcan Deniz və Deniz Çakırla bağlı qərar verildi
Milli.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Türkiyədə məşhurların da adının hallandığı narkotik istintaqı çərçivəsində saxlanılan şəxslərlə bağlı qərar verilib. Müğənni Ceylan Kaya həbs edilib, aralarında Özcan Deniz və Deniz Çakırın da olduğu bir neçə tanınmış sima isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb.
Milli.Az xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
İstanbul Baş Prokurorluğunun apardığı araşdırma narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadəsi və saxlanılması, eləcə də fahişəliklə bağlı iddiaları əhatə edir.
İstintaq çərçivəsində saxlanılan aktrisalar Burcu Özberk və Deniz Çakır, müğənni Özcan Deniz, Murat Ceylan, Ufuk Gündoğdu, Deniz Sözen, Murat Başoğlu, İbrahim Yılmaz və Onur Yüksel məhkəmə nəzarəti ilə sərbəst buraxılıblar.
Prokurorluqda ifadə verən Özcan Deniz narkotik vasitələrdən istifadə etmədiyini və bu cür şəxslərlə heç bir əlaqəsinin olmadığını bildirib. Deniz Çakır da ittihamları qəbul etməyərək yalnız reseptlə verilən dərmanlardan istifadə etdiyini və narkotik vasitələrlə əlaqəsinin olmadığını deyib.
Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)
Baxış sayı:70
Bu xəbər 26 Noyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















