Icma.az
close
up
RU
Özəl bağça açmaq istəyənlərə faizsiz kredit verilməlidir Təhsil eksperti

Özəl bağça açmaq istəyənlərə faizsiz kredit verilməlidir Təhsil eksperti

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda məktəbəqədər təhsil müəssisələrinin sayının artırılacağı qeyd olundu. Elm və təhsil naziri Emin Əmrullayev qeyd etdi ki, bağçalarla təminatın 50 faizə çatdırılması hədəflənib. Nazir işğaldan azad edilmiş ərazilərdə də yeni bağçaların tikildiyini və bunun hesabına əhatəliliyin genişlənəcəyini diqqətə çatdırdı. Bağçaların sayının artırılması tərbiyəçi-müəllim sayını gündəmə gətirir. Ölkədə kifayət qədər bu təhsil pilləsində çalışacaq kadr varmı? 
Təhsil eksperti Elşən Qafarov məktəbəqədər təhsilin ölkə təhsilinin ən ağrılı yeri olduğunu deyib. O, Demokrat.az-a açıqlamasında təəssüfə qeyd edib ki, struktur cəhətdən burada vəziyyət bərbaddır:
“Hazırda məktəbəqədər təhsil pilləsində 3-6 yaşlı uşaqların sayı 400 min nəfərdir. 5 yaşlı uşaqların 85-90 faizi məktəbə hazırlıq qruplarına cəlb olunub. Hazırda ölkədə 2 minə yaxın məktəbəqədər təhsil müəssisəsi var. Onlarda da 18 min uşaq yeri var. Biz nəyin hesabına məktəbəqədər təhsillə əhatəliliyi 50 faizə çatdırırıq?! Nəzərə alaq ki, ölkədə hər il 130-140 min uşaq dünyaya gəlir. 2011-2021-ci illərdə ölkədə cəmi 8 məktəbəqədər təhsil müəssisəsi tikildi, yəni icra hakimiyyətlərinin tabeliyində olan zaman, o da Heydər Əliyev Fondunun hesabına. 10 il ərzində məktəbəqədər təhsili tamamilə dağıtdılar.  Bu pillədə çalışan 17 minə yaxın şəxsin üçdə birinin ümumiyyətlə təhsili yoxdur”. 
Ekspertin fikrincə, yalnız yaxın 10 ildə məktəbəqədər təhsilin əhatəsi 50 faizə çatdırıla bilər:
“Burada özəl sektoru təşviq etmək lazımdır. Adambaşına maliyyə sistemi tətbiq olunmalıdır, valideyn özü qərar verməlidir ki, övladı dövlət ya özəl məktəbəqədər təhsil müəssisəsində oxuyacaq. Faizsiz və ya aşağı faizlə kreditlər ayrılmalıdır məktəbəqədər təhsil müəssisələrinin yaradılması üçün. İşğaldan azad edilmiş ərazilərdə 3-4 il ərzində neçə bağça tikilib? Ciddi addımlar atılmalıdır. Məktəbəqədər təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi üçün dövlət proqramı qəbul edilməlidir. Daha sonra, özəl sektorun təşviq edilməsi üçün hüquqi sənədləşdirmə prosesi sadəşləşdirilməlidir. Dövlətin uşağın məktəbəqədər təhsilinə ayırdığı vəsaitə əsasən valideynə hüquq verilməlidir ki, uşağını dövlət ya özəl bağçaya qoymaqla bağlı seçim edə bilsin. Bu problemlər həllini tapmadan inkişafa nail olmaq mümkün deyil. Dünya praktikasına əsasən ölkədə uşaqların heç olmasa 25 faizi bağçalara getməlidir. Bizdə 25 faiz bağçaya gedirmi? Şişirdilmiş rəqəmlərə ehtiyac yoxdur, real işlər görülməlidir”.
Törə Zeynallı
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Dekabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri