Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Təhsil eksperti: “IX sinifi bitirənlərə attestat yox, elmi dərəcə verilməlidir”

Təhsil eksperti: “IX sinifi bitirənlərə attestat yox, elmi dərəcə verilməlidir”

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“9-cu sinif buraxılış imtahanında xarici dil fənnindən esse yazmağın tətbiqi, ilk baxışdan, şagirdlərin yazılı ifadə bacarıqlarını inkişaf etdirmək üçün müsbət bir addım kimi görünsə də, bu qərar şagirdlərin biliyini yoxlamaq üçün ədalətli deyil.

İmtahan formatının kompleksliyi, xüsusilə 9-cu sinif şagirdlərinin yaş xüsusiyyətləri və psixoloji hazırlıq səviyyəsi nəzərə alındıqda, bu yanaşmanın nə qədər effektiv olduğu şübhə doğurur.

Azyaşlı şagirdlərin bir buraxılış imtahanında dinləmə suallarını cavablandırması, müxtəlif açıq və qapalı test tapşırıqlarını yerinə yetirməsi və sonda esse yazması onların biliyini yoxlamaqdan çox, artıq yükləmə effekti yaradır. Psixoloji tədqiqatlar göstərir ki, 15 yaşlı şagirdlərin konsentrasiya qabiliyyəti orta hesabla 40-45 dəqiqə ərzində yüksək olur. Ancaq bu imtahan formatı şagirdlərin konsentrasiya limitlərini aşır və onların bacarıqlarını tam şəkildə nümayiş etdirməsinə mane olur”. 

“Cebehinfo.az” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, bu, onların təhsilə qarşı motivasiyasını da azaldır:

“Dünya təcrübəsinə baxdıqda, müxtəlif ölkələrdə yazılı ifadə bacarıqlarının yoxlanılmasına fərqli yanaşmalar tətbiq olunur. Məsələn, Finlandiyada 9-cu sinif səviyyəsində xarici dil fənnindən yazılı ifadə yoxlanılarkən şagirdlərə daha çox sərbəstlik verilir. 

Şəkil əsasında esse yazmaq əvəzinə, onlara gündəlik həyatdan mövzular təqdim edilir və mətnlərin qiymətləndirilməsi şagirdlərin yaradıcı yanaşması üzərində qurulur. Həmçinin, Finlandiya təhsil sistemi yazılı tapşırıqları uzunmüddətli layihə və ya ev tapşırığı formatında həyata keçirir ki, bu da şagirdlərə daha çox vaxt və az streslə özlərini ifadə etmək imkanı verir”.

Digər tərəfdən, İngiltərədə GCSE imtahanlarında (General Certificate of Secondary Education) xarici dil fənnində yazılı ifadə bacarıqları da qiymətləndirilir:

“Lakin bu proses məhdud vaxtda çox tapşırıq yerinə yetirmək tələb etməyən bir formatda təşkil olunur. Şagirdlərdən yalnız bir mövzu əsasında yazı yazmaq tələb olunur, dinləmə və oxuma tapşırıqları isə ayrı-ayrı sessiyalarda həyata keçirilir. Bu yanaşma şagirdlərə hər bir tapşırığa diqqət ayırmaq üçün kifayət qədər vaxt verir.

Azərbaycanda isə buraxılış imtahanlarının bu formatı bir çox nöqsanları üzə çıxarır. Ən böyük problemlərdən biri yazılı işlərin qiymətləndirilməsindəki subyektivlikdir. Hər il yazı işlərinin yoxlanılmasında buraxılan səhvlər və nöqsanlar, nəticələrin gec açıqlanmasına və şagirdlərin haqsız qiymətləndirilməsinə səbəb olur”. 

Məsələn, Dövlət İmtahan Mərkəzinin illik hesabatlarına əsasən, yazılı tapşırıqların qiymətləndirilməsində hər il 10%-ə qədər şikayət qeydə alınır:

“Bu, qiymətləndirmə prosesində obyektivliyin təmin edilmədiyini və belə bir sistemin ədalətli olmadığını göstərir. Eyni zamanda, bu qədər çox tapşırığın yer aldığı imtahanlar nəticələrin gec açıqlanmasına səbəb olur, bu da həm şagirdlər, həm də valideynlər arasında narahatlıq yaradır.

Şagirdlərin biliyini və bacarıqlarını qiymətləndirmək üçün alternativ metodların tətbiqi daha məqsədəuyğun olardı. Məsələn, yazılı ifadə bacarıqlarını yoxlamaq üçün esse yazmaq əvəzinə, şagirdlərə mövzular əsasında qısa cavab tapşırıqları və ya dialoqlara əsaslanan tapşırıqlar təqdim edilə bilər. Bundan əlavə, yazı tapşırıqlarını imtahan formatı əvəzinə, uzunmüddətli layihə və ya təqdimat formatında həyata keçirmək daha məqsədəuyğun olar. Bu yanaşma şagirdlərin yaradıcılığını və düşünmə qabiliyyətini daha yaxşı nümayiş etdirməsinə imkan verərdi”.

O deyib ki, 9-cu sinif buraxılış imtahanlarında xarici dil fənnində esse yazmaq kimi çətin bir tapşırığın tətbiqi gənc yaşda olan şagirdlər üçün artıq yükləmə yaradır və onların təhsilə motivasiyasını azaldır:

“Dünya təcrübəsi daha balanslı və şagird yönümlü yanaşmaların üstünlüyünü göstərir. Azərbaycanda bu məsələyə yenidən baxılmalı, şagirdlərin bacarıqlarını obyektiv şəkildə qiymətləndirmək üçün daha effektiv və stresdən uzaq metodlar tətbiq edilməlidir. Təhsil sisteminin əsas məqsədi yalnız akademik nəticələr deyil, həm də şagirdlərin psixoloji rifahını və öyrənmə motivasiyasını qorumaq olmalıdır”.

“Cebheinfo.az”
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:321
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 Yanvar 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see350

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see290

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see282

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see280

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see263

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see260

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see255

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see248

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see248

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see245

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see231

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see228

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see222

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see214

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see211

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see208

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see205

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see201

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see200

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri