Özəl banklar kreditləşməni azaldıb, dövlət bankları isə artırıb
Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ötən ilin 11 ayında iqtisadiyyata cəmi kredit qoyluşları 29, 07 milyard manat olub. Kreditlərin 24,3 faizi dövlət bankları tərəfindən verilib.
Teleqraf.com xəbər verir ki, hesabat dövründə dövlət bankları 7 milyard manat kredit ayırıblar.
Hesabat dövründə özəl banklar tərəfindən 20 milyard 296.2 milyon manat kredit qoyluşu reallaşdırılıb. Bu da ümumi kreditləşmənin 69,8 faizi deməkdir.
Xatırladaq ki, 2023-cü ilin yanvar-noyabr aylarında özəl bankların təqdim etdikləri kreditlərin kredit portfelində xüsusi çəkisi 74 faiz, dövlət banklarının isə 22,9 faiz təşkil edib.
2024-cü ilin yanvar-noyabr aylarında qeyri-bank kredit təşkilatlarının ümumi kredit qoyluşunda xüsusi çəkisi 5,8 faiz olub.
Mərkəzi Bankın açıqlamasına görə, kredit qoyuluşlarında azalma lisenziyası ləğv edilmiş banklarla əlaqədardır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 07 Yanvar 2025 09:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















