Icma.az
close
up
RU
Özəl klinikalarda yoxlama necə aparılır?

Özəl klinikalarda yoxlama necə aparılır?

Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.

Özəl klinikalarda vətəndaşlara göstərilən xidmətlərlə və Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin orada yoxlama aparması ilə bağlı tez-tez mətbuatda və sosial şəbəkələrdə müxtəlif məzmunlu fikirlər səsləndirilir. Adətən insanlar AEM-in hansı klinikanı, hansı hallarda və necə yoxlaması barədə tam məlumatlı olmadıqları üçün, daha çox həqiqətə uyğun olmayan məlumatlara inanır və mövcud problemlərin həllində maksimalist gözləntilərə üstünlük verirlər.

Turkustan.az-ın məlumatlına görə, Səhiyyə Nazlirliyi saytının “AEM hansı müəssisələri və necə yoxlayır?” mövzusunda suallarını Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova cavablandırır.

- Tamam xanım, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi hansı müəssisələri yoxlamaq səlahiyyətinə malikdir? Bilmək istəyirik ki, plandankənar yoxlamalar zamanı da xəbərdarlıq edilməlidirmi?

AEM yalnız dövlət reyestrində qeydiyyata alınmış və lisenziya verilmiş özəl tibb müəssisələrində vaxtaşırı planlı yoxlamalar həyata keçirir.

Əgər hər hansı gözəllik salonu və ya qeyri-tibb müəssisəsində qanunsuz tibbi fəaliyyət göstərildiyi məlum olarsa, bu zaman yoxlama yalnız hüquqi və fiziki şəxslərin şikayəti, mediada yayılmış məlumatlar və ya dövlət orqanlarının araşdırmaları (sənədlərlə təsdiqlənmiş) əsasında aparıla bilər.

Qanunvericiliyə görə, plandankənar yoxlamanın keçirilməsi üçün əvvəlcə Ədliyyə Nazirliyinə müraciət edilir və yalnız rəsmi çıxarış alındıqdan sonra yoxlama aparılır. Yoxlama Ədliyyə Nazirliyinin reyestrində qeyd olunan tarixlərdə və adları sistemə daxil edilmiş Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən aparılır. Müəssisə yoxlamanın keçiriləcəyi barədə reyestrdən məlumat əldə edir.

Qeyd etmək istərdim ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən (“Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu da yazmaq olar) ölkə üzrə bütün lisenziyalar, eləcə də özəl tibb fəaliyyətinə dair lisenziyalar aidiyyəti dövlət qurumu tərəfindən verilir, AEM tərəfindən həmin müəssisələrə baxış keçirilərək müəssisənin təchizat, tibbi heyət və pasiyent qəbuluna uyğunluq barədə rəy verilir.

- Yoxlama aparılarkən qanun pozuntusu aşkar edildikdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən hansı addımlar atılır?

- Yoxlamalar nəticəsində əldə edilmiş hər bir fakt rəsmiləşdirilir və bu yoxlayıcıların aktı ilə təsdiq edilir. Qanun pozuntusu olduğu təqdirdə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyəti orqanlara (məhkəmə və ya digər orqana) göndərilir və cərimə yalnız aidiyyəti orqanın qərarından sonra tətbiq edilir. Əgər həmin qanun pozuntusu təkrarlanarsa, müəssisə yenidən cərimələnir və qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilərək məsələ artıq hüquq-mühafizə orqanlarına və digər aidiyyəti qurumlara yönləndirilir.
İnsan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkarlandıqda isə, məsələ cinayət işi kimi prokurorluq orqanlarında araşdırılır.


- Qeyri tibb müəssisəsində, məsələn, kosmetoloji salonda tibb fəaliyyəti göstərildiyi məlum olursa, Analitik Ekspertiza Mərkəzi tərəfindən hansı addımlar atılır və nəzarət hansı formada həyata keçirilir?

- Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən özəl tibb müəssisəsi kimi dövlət qeydiyyatına alınmış və lisenziya verilmiş müəssisələrdə vaxtaşırı plan üzrə yoxlamalar keçirilir. Lakin, müəssisə dövlət reyestrində özəl tibb müəssisəsi kimi qeydiyyata alınmayıbsa, məsələn, bu gözəllik salonu və ya kosmetoloji salondursa, bu zaman fiziki və ya hüquqi şəxslərin təsdiqedici sənədlərlə birgə şikayəti, mediada yayılmış məlumatlar və ya hüquq-mühafizə orqanlarından göndərilən araşdırma halları ilə bağlı həmin müəssisədə yalnız plandankənar yoxlama həyata keçirilə bilər. Xüsusi qeyd edirik ki, bu mənbələrdən edilən müraciətlər mütləq qaydada əsaslandırılmış formada (təsdiqedici sənədlərlə birgə) olmalıdır.

Bəzən vətəndaşlar, media nümayəndələri düşünürlər ki, şikayət gələn kimi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları dərhal yoxlamaya gedə bilər və hansısa klinika barədə operativ tədbir görə bilərlər. Amma, elə deyil, qanun buna imkan vermir.

Plandankənar yoxlamanın həyata keçirilməsi məqsədilə AEM tərəfindən əvvəlcə Ədliyyə Nazirliyinin reyestrinə müraciət edilir və oradan çıxarış alındıqdan sonra plandankənar yoxlama keçirilə bilər.

Yoxlama yalnız müvafiq reyestrdən verilmiş çıxarışda qeyd olunan tarixlərdə və adı yoxlayıcı kimi sistemə düşmüş əməkdaşlarımız tərəfindən həyata keçirilə bilər. Yoxlama nəticəsində fakt öz təsdiqini tapdıqda, insanların həyat və sağlamlığına zərər vurulması ehtimalı müəyyən edildikdə, İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələblərinə əsasən, Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə – fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər isə iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir. Daha doğrusu, cərimənin tətbiqi barədə protokol məhkəmə və ya digər aidiyyəti orqana göndərilir, onların qərarına əsasən tətbiq edilir. Əlavə olaraq, xəta törətmiş müəssisəyə qanunsuz fəaliyyətin dayandırılması barədə bildiriş göndərilir.

Eyni əməl təkrar olunduqda, müəssisə yenidən cərimə edilir və müəssisənin fəaliyyəti barədə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına, Dövlət Vergi Xidmətinə, Dövlət Əmək Müfəttişliyi Xidmətinə, Daxili İşlər Nazirliyinə və s. müraciət edilir.
Əgər törədilmiş əməldə insan həyat və sağlamlığına zərər dəyməsi faktı aşkar edilərsə, məsələnin cinayət hadisəsi kimi araşdırılması məqsədilə prokurorluq orqanlarının qarşısında vəsatət qaldırılır.

- Özəl tibb müəssisələrində göstərilən tibbi xidmətdən vətəndaşlar tərəfindən necə şikayət verilə bilər?

- Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun tələblərinə əsasən, pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər.

Özəl tibb müəssisələrində göstərilən xidmət pasiyent və tibb müəssisəsi arasında bağlanılmış müqavilə həcmində həyata keçirilir. Əgər vətəndaş özəl tibb müəssisəsində ona göstərilmiş tibbi xidmətdən razı deyilsə, Analitik Ekspertiza Mərkəzinin rəsmi veb-səhifəsində (https://pharma.az/) “Müraciət” bölməsi vasitəsilə, Mərkəzin “Bir pəncərə” xidmətinə yazılı formada müraciət edə bilərlər.

Həmçinin Mərkəzin Qaynar xətt (+994 12 596 05 20) xidməti vasitəsilə öz sorğu və şikayətlərini ünvanlıya bilərlər. Əgər şəxsin müraciəti vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlıdırsa, hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət etməlidir.

- Vətəndaşlara özəl tibb müəssisələrində onlara göstərilən tibbi xidmətdən razı qalmadıqda kompensasiya ala bilərmi və bunun üçün hara müraciət edilməlidir?

- Vətəndaşlar əgər özəl tibb müəssisələrində onlara göstərilən xidmətdən razı qalmadıqda və buna görə kompensasiya tələb etdikdə bu barədə məhkəməyə müraciət etməlidirlər. Çünki vətəndaşa dəymiş ziyanın ödənilməsi üçün dəymiş zərərin həcmi məhkəmə tərəfindən təyin olunan ekspertiza ilə müəyyən olunur. Məhkəmə qərarına əsasən vətəndaşa dəymiş zərərin həcmi müəyyən edilir və şəxsə kompensasiya ödənilir. Kompensasiyanın tələb edilməsi barədə şikayətlərə baxılması Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin səlahiyyətləri daxilində deyil. /Bakıvaxtı.az/

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 10 İyul 2026 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see542

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see489

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see456

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see372

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see370

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see341

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see243

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see239

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see231

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see211

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see207

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see204

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see204

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see190

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see186

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see186

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see183

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see173

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see166

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri