Icma.az
close
up
RU
Özəl məktəblərdə, liseylərdə ödənişlər niyə yüksəkdir?

Özəl məktəblərdə, liseylərdə ödənişlər niyə yüksəkdir?

Missiya.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Bəzi valideyn övladlarının daha yaxşı şəraitdə və keyfiyyətli təhsil alması üçün onları özəl məktəb və liseylərə göndərirlər. Ödənişlərin məbləği isə minimum 5-6 min, maksimum 16-17 min manat təşkil edir. Hətta daha yüksək də olur. Özəl təhsil müəssisələri, o cümlədən liseylər qiymətləri belə müəyyənləşdirməklə onu əsas gətirirlər ki, həm keyfiyyətli təhsil verirlər, həm də yaxşı xidmət göstərirlər.
Təhsil eksperti Elçin Əfəndi Missiya.Az-a açıqlamasında bir çox müəssisələr tərəfindən şagirdlərin qidalanması, yaxud yataqxana şəraiti, o cümlədən daha peşəkar müəllim heyəti, müasir innovasiyalarla tam təchiz olunmuş auditoriyalar və s. təqdim edildiyini bildirib:
“Əlbəttə, bütün bunların müqabilində aylıq, ya da illik təhsil haqları yüksək olur. Bəzi özəl məktəblər var ki, onlar hətta servis xidməti olaraq şagirdlərin daşınmasını həyata keçirirlər. Bir nöqtədən digər nöqtəyə uşaqların daşınması məhz ödənilən məbləğin içərisində nəzərdə tutulur. Habelə, Beynəlxalq proqrama da qoşulurlar. Həmin proqramlar xaricdə təhsil imkanı yaradır. Bütün qeyd olunan amillər həmin təhsil müəssisələrinin illik haqlarına təsir edir”.

Elçin Əfəndi vurğulayıb ki, bəzən isə təyin olunan qiymətlərlə verilən ümumi xidmətlər ziddiyyət təşkil edir:
“Görürük ki, müəyyən özəl məktəblər və liseylər daha çox şişirdilmiş qiymətlər təyin edirlər. Ən yaxşı, real qiymət ailə büdcəsini nəzərə alaraq müəyyənləşərsə daha məqsədəuyğun olar”.

Zərintac Mayisqızı
Missiya.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://missiya.az
archiveBu xəbər 17 Aprel 2025 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see551

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see409

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see281

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see279

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see266

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see262

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see248

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see236

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see236

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see235

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see231

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see228

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see223

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see222

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see217

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see191

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see187

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see185

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see184

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri