Icma.az
close
up
RU
Özəl klinikalarda qeydiyyat üçün alınan ödənişlər nə dərəcədə qanunidir?

Özəl klinikalarda qeydiyyat üçün alınan ödənişlər nə dərəcədə qanunidir?

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son dövrlər özəl klinikalarda “qeydiyyat haqqı” adı altında vətəndaşlardan əlavə ödənişlərin alınması ilə bağlı mənə çoxsaylı müraciətlər daxil olur. Müraciət edən şəxslərin əsas sualı eynidir: “Həkim qəbuluna düşmək üçün qeydiyyata görə ayrıca ödəniş tələb edilməsi qanunidirmi?” Mənə daxil olan müraciətlərdən biri Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsi 16 ünvanında yerləşən “Aristokrat Tibb Mərkəzi” ilə bağlıdır.

 Mənə hüquqi yardım üçün müraciət edən vətəndaş narazılığını mənə belə ifadə etdi: “Mən artıq 10 gündür diş müalicəsi alıram. Hər dəfə həkim qəbuluna gələndə qeydiyyat şöbəsində məndən 10 manat tələb olunur. Mən başa düşə bilmirəm, əgər qeydiyyat bir dəfə aparılırsa, niyə hər gəlişimdə yenidən qeydiyyat pulu ödəməliyəm? Bu hesabla mən 10 gün müalicəyə gəlsəm, təkcə qeydiyyat adı altında 100 manat ödəmiş oluram. Mən bunun hüquqi əsasını soruşanda isə qeydiyyat şöbəsinin əməkdaşları kobud şəkildə cavab verdilər ki, “rəhbərliyin qoyduğu qanundur”. Mənə maraqlıdır, Azərbaycan Respublikasının qanunvericiliyində həqiqətən belə bir qanun varmı?”

Vətəndaş xüsusilə vurğuladı ki, məqsədi 10 manatın geri qaytarılması deyil. Onun əsas narazılığı qeydiyyat şöbəsində üzləşdiyi kobud münasibət, etik davranış qaydalarının pozulması və suallarına hüquqi əsaslandırılmış cavab verilməməsidir. Onun sözlərinə görə, əməkdaşlar ödənişin mahiyyətini izah etmək əvəzinə etik normalara uyğun olmayan davranış sərgiləyərək məsələni “rəhbərliyin qoyduğu qanundur” ifadəsi ilə əsaslandırmağa çalışıblar. Məhz bu səbəbdən hüquqlarının müdafiəsi və məsələyə hüquqi qiymət verilməsi üçün vətəndaş mənə müraciət edib. Vətəndaş tərəfindən mənə 18.06.2026-cı il tarixli, 22103 nömrəli fiskal qəbz də təqdim olunub. Qəbzdə xidmətin adı “Ağız boşluğunun müayinəsi”, xidmət haqqı isə 10 manat göstərilib. Halbuki vətəndaşın bildirdiyinə görə, həmin məbləğ ondan qeydiyyat haqqı kimi tələb olunub. Bu isə hüquqi baxımdan ciddi suallar doğurur. Əgər vətəndaşdan qeydiyyat üçün ödəniş alınırsa, fiskal qəbzdə niyə “qeydiyyat xidməti” deyil, “Ağız boşluğunun müayinəsi” qeyd olunur? Əgər həqiqətən tibbi müayinə aparılıbsa, həmin müayinə hansı həkim tərəfindən aparılıb və bununla bağlı tibbi sənədləşmə mövcuddurmu? Əgər faktiki olaraq belə bir xidmət göstərilməyibsə, fiskal qəbzdə başqa xidmətin göstərilməsi hansı hüquqi əsaslara söykənir?

Müşahidələrimə əsasən deyə bilərəm ki, bu problem yalnız bir özəl tibb müəssisəsi ilə məhdudlaşmır. Mənə daxil olan müraciətlərdə bəzi özəl klinika və klinikalarda qeydiyyat adı altında 20, 30, 50 manat, hətta daha yüksək məbləğlərin tələb olunduğu bildirilir. Təəssüf doğuran məqam isə ondan ibarətdir ki, əksər hallarda vətəndaşa bu ödənişin hansı xidmətə görə tutulduğu, hansı tarif əsasında müəyyən edildiyi və hüquqi əsasının nədən ibarət olduğu barədə heç bir dolğun məlumat verilmir.

Azərbaycan Respublikası Konstitusiyasının 41-ci maddəsinə əsasən, hər kəsin sağlamlığının qorunması hüququ vardır. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən pasiyent göstərilən tibbi xidmətin mahiyyəti, şərtləri və digər vacib məlumatlar barədə tam və düzgün məlumat almaq hüququna malikdir. Həmçinin “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən istehlakçıya göstərilən xidmətin qiyməti, keyfiyyəti və digər mühüm şərtləri barədə düzgün və dolğun məlumat verilməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq fiskal qəbzdə faktiki göstərilən xidmət düzgün əks etdirilməlidir. Əgər vətəndaşa “qeydiyyat haqqı” adı ilə ödəniş etdirilir, lakin qəbzdə başqa xidmət göstərilirsə, bu halın hüquqi əsasları aidiyyəti dövlət orqanları tərəfindən araşdırılmalıdır.  Mən hüquqşünas olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının qanunvericiliyində özəl  klinikanın pasiyentdən hər müraciət zamanı məcburi qaydada “qeydiyyat haqqı” almasını nəzərdə tutan hər hansı hüquqi norma mövcud deyil. Özəl tibb müəssisələri göstərdikləri xidmətlərə görə qiymət müəyyən etmək hüququna malik olsalar da, bu, onlara hüquqi əsası açıqlanmayan, mahiyyəti izah edilməyən və hər dəfə təkrar alınan ödəniş tələb etmək səlahiyyəti vermir. Əgər qeydiyyat bir dəfə aparılırsa, eyni müalicə kursu ərzində hər qəbul zamanı yenidən qeydiyyat haqqının alınmasının hüquqi və iqtisadi əsaslandırması olmalıdır. Ən əsası isə, “bu, rəhbərliyin qoyduğu qanundur” ifadəsi hüquqi baxımdan tamamilə əsassızdır. Azərbaycan Respublikasında qanunları yalnız Milli Məclis qəbul edir və Prezident imzaladıqdan sonra qüvvəyə minir. Heç bir özəl klinikanın rəhbərliyi daxili qaydasını “qanun” adlandıra bilməz və daxili qaydalar vətəndaşın qanunla qorunan hüquqlarını məhdudlaşdıra bilməz.

Belə hallarla qarşılaşan vətəndaşlara tövsiyə edirəm ki, ödəniş etməzdən əvvəl onun hansı xidmətə görə tutulduğunu soruşsunlar, mütləq fiskal qəbz tələb etsinlər, qəbzdə göstərilən xidmətin faktiki aldıqları xidmətlə uyğun olub-olmadığını yoxlasınlar. Hüquqlarının pozulduğunu hesab etdikdə isə Səhiyyə Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə, Dövlət Vergi Xidmətinə və zərurət yarandıqda məhkəməyə müraciət etsinlər.

Mən hesab edirəm ki, səhiyyə xidmətində əsas prinsip pasiyentə hörmət, qanunçuluq və şəffaflıq olmalıdır. Vətəndaşın verdiyi sadə bir suala kobud münasibət göstərilməsi, hüquqi əsasın izah edilməməsi və daxili qaydaların “qanun” kimi təqdim olunması hüquqi dövlət prinsipləri ilə uzlaşmır. Düşünürəm ki, aidiyyəti dövlət qurumları bu kimi halları ciddi araşdırmalı, özəl tibb müəssisələrində “qeydiyyat haqqı” adı altında alınan ödənişlərin hüquqi əsaslarını yoxlamalı və qanun pozuntusu aşkar edildiyi halda qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görməlidirlər. Vətəndaşın hüquqlarının qorunması səhiyyə sistemində etimadın formalaşmasının əsas şərtlərindən biridir.

Xəyal Məmmədov

Hüquqşünas

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 İyul 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see397

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see381

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see314

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see296

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see293

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see284

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see271

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see265

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see264

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see251

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see235

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see234

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see229

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see228

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see227

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see224

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see221

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see215

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see215

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri