Icma.az
close
up
RU
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım olub

Özəl məktəblərdə təhsil haqlarında kəskin artım olub

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir.

Özəl təhsil müəssisələrində qiymətlər isə məktəbdən, tədris proqramından və sinif səviyyəsindən asılı olaraq dəyişir. Bəs bu il özəl məktəblərdə təhsil almaq neçəyə başa gəlir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?

“Yeni Sabah” xəbər verir ki, Trend-in araşdırmasına görə, 2026–2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli məbləğlər təşkil edir. Dominos pizza

Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000–12 000 manat arasında dəyişir. Qeyd edək ki, ötən tədris ilində Hədəf Liseyində illik təhsil haqları 5 000–9 000 manat arasında dəyişirdi.

LANDAU School-da 2026–2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I–IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə illik təhsil haqqı 6 300–8 700 manat arasında dəyişib. 2026–2027-ci tədris ili üzrə orta siniflərdə illik təhsil haqqı sinif və tədris proqramından asılı olaraq dəyişir. Belə ki, 5–7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8–9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10–11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300–13 600 manat arasında dəyişib.

Xəzər Universiteti Dünya Məktəbində illik təhsil haqqı 2026–2027-ci tədris ili üçün sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir.

I–IV siniflər (PYP, ingilis bölməsi) – 9 500 manat; V–IX siniflər (MYP, ingilis bölməsi) – 11 000 manat; X–XI siniflər (IB Diplom Proqramı) – məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.

Bakı Oxford Məktəbində 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000–17 500 manat, orta siniflərdə isə 18 000–19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500–22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000–17 500 manat, yuxarı siniflərdə isə 17 500–20 500 manat arasında dəyişib.

Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000–11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində lisey də illik təhsil haqları 8 350–9 450 manat arasında dəyişib.

Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I–VI siniflər 20 000 manat, VII–XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000–17 500 manat arasında dəyişir. Məktəbəqədər təhsil 9 000, I–IV siniflər 12 500, V–IX siniflər 14 500, X–XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250–16 250 manat olub.

SABIS SUN International School-da 2026–2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206–17 000 manat arasında dəyişir. Ötən tədris ilində illik təhsil haqları 14 400–15 900 manat arasında dəyişib.

Bakı Modern Təhsil Kompleksi I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, ingilis bölməsi üçün 18,000, 9-11 siniflər üzrə təhsil haqqı inglis bölməsi üzrə 17 min manat təşkil edir. Ödənişə gündə 3 dəfə sağlam qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və s. dərnəkləri də aiddir. Ötən il illik təhsil haqqı 12 000 manatdan başlayırdı.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 03 Noyabr 2026 08:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri