Icma.az
close
up
RU
Bakıda özəl məktəblərdə təhsil haqları bahalaşdı YENİ QİYMƏTLƏR

Bakıda özəl məktəblərdə təhsil haqları bahalaşdı YENİ QİYMƏTLƏR

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda ümumi təhsil almaq üçün dövlət məktəbləri ödənişsiz fəaliyyət göstərsə də, bir sıra valideynlər övladlarının təhsili üçün özəl məktəblərə üstünlük verirlər. Bu zaman məktəb seçimi ilə yanaşı, illik təhsil haqqı da əsas məsələlərdən birinə çevrilir.

Özəl təhsil müəssisələrində qiymətlər isə məktəbdən, tədris proqramından və sinif səviyyəsindən asılı olaraq dəyişir. Bəs bu il özəl məktəblərdə təhsil almaq neçəyə başa gəlir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?

"AzPolitika" xəbər verir ki, Trend-in araşdırmasına görə, 2026-2027-ci tədris ilində özəl məktəblərdə illik təhsil haqları fərqli məbləğlər təşkil edir.

Hədəf Liseyində bu ildən təhsil haqqı filial, tədris dili və proqramdan asılı olaraq 4 000-12 000 manat arasında dəyişir. Qeyd edək ki, ötən tədris ilində Hədəf Liseyində illik təhsil haqları 5 000-9 000 manat arasında dəyişirdi.

LANDAU School-da 2026-2027-ci tədris ili üzrə ibtidai siniflərdə (I-IV) illik təhsil haqqı 9 200 manat təşkil edir. Ötən tədris ilində isə ibtidai siniflər üzrə illik təhsil haqqı 6 300-8 700 manat arasında dəyişib. 2026-2027-ci tədris ili üzrə orta siniflərdə illik təhsil haqqı sinif və tədris proqramından asılı olaraq dəyişir. Belə ki, 5-7-ci siniflərdə illik ödəniş 10 700 manat, 8-9-cu siniflərdə isə 11 500 manat təşkil edir. 10-11-ci siniflər üzrə SAT proqramının təhsil haqqı 11 650 manat, A-Level proqramı üzrə isə 14 400 manatdır. Ötən tədris ilində illik təhsil haqları 7 300-13 600 manat arasında dəyişib.

Xəzər Universiteti Dünya Məktəbində illik təhsil haqqı 2026-2027-ci tədris ili üçün sinif səviyyəsinə və təhsil proqramına görə fərqlənir.

I-IV siniflər (PYP, ingilis bölməsi) - 9 500 manat; V-IX siniflər (MYP, ingilis bölməsi) - 11 000 manat; X-XI siniflər (IB Diplom Proqramı) - məktəbin hazırkı şagirdləri üçün 12 000 manat, digər məktəblərdən gələnlər üçün 14 000 manatdır.

Bakı Oxford Məktəbində 2026-2027-ci tədris ili üzrə illik təhsil haqları məktəbəqədər hazırlıq pilləsində 9 000 manat, ibtidai siniflərdə 17 000-17 500 manat, orta siniflərdə isə 18 000-19 000 manat təşkil edir. Yuxarı siniflərdə təhsil haqqı proqramdan asılı olaraq 17 500-22 700 manat arasında dəyişir. Məktəbəqədər hazırlıq və ibtidai siniflər üzrə qəbul üçün 100 manat müraciət haqqı da nəzərdə tutulub. Ötən tədris ilində məktəbin ibtidai siniflərində illik təhsil haqqı 17 000-17 500 manat, yuxarı siniflərdə isə 17 500-20 500 manat arasında dəyişib.

Kaspi Liseyində illik təhsil haqları filial və bölmədən asılı olaraq 6 000-11 100 manat arasında dəyişir. Qiymətə dərsliklər, gündə üç dəfə qidalanma, bir ödənişsiz dərnək və məktəbli forması daxildir. Ötən tədris ilində lisey də illik təhsil haqları 8 350-9 450 manat arasında dəyişib.

Azərbaycan Britaniya Kollecində məktəbəqədər təhsil 11 000 manat, I-VI siniflər 20 000 manat, VII-XII siniflər 21 000 manat, XIII sinif (A-Level) üzrə isə 22 000 manatdır.

Avropa Azərbaycan Məktəbində illik təhsil haqları sinif səviyyəsindən asılı olaraq 9 000-17 500 manat arasında dəyişir. Məktəbəqədər təhsil 9 000, I-IV siniflər 12 500, V-IX siniflər 14 500, X-XII siniflər isə 17 500 manatdır. Ötən tədris ilində illik təhsil haqları 11 250-16 250 manat olub.

SABIS SUN International School-da 2026-2027-ci tədris ili üzrə illik təhsil haqları sinifdən asılı olaraq 12 206-17 000 manat arasında dəyişir. Ötən tədris ilində illik təhsil haqları 14 400-15 900 manat arasında dəyişib.

Bakı Modern Təhsil Kompleksi I-IV siniflər üzrə illik təhsil haqqı Azərbaycan bölməsi üzrə 13.000 manat, ingilis bölməsi üçün 18,000, 9-11 siniflər üzrə təhsil haqqı inglis bölməsi üzrə 17 min manat təşkil edir. Ödənişə gündə 3 dəfə sağlam qidalanma, xarici dil, üzgüçülük, şahmat, gimnastika, rəqs, robototexnika və s. dərnəkləri də aiddir. Ötən il illik təhsil haqqı 12 000 manatdan başlayırdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 03 Noyabr 2026 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see366

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see329

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see319

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see317

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see297

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see291

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see286

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see246

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see231

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see230

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see229

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see223

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see222

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see216

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see210

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see201

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see196

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see191

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see172

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri