Icma.az
close
up
RU
Özəl xəstəxanalarda İcbari tibbi Sığorta problemi ÖTMA dan dəyirmi masa

Özəl xəstəxanalarda İcbari tibbi Sığorta problemi ÖTMA dan dəyirmi masa

Icma.az bildirir, Medicina portalına istinadən.


Son günlər mediada gündəmə gətirilən, sosial şəbəkələrdə müzakirələrə və mübahisələrə səbəb olmuş İTS ilə xəstələrin özəl tibb müəssisələrinə göndərişlər problem dəyirmi masada müzakirəyə çıxarıldı.

“Medicina” xəbər verir ki, Özəl Tibb Müəssisələri Assosiasiyası son zamanlar artan şikayətlər və pasiyent narazılıqların aradan qaldırılması, qeyd olunan mövzuda obyektivliyin araşdırılması , vətəndaşın tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi, təcili xəstələrin birbaşa, gecikdirilmədən ixtisaslı yardım ala biləcəyi mərkəzlərə çatdırılması, neqativ halların aradan qaldırılması yollarını qarşılıqlı müzakirə etmək və ortaq həll yollarını araşdırmaq üçün aidiyyatı dövlət qurumları: Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta Üzrə Dövlət Agentliyi, Kiçik və Orta Sahibkarlığın İnkişafı Agentliyi( Kobia), İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlaka Nəzarət Dövlət Xidmətinə məktublar ünvanlayıb.

İdarə Heyətinin sədri Günel Əliyevanın açıqlamasına görə, adı çəkilən qurumların nümayəndələri ilə KOBİA təşkilatçılğı ilə KOB evində dəyirmi masa baş tutmuşdur.

“Sadalanan neqativ halların son illər görülən bu qədər böyük işləri kölgələyə biləcəyi və vaxtında konstruktiv tədbirlərin zərurətindən danışılıb.

Çox sevindirici haldır ki, İTS tədbiqi ilə əhalinin aztəminatlı hissəsinin tibbi xidmətlərə əlçatanlığı əvvəlki illərə nisbətən çox yüksək nisbətdə artmışdır. Əhalinin İTS vasitəsilə tibbi xidmətlərlə təmin edilməsində özəl tibb müəssisələrinin rolu danılmazdır. Çünki bu müəssisələrdə daha çox dövlət xəstəxanalarında göstərilməsi mümkün olmayan tibbi xidmətlər göstərilir. Digər xidmətlərə isə xəstələr göndəriş ala bilmədiyi üçün dövlət tibb müəssisələrində lazımsız sıxlıq və haqlı narazılıq yaranır. Eyni zamanda vətəndaşın öz həkimini və xəstəxananı seçmə hüququ pozulur.

Vətəndaşların özəl xəstəxanalarda İTS haqlarından yalnız icazə verilən xidmət çərçivəsində istifadə edə bilməsi məhdudiyyəti, bəzi xidmət sahələrinn ixtisasçılarının ümumiyyətlə özəl xəstəxanalardan uzaqlaşmasına səbəb olur.

Yaddan çıxarmaq olmaz ki, Özəl Tibb Müəssisələrinin inkişafı və güclənməsi prioritet təşkil edən mövzudur.

Bu müəssisələrin ölkənin müasir dünya standartları səviyyəsində tibbi xidmət göstərə bilməsində, iqtisadiyyatının güclənməsində , sağlamlıq göstəricilərimizin yaxşılaşmasında, əhalinin məşgulluğunun artırılması , dövlət sektorunun üzərinə düşən ümumi səhiyyə yükünün azaldılması kimi vacib məsələlərdə rolu əvəz olunmazdır. Bu problemlərin həlli sosial şəbəkələrdə müzakirə ilə yox, ÖTMA-nın aidiyyatlı səlahiyyətli qurumlarla yarada biləcəyi daimi işçi qrupu çətiri altında konstrtuktiv həll yollarının axtarılması ilə daha səmərəli ola bilər”.


MEDİCİNA.AZ


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:175
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 29 Mart 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri