“Özü kəfən geyinib aramızdan köçdü, balasına yardım lazımdır“
Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Aparıcı Lalə Azərtaş Yasamalda baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin hazırda xəstəxanada olan qızı üçün yardım istəyib.
Axşam.az xəbər verir ki, aparıcı paylaşımında vaxtilə bir çox sənət adamının milli geyimlərini məhz Könülün hazırladığını bildirib. O, mərhumun azyaşlı qızına dəstək olunmasını istəyərək izləyicilərinə müraciət edib:
“Bir zamanlar bütün milli geyimləri Könül xanımdan geyinərdik. O isə kəfən geyib aramızdan köçdü. Onun balasına yardım lazımdır. Səhifəmdəki xeyirxah insanlar, növbəti postda paylaşdığım kart nömrəsindən yardım edək…”.
Qeyd edək ki, ötən il Yasamalda yaşayış binasında baş vermiş yanğında 3 nəfər həyatını itirib, 27 nəfər isə xəsarət alıb. Könül Vəlibəylinin qızı Ləman Qulamovanın vəziyyəti ağırdır. O, hazırda İstanbulda müalicə alır.
Baxış sayı:117
Bu xəbər 25 İyul 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















