Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Özü bilsin!

Özü bilsin!

Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Orta məktəbin son sinifində (1985) Səməd Vurğnun "Vaqif" dramından bir parçanı səhnələşdirdim. Vaqiflə Şah Qacarın üz-üzə gəldiyi o məşhur dialoq yadınızdadırmı? "Qılınclar toqquşub iş görən zaman, neylər dediyiniz quru bir vicdan?"

Qılınc və vicdan məsələsilə bağlı verilən sual hələ də aktualdır, amma bu axıcı dil illərdir məni öz sehrində saxlayıb. Hə, qoy onu da deyim, həmin vaxt hazırladığım tamaşa necə rezonans doğurdusa, məktəb rəhbərliyi bütün sinfimizi son zəng keçirmək üçün Şuşaya - Vaqifin məzarı üstünə göndərdi. 

Bundan bir əvvəl isə Nyutonun 3 qanununu səhnələşdirmişdim. Fiziki prosesləri canlandırmağa, ruh verib tədris vəsaiti yaratmağa çalışmışdım. Di gəl ki, məktəb əhlinin tükü də tərpənmədi. Fizika müəllimimdən başqa - o çox sevinmişdi. Və mən hələ də Vulstorp malikanəsini ziyarət etmək arzusu ilə yaşayıram. Şah Qacar isə ortalığa girən kimi hər şey rövnəqləndi.

Şuşa səfərimizdə, Cıdır düzündə, sinif yoldaşlarımızdan bir qız və bir oğlan Topxana meşəsi ilə üzbəüz o məşhur qayanın üzərində dayanıb Vaqiflə Xuramanın dialoqunu əzbərdən deyərək hoqqa çıxarmağa çalışdığı an necə pərt olduğumuzu da unuda bilmirəm. Təsəvvür edin, orta yaşlı bir kişi (səhv etmirəmsə taksi sürücüsü idi) bizə yaxınlaşıb Vaqifi o qədər yamanladı ki, hələ də onların hər iksinin yerinə utanıram - Vaqifin də, o kişinin də. Onun dediklərinin təfərrüatına varmaq istəmirəm: sonralar bu barədə xeyli araşdırmalar aparsam da uzun illər nə Vaqifin, nə də Səməd Vurğunun axar-baxarlı yazı dilinin sehrindən çıxa bilmirdim. Amma müəyyən müddətdən sonra, folklorumuzu, ağız ədəbiyyatımızı, öyrənməyə başlayarkən,özümə sual verdim: 

-Görəsən Vaqifin, Vurğunun, hər gün eşidib duyduğu hansı dil, hansı musiqi imiş?

Akademik səviyyədə bu suala hər baxımdan, yetərincə cavab verilib, lakin bizim bu "FB əhli" eləbil başqa məkanda yaşayır, başqa səslər eşidir, nə bilim, bəlkə də planetar küylər onları öz səsini eşitməyə qoymur?

Əgər valideyn övladını "dünyaya açılmaq" üçün rus məktəbinə göndərirsə (bu sosial tələbdir, dövlətin büdcə ayırması ilə deyil, dövlət baba da yaxşı görür ki, sosial sifariş var), "vobşe" sözü mənim də dilimdən birdəfəlik şürüşüb düşmürsə, nə edək? Rus evində yaşayanlar hələ də bu mənzərəyə baxıb sevinirlər. O başqa məsələ ki, tarix və coğrafiya həm də taledir, bu da bir başqa məsələ ki, tarixi də elə biz özümüz yaradırıq.

Kənardan görünən odur ki, Qroznı üzərində vurulan təyyarəmiz Bakıdakı rus "izbuşka"larını yamanca silkələyib. Fəqət zəka sahibləri özlərinə niyə bu qədər əl qatıblar, bu da bir başqa sualdır. 

Təbrizdə "Traxtor" komandası azarkeşlərinin oyundan əvvəl stadionda çıxardığı "oyunlar", Pezeşkianın Şəhriyara müraciəti, Beynəlxalq Ana dili günü ilə bağlı Təbrizdə uşaqların bir ticarət mərkəzində birgə oxuduqları "Bu qala daşlı qala" mahnısının sədası bizə heç nə demir? Desəm ki, dədə-babası Cənubdan olan dəyərli dostlarımın çoxu hələ də bu mahnların heç birini bilmir, bu da həqiqətdir. Ona görə də Baknın mərkəzində bu uçulan rus "izbuşka"larında didişməyə nə hacət? Görün o "uşaxlar" nə deyir?

Dil də fizika, kimiya, riyaziyyat kimidir, açılmaz sirləri var. Bəzən də hüceyrə kimidir, özü bilir, haraya meyl edir. Məndən olsa, elmə daha çox meyl edərdi, Nyutonlar yetişərdi, hələ vaxt var. 

Özü bilsin!

Məqsəd Nur

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:137
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 22 Fevral 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see519

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see490

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see302

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see281

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see275

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see270

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see263

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see261

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see256

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see237

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see235

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see233

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see231

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see226

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see214

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see210

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see208

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri