Özümə deyirdim ki, atan yoxdur, niyə gülürsən?
Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Müğənni İlhamə Qasımova atasının vəfatından sonra yaşadığı ağır günlərdən danışıb.
Axşam.az xəbər verir ki, sənətçi “Qonaqcanlı” proqramında atasının ölümündən sonra uzun müddət ürəkdən gülə bilmədiyini, hətta güldüyü zaman özünü günahkar hiss etdiyini bildirib:
“İndi ürəkdən gülürəm. Atam dünyasını dəyişəndə gülmürdüm. Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm? Atam həyatda yoxdur, özümü arsız biri kimi aparırdım. Özümə mənfi rəy bildirir, depressiyaya qapılırdım.
İnsanlar deyir ki, işindir, etməlisən. Başa düşürəm, amma daxildən gəlməlidir. İşində olmalısan, insanlar enerjini başa düşür. Atam istəyərdi ki, hər zaman işimi görüm.
Onunla çox yaxın olmuşam. Hansısa uğur qazanırdımsa, birinci atamla bölüşürdüm. O, mənə “əhsən” deyirdi. Uzun müddət fikirləşdim ki, nəyimə lazımdır çalışım? Mənə “əhsən” deyən yoxdur”.
Baxış sayı:109
Bu xəbər 05 Oktyabr 2026 17:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















