Icma.az
close
up
RU
“Özümü qəhrəman kimi hiss edirdim”

“Özümü qəhrəman kimi hiss edirdim”

Icma.az, Olay.az portalına istinadən məlumat yayır.

Aparıcı Leyla Quliyeva AZAL-ın təhlükəsizlik təlimatı videosunun çəkilişindən paylaşım edib.

OLAY yazır ki, L. Quliyeva Aktau yaxınlığında baş verən təyyarə qəzasının birinci ildönümü ilə əlaqədar bunları yazıb:

“AZAL üçün yeni təhlükəsizlik təlimatı videosunun çəkilişləri 2023-cü ildə baş tutmuşdu. Bu layihə üçün məndən tələb olunan şərtlərə maksimum uyğunlaşmağa çalışırdım. Ümumən hər şey imkanlarım, potensialım daxilində idi. Yeganə bir fraqmentdən – Qrız- Dəhnə kəndində paraplanla uçmalı olduğum hissədən başqa... mən hündürlükdən qorxuram... 2-3 fobiyamdan biridir.. və yaxud İDİ.. maksimalist mən-liyim geri çəkilməyə imkan vermədi. Yadımda deyil o anda nə fikirləşdiyim. Sadəcə videoya baxanda üzümdəki isterik təbəssümdən anladım ki, o anda bir az qeyri-adekvat olmuşam. Yəqin ki, öz-özümə "hər şey yaxşı olacaq!" demişdim. Oldu da. Eyni səhnəni iki dəfə çəkdik. Siz da baxsanız, görəcəksiniz ki, dayandığımız yerdən uçuruma addım atana qədər bir az məsafə var, onu da qaça-qaça getməlisən. Və qətiyyən dayanmaq olmaz. Fikirləşmək də olmaz. Tərəddüd heç olmaz. Ən çətini o bir addım idi... səni ya uçuracaq, ya da dağdan üzüaşağı çırpacaq bir addım. Mən həmin gün öz qorxum üzərində balaca qələbə qazanmışdım. Özümü qəhrəman kimi hiss edirdim..Bakı Media Mərkəzinə və AZAL-a bunun üçün təşəkkür edirəm. Bir il sonra, 2024-cü il dekabrın 25-də başa düşdüm ki, "hər şey yaxşə olacaq!" deyib, həyatın bahasına qəhrəmanlıq etmək əslində necə olur... Bakıdan Qroznı şəhərinə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Həmin vaxt təyyarənin göyərtəsində 67 nəfər olub. Onlardan aralarında pilotlar və təyyarə bələdçisi də olmaqla, 38-i həlak olub, 29 nəfər isə sağ qalıb. O qəzadan 29 nəfərin sağ çıxması elə  qəhrəman ekipaj üzvlərinin sayəsində mümkün olub...”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://olay.az
archiveBu xəbər 25 Dekabr 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri