Icma.az
close
up
RU
Özümüzü buğda ilə necə təmin edək? Professordan təklif

Özümüzü buğda ilə necə təmin edək? Professordan təklif

Cebheinfo saytına istinadən Icma.az xəbər verir.

“Beləliklə, bizim istehsalımızla bağlı özümüzü təminetmə əmsalı və bəzi rəqəmlər səsləndiriləcək. 

Buğda istehsalı. Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bildirib. Ölkə başçısı bildirib: 

“Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. 

Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq. 

Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”. 

Ölkədə buğda istehsalının artırılması istiqamətində hansı addımlar atılmalıdır?

Azərbaycan Dövlət Aqrar Universitetinin Taxıl və paxlalı bitkilər sahəvi laboratoriyasının müdiri, Əməkdar kənd təsərrüfatı işçisi, professor Firudin Qurbanov “Cebheinfo.az”-a bildirib ki, kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə Cənab Prezident bu sahədə çox açıq şəkildə məsələni ortaya qoydu: 

“Ölkə başçısı bildirdi ki, niyə biz yerimizdə saymalıyıq, bizim zəngirn torpağımız, iqlim şəraitimiz, zəhmətkeş xalqımız var. Mənim fikrimcə, nə qədər ki, bizim fermerlərimiz öz zonasına, torpaq-iqlim şəraitinə uyğun sortlardan istifadə etməyib, bu məsələ problem olaraq qalacaq. 

Çünki bu gün aran zonası üçün olan sortu aparıb dağətəyində, dəmyə üçün olan sortu aparıb suvarma şəraitində, suvarma zonaları üçün yaradılan toxumu aparıb dəmyə torpaqlarda əkməklə biz heç vaxt yüksək məhsul götürə bilmərik. 

Bir mütəxəssis olaraq mənim fikrim odur ki, birinci növbədə biz zonalarımız üçün sortlar yaratmalı, bu sahəyə xüsusi diqqət ayırmalı, fermerlərə təlimlər keçməklə məlumatlandırmalıyıq. İkinci məsələ, toxumla bağlıdır. 

Yüksək sort yaradılsa belə, əgər onun toxumu yoxdursa, yenə nəticə olmayacaq. Cənab Prezident dönə-dönə toxum məsələsinə toxundu ki, toxum istehsal edən fermerlərə hər cür şərait yaratmalıyıq. Dövlət bu baxımdan xüsusi subsidiyalar verir, toxum istehsal edən şirkətlərə xüsusi qayğı göstərir. 

Ancaq buna baxmayaraq, bunu az hesab edirəm və nəzarətin gücləndirilməsinin tərəfdarıyam ki, biz toxumçuluğu qura bilək. Bu gün bizim fermer gedib bazardan taxılı alır, aparıb səpin edir. Yaxud eşitdikdə ki, hansısa kənddə bir fermer yüksək taxıl götürüb, gedib o toxumu oradan götürür və səpin aparır. 

Bu, hazırda böyük problemdir ki, bizim əkinçilərimiz toxumla yox, məhsulla səpin apardıqlarını bilmirlər. Yəni məhsulla toxum fərqlidir və bu cür əkinlə biz yüksək nəticə əldə edə bilmərik. Burada çıxış yolu odur ki, mütləq toxumun sertifikatlaşdırılması önəmlidir. 

Yəni toxumu alan şəxs toxumun sertifikatını istəməlidir. Toxumu satan şəxs də mütləq alıcını sertifikatla təmin etməlidir. Biz normal toxumla səpin aparsaq, yüksək nəticə əldə edərik. Bu gün regionlarımızda dövlətin qayğısı sayəsində yaxşı toxumçuluq laboratoriyalarımız, idarələrimiz var. 

Fermerlərimiz orada toxumu analizə verərlər. Ola bilər ki, bu gün toxumu yetişdiriblər, onun sertifikatını hazırlayıblar. Ancaq üzərindən 5-6 ay, 1 il keçdikdən sonra fermer onu alıb aparıb səpir. 

Bu müddətdə onun saxlanmasında, daşınmasında müəyyən problemlər ola bilər. Ona görə də həmin aldıqları toxumu analiz etmələri, sertifikatda olan göstəricilərlə əmin olmalarını tövsiyə edərdim”. 

Professorun sözlərinə görə, ən böyük problemlərdən biri də  fermerlərimiz məhsulunu sata bilməməsidir: 

“Çörək məqsədilə buğda əkilir. Ancaq sata bilmirlər. Bunun bəzi səbəbləri var. Ölkə başçısı da deyir ki, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək, ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır. 

Biz bu faizi 60-80-ə qaldıra bilərik və bunun da yolu var. Hesab edirəm ki, bunun əsas yollarından biri kimi əgər satınalma qiymətlərini diqqətdə saxlasaq, dövlət bu sahəyə də xüsusi nəzarət etsə, onda fermerlərdə maraq artacaq. 

Eyni zamanda, yüksək məhsul aldıqdan sonra ondan çörəkbişirmədə istifadə edə bilməyəcəyiksə, o zaman kimə lazımdır? Ona görə də birincisi, düzgün aqrotexnikanın tətbiq edilməsi, növbəli əkin olmalıdır. Bir çox hallarda tarladan biçilən buğdanın içində arpa, çovdar, bərk buğda qarışığı olur. 

Bizim dəyirmanlarımız o məhsulu almaq istəmirlər. Dəyirmanlarımız, çörəkbişirmə sexlərimiz təmiz buğdanı xaricdən alır, onun çörəyi də keyfiyyətli olur. Ancaq bizim fermerlərimizin əkdiyi qarışıq olduğu üçün ondan yaxşı çörək alınmır. 

Çox istərdim ki, bu sahəyə diqqət ayrılsın və fermerlərimiz qarışıq məhsul yetişdirməsinlər, təmiz yumşaq buğda olsun. Növbəti il üçün normal toxum fondunu yaratsaq, keyfiyyətli məhsul alarıq”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: buğda Firudin Qurbanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 May 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see588

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see498

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see336

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see275

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see239

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see238

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see232

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see231

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see222

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see205

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see200

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see188

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see184

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see181

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see176

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see175

Liqa 1: Renndə 5 qol

12 Oktyabr 2026 00:41see165

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri