Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qrip pandemiyası ola bilər Özümüzü necə qoruyaq? Professordan açıqlama

Qrip pandemiyası ola bilər Özümüzü necə qoruyaq? Professordan açıqlama

Medicina portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


Hazırda mövsümi virus infeksiyaları geniş vüsət alıb. Demək olar ki, hər gün ətrafımızda bu və ya digər virus xəstəliyinə yoluxan insanların sayının artdığı müşahidə olunur. Xəstələnənlərin sayı kifayət qədər çoxdur və bu vəziyyət həm uşaqlar, həm də böyüklər arasında özünü açıq şəkildə göstərir.

Xüsusilə hava şəraitinin dəyişkənliyi, temperatur fərqləri və immun sisteminin zəifləməsi virusların daha sürətlə yayılmasına şərait yaradır. Nəticədə tənəffüs yolları infeksiyaları, qripə bənzər əlamətlər və ümumi halsızlıq halları daha tez-tez qeydə alınır.

Bəs özümüzü mövsümi virus infeksiyalarından necə qoruyaq?


Mövzu ilə bağlı Medicina.az -a tibb elmləri doktoru, professor Adil Qeybulla danışıb:



"Virus infeksiyalarının il boyu yayılması, xüsusilə də noyabrdan başlayaraq artan dinamikada təzahürü məntiqi görünür. Çünki qrip – influenza, xüsusilə A forması yenidən peyda olur.

Qripin 2000-dən çox ştammı var. Qarşıdakı illərdə qrip pandemiyasının olma ehtimalı da elmi proqnoz olaraq, ÜST-ün xəbərdarlığı kimi qeyd olunmuşdur.

Bu gün ölkəmizdə qriplə yanaşı, SARS-2 virusunun Omicron ştamıının mutasiya variantları davam etməkdədir. Bununla yanaşı, respirator sinsitial virus, metapnevmovirus da yayılmışdır. Bunlar hava-damcı yolu ilə yoluxduğundan yayılma potensialı böyükdür. Bu respirator virus infeksiyaları analoji əlamətlərlə - öskürmə, asqırma, zökəm, yüskək hərarət, bel, əzələ və baş ağrıları, ümumi halsızlıq, zəiflik şikayətləri ilə özünü göstərir".

Professor qeyd edib ki, insanlar yoluxduğu ilk günlər buna əhəmiyyət vermədikdə ciddi fəsadlara səbəb ola bilir:

"Xəstəlik aşağı tənəffüs yolların nüfuz edərək ağ ciyər iltihabına, ödeminə, həyati vacib orqanların zədələnməsinə, interferonun düşük olduğu xəstələrdə immun sistemin tətiklənməsinə və aşırı immun və humoral reaksiyalara səbəb ola bilər.

Viruslar həyatın qeyri hüceyrəvi forması olduğundan onlar yaşamaq və artəb çoxalmaq üçün əvvəlcə hüceyrə daxilinə keçir, hüceyrənin resurslarından istifadə edib replikasiya edir, yəni artıb çoxalır, hər yeni yaranmış viriona isə yeni hüçeyrə tələb olunur. Nəticədə, qısa müddətdə yüksək virulentli viruslar, xüsusilə böyük titrlə bədənə daxil olduqda, orqanizmdə yaratdığı dağıdıcı proseslər o qədər sürətli olur ki, onlar həyatla bir araya sığmır. Bu isə ağır fəsadlara yol açır və ölümlə nəticələnir.

Nəzərə alaq ki, qripdən hər il bütün dünyada 200 min nəfərdən 700-800 min nəfərə qədər insan tələfatı qeydə alınır. Real statistika daha ciddidir, yəqin ki".


Adil Qeybulla bu cür fəsadlardan uzaq olmağın yollarından da danışıb:

"Respirator virus infeksiyaları ilə xəstələnmə xaricdə soyuqdəymə xəstəlikləri adlanır. Bu zaman xəstələrə ilk tövsiyə olunan vasitələr - təcrid olunma, yataq rejimi, bol maye qəbulu, fiziki aktivliyin artırılması, vitaminli qidaların (meyvə-tərəvəzin) bol qəbulu kimi tədbirlərdən ibarətdir.

Hər bir şəxsin devizi bu olmalıdır: Xəstələnməmək və başqasını xəstələndirməməyə çalışmaq.

Qapalı yerlərdə (ictimai nəqliyyatda, sinif otaqlarında, auditoriyada, toplantılarda və s.) maska taxmaq, məsafədə dayanmaq. Əlləri istənilən təmasdan sonra dezinfeksiya etmək və ya tez-tez isti suda sabunla bir neçə dəfə yumaq tövsiyə olunur. Belə dövrlərdə sağlam qidalanma da çox önəmlidir. Özbaşına müalicə aparmamağa çalışın".

Adil Qeybulla virus infeksiyasında antibiotiklərin istifadəsi məsələsinə də toxunub:

"Təəssüflər olsun ki, antibiotiklərin virusa heç bir təsiri yoxdur. Əksinə, antibiotiklərin yan təsirləri bu halda daha zərərli ola bilər. İnsanlar bəzən bunun fərqinə varmırlar. Antibiotiklər həmdə bədəndə immun sistemin apardığı mübarizəni zəiflədir, orqan və toxumaları, qara ciyəri bu antibiotiklərin mübadiləsi üçün əlavə yükləyir. Təəssüf ki, apteklərin özlərində müraciət edənlərə bəzən antibiotik tövsiyə olunur, çarəsiz insanlar bununla tora düşmüş olurlar. Özbaşına müalicə etmək olmaz. Çünki orqanizmin öz xüsusiyyətləri, yanaşı problemləri ola bilər. Özbaşına müalicə yeni problemlərə yol açmış ola bilir.

Hərarəti dərhal salmağa çalışmaq lazım deyil. Bu orqanizmin mübarizə reaksiyasının təzahürüdür. Yüksək hərarət zamanı, xüsusən 38,5-dən yuxarı olan zaman parasetamol həblərindən istifadə edilə bilər. Bir də ki, həkim təyinatı ilə immun sistemə təkan verə bilən terapiya aparılması məsləhətdir. Bu müalicə müxtəlif infuziyalar, vitamin terapiyası ola bilər. İntoksikasiya zamanı bədəndə ən çox sərf olunan, utilizasiya olunan vitamin Askorbin turşusu, yəni C vitaminidir. Bu vitamin yüksəkdozalı vit. C 7,5 q. 50 ml infuziya üçün məhlul şəklində istehsal olunur və aptek şəbəkələrində də satılır.

Hazırda respirator infeksiyaların tüğyan etdiyi bir zamanda yüksəkdozalı vit. C 7,5 q. 50 ml infuziya gündə 1 dəfə olmaqla 3 gün müddətində ambulator istifadəsi daha məqsədəuyğun hesab edilə bilər.

Məlumdur ki, vitamin C antioksidant və immunomodulyator vasitə kimi orqanizmin immun sisteminin xəstəliklərlə mübarizəsində ciddi resurs yaradır. Bir tərəfdən antiviral təsiri, digər tərəfdən, immun hüceyrələrin viruslara hücumunun effektini artırması respirator xəstəliklərlə mübarizədə etibarlı seçim imkanı deməkdir. Belə ki, yüksəkdozalı vit. C 7,5 q. 50 ml infuziya virusların artıb çoxalmasını dayandırır, nəticədə orqanizmdə mümkün qədər az hüceyrələr viruslar tərəfindən zədələnir, sağalma və bərpa prosesləri sürətlənir.

Nəzərə almaq lazımdır ki, virus infeksiyaları bir sıra hallarda sağaldıqdan sonra belə orqanizmdə dərin izlər buraxır. Bu proseslər yenidən virusa yoluxmağa şərait yaradır, xəstələrdə uzun müddət öskürək, burun axması, halsızlıq müşahidə olunur.

Qeyd etmək yerinə düşərdi ki, yüksəkdozalı vit. C 7,5 q. 50 ml infuziya tək respirator virus infeksiyasında deyil, bir çox patoloji hallarda da faydalıdır. Belə ki, orqanizmdə lövbər salmış herpes viruslarında yüksəkdozalı vit. C 7,5 q. 50 ml infuziya virusun replikasiyasını tezliklə dayandırır və zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Bununla yanaşı, allergik və iltihabi proseslərdə güclü antioksidant xüsusiyyəti sayəsində orqanizmdə toplanmış sərbəst radikalları neytrallaşdırır, hüceyrə stresini azaldır, damar endotelinin funksiyasını qoruyur, immun cavabı modulyasiya edir və allergik həssaslıq simptomlarını azaldır, xroniki yorğunluğu aradan qaldırır. Onkoloji xəstələrin kombinə olunmuş müalicəsində və sonrakı reabilitasiyasında immun sistemə dəstək baxımdan faydalıdır".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:309
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 Fevral 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see385

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see307

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see295

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see267

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see250

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see247

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see241

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see233

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see232

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see216

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see214

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see213

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see211

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see211

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see209

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see204

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see202

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see201

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri