Icma.az
close
up
RU
Özündən muğayat ol, ana... Əminə Yusifqızı yazır

Özündən muğayat ol, ana... Əminə Yusifqızı yazır

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Əminə YUSİFQIZI
Əməkdar jurnalist

"Bir zamanlar mart mənim ən sevdiyim ay idi, ailəmizin ən gözəl günlərini martda yaşamışdıq. Rəşad martda doğulmuşdu, nişanlısının qız toyu martda olmuş, 23-də öz toyu olmuşdu, qızı Selcan martın 25-də doğulmuşdu. Hər il martın 8-də birinci qapımı açan, hədiyyəmi alan, gözəl sözlərlə dilimi sevib məni təbrik edən Rəşad idi. İraq Selcanımdan, daha mart ayını sevmirəm, balamın ad gününü hər il martın 13-də Şəhidlər xiyabanında qeyd edirəm..."

Doğru deyiblər, dünyada istehsal olunan bütün silahların hədəfi yalnız anaların ürəyidir. Əslində dünyanın bu qədər tanka-topa, zirehə, silaha deyil, ovuc içi boyda sevgiyə, mərhəmətə ehtiyacı var. Hər dəfə Rəşad Budaqovun anası, ağappaq saçlı, qara yaylıqlı Sədaqət xanımı görəndə belə düşünürəm. Baxışlarından hələ də gözlərimi gizlətməyə çalışıram. Acılar ürəyini söküb parçalayır, övlad dərdi yaralarını qaysaqlatmır. Dərdini içinə sığdıran Sədaqət xanım çox danışmağı sevmir, ürəyində çəkir, oğlunun ruhunu içinə hopdurub. Amma çöhrəsindəki kədərin içindən bir işıq düşür çevrəsinə. Ürəyi köz-köz yansa da, bu gözü-könlü tox ananın təmkininə, sevdasına qibtə edirəm.

Oğlu mayor Budaqov Rəşad Ramiz oğlu bir işıq yolçuydu, sevda yolçusuydu və bu yolu gülə-oynaya, oxuya-oxuya getmişdir. Toy-düyünə gedirmiş kimi. Ölüm Rəşad kimi oğulların işığından qorxurdu. Nə böyük sevgidir, nə dərin bağdır vətən sevgisi, vətən bağı. Rəşad iki qız övladını atasız qoydu ki, vətəni övladsız qalmasın, yağılar yurduna dadanmasın. Vətənimizin başına bu fəlakətlər gələndə Rəşad 3-4 yaşında körpə idi, 1986-cı il martın 13-də Yevlaxda anadan olmuşdu. 1994-cü ildə Yevlax şəhərində Qənbər Məhərrəmov adına 4 saylı tam orta məktəbin I sinifinə gedir. Hərbə çox həvəsliymiş, odur ki, 2004-cü ildə orta məktəbi bitirən kimi Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olmuş, 2008-ci ildə buranı bitirərək, Azərbaycanın ordu sıralarında tankçı zabit kimi xidmətə başlamışdır. Təhsil aldığı Heydər Əliyev adına Ali Hərbi Məktəbdə andiçmə mərasimində Prezident İlham Əliyevin iştirakından, təlimlər zaman Ali Baş Komandanın ona qol saatı bağışlamasından fərəhlə danışarmış.

Xidmətinin çox hissəsini cəbhə bölgələrində - Füzuli, Ağcabədi, Ağdam, Bərdə, Goranboy və digər yerlərdə keçirmişdi. İlk xidmətinə tağım komandiri kimi başlayıb, bölük qərargah rəisi, hərbi hissə komandirinə qədər yüksəlmişdi. Şəhid olduğu günədək ən qaynar bölgələrdə xidmət etmişdi. Ən son "N" saylı hərbi hissədə briqada komandirinin Maddi Texniki Təminat üzrə müavini vəzifəsində çalışırdı. 2016-cı ilin Aprel döyüşləri zamanı Ağdam istiqamətində gedən döyüşlərə qatılaraq, peşəkar hərbçi kimi düşmənin döyüş texnikasını sıradan çıxarmışdır.  

Şəhid olmağı özünə şərəf bilən cəsur, bütöv əxlaqlı, heç düşünmədən canını millətinə fəda edən oğullardan biri idi. İkinci Qarabağ savaşında Rəşad taboru ilə Talış kəndinin işğaldan azad olunması uğrunda döyüşlərə təyinatlanır. Ən qanlı savaşlardan biri Talış və Suqovuşanın azad olunması uğrunda gedən döyüşlər idi. Rəşad ilk günlərdə yaralansa da, tibb bacısına sarğısını dəyişməyə də imkan vermir. Əsgərlərinin yanında olmaq istəyib. Hər əsgərə, döyüşçüyə qardaş kimi, ata kimi yanaşıb.

Sentyabrın 28-də kəndi tamamilə düşmən izindən təmizləsələr də, Rəşad bu ağır döyüşlərin birində qəhrəmanlıqla şəhid olur və nəşi üç gün şiddətli döyüşlərin getdiyi ərazidə qalır. Oktyabrın 1-də Şəhidlər xiyabanında böyük izdihamla dəfn olunub. Rəşad müqəddəs qanını torpağa axıdaraq Talışı, Suqovuşanı bizə vətən etdi.

Sədaqət xanım bu dərdə mərdliklə dözür, amma övladından danışmaqdan doymur: "...Sentyabrın 27-də axırıncı dəfə qonağım oldu balam. Rəhmətlik atasının ad günüydü, gedib atasının qəbrin ziyarət edib yasin oxutdurub gəldi. Qəşəng aş dəmləmişdim, doyuncan yedi və getdi. Axırıncı dəfə zəng eləmişdi, dedi ana, özündən muğayat ol, öpürəm səni. O günü ağrısız xatırlaya bilmirəm, yaşadıqlarımı, keçirdiyim müsibətli günlərimi ifadə etməkdə çətinlik çəkirəm. Balamın nəşi 3 gün qaynar döyüş ərazisində qalmışdı. Dünya başıma uçdu, o gündən ürəyimi qoparıb atdılar ayağımın altına. Onun haqqında danısmaqdan doymaram, hər balamı xatırladıqca ciyərim yanır. Bu dərd qaysaq bağlamaz, bu acı bitməz, amma balam vətəni, millətimin namusu və şərəfi uğrunda həyatından keçib, onunla fəxr edirəm" deyir. Sədaqət dərdi səbirlə, sevərək çəkir. Nə yaxşı ki, millətimizin belə güclü, anaları, qadınları var.   

Gözəl arzuları vardı Rəşadın. Alitəhsilli mütəxəssis olan ömür-gün yoldaşı Gülnarə xanımla isti ocaqları, mehriban ailəsi, iki körpə qızı - Selcanı və Milayı vardı. Mingəçevirdəki evlərində yaşayırdılar, içərisində xoşbəxt yaşamaq arzusunda idilər. Xalqımıza qarşı törədilən vəhşilik, işğalçılıq və soyqırımı minlərlə Rəşadın arzularını gözündə qoydu. Bu vətənin anaları-ataları övladlarını xoşbəxt böyütsün deyə, öz övladlarını atasız qoydu, evlərinə çox sevdiyi üçrəngli bayraqla döndü. Mayor Rəşad Budaqov hərbçi şərəfilə adını tariximizin ən parlaq səhifəsində yazıb.

Budaqov Rəşad Ramiz oğlu ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamı ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:364
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Mart 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri