Icma.az
close
up
RU
Özünə “bunker müəllim” deyən şəxs yalan danışır Elçin Əfəndi

Özünə “bunker müəllim” deyən şəxs yalan danışır Elçin Əfəndi

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"“Bunker müəllimləri”, “bizdə suallar var” kimi ifadələr sadəcə mifdir. Bunların hamısı abituriyentlərin və valideynlərin diqqətini cəlb etmək, nəticədə isə müştəri toplamaq məqsədi daşıyır. Bizneslə məşğul olmaq qanunla qadağan edilməsə də, Dövlət İmtahan Mərkəzinin nüfuzuna xələl gətirərək bu işi qurmaq cəhdlərinin sonu yoxdur".

Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend"ə müsahibəsində deyib.

"Bunker müəllim" ifadəsi mifdirmi?

Elm və təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Redaktor.az-a bildirdi ki, Məleykə Abbaszadə bu fikrində haqlıdır:

"Çünki “bunker müəllim” anlayışı illərdir tarixə qovuşub. Deyərdim ki, 2015-ci ildən əvvəlki dövrdə artıq “bunker müəllim” anlayışı bitib. 2019-cu ildən etibarən isə bu anlayış tamamilə, demək olar ki, yoxdur, yəni bir mifdir. DİM-in kifayət qədər test bazası var, test bazasını əhatə edən sual toplusu mövcuddur. Ona görə də “bunker müəllim” anlayışı sadəcə bəzi şəxslərin öz bazarlarını daha da inkişaf etdirmək üçün ortalığa atdığı bir informasiyadır".

Mütəxəssis vurğuladı ki, müvafiq sualların yoxlanılması, proqramların uyğunluğu, mövzuların uyğunluğu və s. məsələləri həyata keçirmək üçün DİM xüsusi olaraq bir neçə müəllimi öncədən müəyyənləşdirir:

"Həmin müəllimlər suallara baxış keçirirlər və bu şəxslər imtahan prosesində çöldə-bayırda olmurlar. Yəni həmin şəxslər imtahan prosesində kənarda olmurlar və bu da o deməkdir ki, özünə “bunker müəllim” deyən şəxs təbii ki, bir növ yalan danışmış olur.

Abituriyent tutaq ki, "bunker müəllim"in yanına gedir və imtahana bir həftə, iki həftə, uzağı üç həftə qalmış hələ də o uşaqla dərs keçirilirsə, uşaq anlamalıdır ki, əgər bu "bunker müəllim"dirsə, burada nə axtrır. Təbii ki, belə məqamlardan fürsət kimi istifadə edən şəxslər var. Tutaq ki, 2015-2018-ci illərə qədər kimlərsə həqiqətən də “bunker müəllim” olaraq formalaşıblar, sualların yazılışında iştirak ediblər. İndi də yenə o addan istifadəyə cəhd edirlər. Təbii ki, həm o şəxslər, həm də valideynlər dərk etməlidirlər ki, artıq 2019-cu ildən etibarən o şəxslərə ehtiyac yoxdur və bu anlayış sadəcə bir mifdir. Bəzi şəxslər manipulyasiya xarakterli bu addan istifadə edib müştəri yığmaqla məşğuldurlar".

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 22 Dekabr 2025 22:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see301

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see290

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see287

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see257

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see243

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see240

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see234

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see230

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see222

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see220

İcbari tibbi sığorta ilə bağlı şad xəbər...

06 Noyabr 2026 22:30see213

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see212

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see209

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see208

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see203

Qadınlar niyə 40 yaşından sonra daimi yorğunluq hiss edirlər?

06 Noyabr 2026 21:51see202

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see201

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see198

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see195

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri